Koronavirus xəstəsi bazarda alver edərkən aşkarlanıb - VİDEO

Koronavirus xəstəsi bazarda alver edərkən aşkarlanıb - VİDEOBalakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət-yoxlama tədbirləri zamanı aktiv koronavirus xəstəsi ictimai yerdə aşkar edilərək saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Balakən şəhər sakini Səlimət Layıcovanın COVID-19 testi pozitiv olduğu üçün ona ev şəraitində müalicə təyin edilib və sanitar-karantin qaydalarına riayət etməsi tapşırılıb. Lakin həmin şəxs qaydaları kobud şəkildə pozaraq, yaşadığı ünvanı tərk edib və polis əməkdaşları tərəfindən mərkəzi rayon bazarında tərəvəz məhsulları satarkən aşkar olunub. Onunla profilaktiki söhbətlər aparıldıqdan sonra müalicə aldığı evə geri qaytarılıb.

Digərlərinin də sağlamlığı üçün ciddi təhlükə yaradan S.Layıcova barəsində Balakən Rayon Polis Şöbəsində cinayət işi başlanılıb.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 954   Tarix: 29 noyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

"Mirzəzadə" Beauty Center-də müştəriləri aldadırlar-Video

Bu salonun açıq-aşkar qeyri-etik qazanc sxemi mövcuddur. "Endirim" adı altında Instagram-da reklam edərək müştəriləri salona cəlb edirlər. Lakin müştəri salona çatdıqda qarşısına tamamilə fərqli, həddindən artıq yüksək qiymətlər çıxarılır. Bu sözləri jurnalist Fəridə Nizamiqızı Instagram hesabınd

12 yanvar
.

Bu ərazilərdə işıq olmayacaq

Bu gün Lənkəran Elektrik Şəbəkəsinin (EŞ) ərazisində bir sıra 10 kV-luq hava xətlərində təmir işləri aparılacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki, bununla əlaqədar olaraq saat 10:00-dan saat 13:00-dək şəhər ərazisində "Raypo", "Gilan Holdinq"

13 yanvar
.

İşçilərin şikayət etdiyi "Grab Star"ın keçmiş direktoru cərimələndi

Xəbər verdiyimiz kimi, "Maple Trading" Məhdud Məhsuliyyətli Cəmiytyətinə (MMC) məxsus "Grab Star" ərzaq və şirniyyatlar mağazaları şəbəkəsi yeni yaradılan "Grand Novatra" MMC-yə satılıb. "Maple Trading" bağlandığından xeyli sayda işçi şirkətin rəhbəri Anar Məmmədo

13 yanvar
.

"Bu gün Azərbaycan beynəlxalq münasibətlər sistemində gündəlik formalaşdıran, təşəbbüs irəli sürən aktor kimi çıxış edir" - DEPUTAT

Azərbaycanın apardığı unikal xarici siyasət bu gün ölkəmizin beynəlxalq aləmdə qazandığı nüfuzun, etimadın və etibarlılığın əsas dayağına çevrilib. Ölkəmiz fərqli coğrafi məkanlarda yerləşən, hətta bir çox hallarda, siyasi baxımdan bir-birinə zidd, lakin əməkdaşlıq baxımından perspektivli qurumlarl

13 yanvar
.

Şəkidə 1 yaşlı körpə qəfil öldü

Şəki rayonunun Biləcik kəndində 1 yaşlı körpə qəfil dünyasını dəyişib. Bizim.Media-ya istinadən xəbər verir ki, kənd sakini 2025-ci il təvəllüdlü Aişə Qoşqar qızı Zəkəriyayevanın halı evdə qəfil pisləşib. Ailəsi körpəni dərhal Qax Rayon Mərkəzi Xəstəxanasına aparsa da, o, yolda dünyasını dəyişib. İlki

13 yanvar
.

Oğuz RİH başçısının hesabat yığıncağı keçirilib

13 yanvar 2026-cı il tarixdə, Oğuz rayon Mədəniyyət Mərkəzində 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunları və 2026-cı ildə qarşıda duran vəzifələrə dair Oğuz Rayon İcra Hakimiyyəti başçısının hesabat yığıncağı keçirilib. Tədbirdə Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov, Azərbayca

13 yanvar
.

Şamaxıdakı zəlzələ Bakıda ola bilər?

Şamaxıda qeydə alınan zəlzələlər əhali arasında narahatlıq yaradıb. Belə ki, ayın 10-da baş verən 3,8 bal gücündə zəlzələ hiss edilsə də, dağıntı qeydə alınmayıb. Bu gün isə 3 bal gücündə növbəti zəlzələ baş verib, lakin yeraltı təkan hiss olunmayıb. Vətəndaşlar Bakıda və ətraf bölgələrdə təkanları

12 yanvar
.

Bir ilə 54 tender qazanan sirli "Azsur Group" - 13 milyonluq sifariş alan MMC kimindir?

Satınalma müsabiqələrində fəal şirkətlərdən biri də "Azsur Group" MMC-dir. Qaynarinfo xəbər verir ki, şirkət yeni ilin ilk ayında artıq 2 tenderin qalibi seçilib. Bu tenderlər Naxçıvan Şəhər İcra Hakimiyyəti və Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Əsaslı Tikinti və Təchizat"

13 yanvar
.

Bu gün geomaqnit qasırğası gözlənilir

Bu gün G2 səviyyəli geomaqnit qasırğası olması ehtimalı var. xəbər verir ki, bu barədə Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb. Məlumata görə, Tac Dəliklərinin təsiri ilə 13-16 yanvarda yenidən geomaqnit sahəsinin intensivliyinin G1 səviyyəsinə yüksələ biləcəyi gözlənilir

12 yanvar