Yenə Bill Qeytsin dediyi çıxdı - Peyvənd yaradıcısından da ŞOK AÇIQLAMA

Yenə Bill Qeytsin dediyi çıxdı - Peyvənd yaradıcısından da ŞOK AÇIQLAMA5 milyondan çox insanın ölümünə səbəb olan COVID-19-la mübarizə bütün sürətiylə davam etdiyi bir vaxtda daha yeni bir mutasiya dünyanı təşvişə salıb.

Sonxeber.az Publika.az-a istinadən xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı Cənubi Afrikada yayılan və B.1.1.529 adlandırılan yeni mutasiyanın adını "Omikron" adlandırdığını açıqlayıb. Bu mutasiyanın digər variantlardan daha yoluxucu olduğunu bildirən ÜST açıqlamasında "Mutasiyada qorxulu olan çox sayda mutasiya var. İlkin tapıntılar göstərir ki, yeni mutasiyanın yoluxuculuq riski daha yüksəkdir" bildirib.

Bu açıqlamalardan sonra "Omikron"un yeni bir pandemiyaya səbəb olub-olmayacağı narahatlıq doğurur. Bir çox ölkə variantın aşkarlandığı bölgələrə səyahət qadağası tətbiq etsə də, İsrail sərhədlərini bağlayan ilk ölkə olub.

Bütün bu hadisələr Bill Qeytsin ötən aylarda verdiyi proqnozu bir daha gündəmə gətirib. Qeyts "The Wall Street Journal"a verdiyi açıqlamada "növbəti pandemiyaya hazır olmalıyıq" proqnozunu vermişdi: "Pandemiya hazırlıqlarının gözlədiyimdən aşağı olmasından bir az narahatam. Dünyanın növbəti pandemiyaya hazır olması üçün 100 gün ərzində peyvənd istehsal etmək və 100 gün ərzində milyonlarla insana təqdim etmək potensialına malik olmalıyıq. Bizim bu gücə malik fabriklər tikmək imkanımız var. Ancaq hələ də lazımi addımlar atılmır".

Qeytsin həmtəsisçisi olduğu Bill və Melinda Qeyts Fondu ölkələri vaksin istehsal etmək imkanları da daxil olmaqla səhiyyə sistemlərinə daha çox sərmayə qoymağa çağırıb.

Bəzi ekspertlərsə yeni variantın peyvəndin effektivliyini aşağı saldığını deyir. Koronavirus peyvəndini hazırlayan "Moderna" şirkətinin baş həkimi Dr. Paul Burton yeni bir peyvəndin hazırlanması istiqamətində araşdırmalara başladığını açıqlayıb. Burton BBC-nin "Endryu Marr" şousuna verdiyi müsahibədə bildirib ki, əgər yeni peyvənd lazımdırsa, o, 2022-ci ilin əvvəlində hazır olacaq.

Yeni mutasiyanın peyvənddən yayına biləcəyindən şübhələndiyini söyləyən Burton qeyd edib ki, bu, çox narahatedici bir virusdur.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3812   Tarix: 29 noyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Eyni binada mənzillərin qiyməti niyə kəskin fərqlənir? - EKSPERTDƏN AÇIQLAMA

Eyni binada yerləşən mənzillərin qiymətləri arasında bəzən ciddi fərqlər müşahidə olunur. Bu fərqə mənzilin yerləşdiyi mərtəbə, sahəsi, otaqların planlaşdırılması, təmiri, mənzərəsi, günəş işığı alması, binanın infrastrukturu və sənədləşmə vəziyyəti kimi amillər təsir edə bilər. Lakin bəzi hallarda oxşa

11 noyabr
.

Əhalininin nəzərinə - Noyabrın 15-dən start veriləcək

Azərbaycanda 2026-2027-ci illər üzrə istilik mövsümü noyabrın 15-də başlayacaq. Mövsüm Bakı şəhəri və respublikanın digər ərazilərində aprelin 15-dək davam edəcək. -in məlumatına görə, bu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 may 2026-cı il tarixli 128 nömrəli Qərarı ilə təsdiqlənmiş "İstili

11 noyabr
.

Bakıda hündür ağac bahalı avtomobilin üzərinə aşdı (FOTO)

Bakıda hündür ağac güclü külək nəticəsində maşının üzərinə aşıb. -ın əldə etdiyi məlumata görə, ağac Suraxanı rayonunda güclü küləyin əsməsi nəticəsində Denza markalı 88-FA-759 dövlət nömrə nişanlı avtomobilin üzərinə aşıb. Ağacın qaz borusunu sındırması nəticəsində o da avtomobilin üzərinə düşüb. Avtomaşın

9 noyabr
.

Pensiyalar bu tarixdə ödəniləcək

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə əmək pensiyalarının bu ayın 13-dən gec olmayaraq ödəniləcək. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Sosial Müdafiə Fondu məlumatında deyilir. Qeyd edilib ki, rayonlarda qeydiyyatda olan pensiyaçıların və güzəştl

9 noyabr
.

Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı

Abşeron rayonunda kişi sevgilisini döyüb. -ın məlumatına görə, hadisə rayonun Hökməli qəsəbəsində baş verib. İsmayıllı rayon sakini, 1993-cü il təvəllüdlü Fərid Əliyev (ad-soyad şərtidir-red.) boşandıqdan sonra qəsəbədə bir xanımla tanış olub. Məlum olub ki, xanım da boşanıb. Bir müddətdən sonra onla

9 noyabr
.

"Vital Hospital"da laborant baş tibb bacısı işləyib - Klinika cərimələndi

Bakıda "Vital Hospital" kimi tanınan "Sağlamlıq və Gözəllik Mərkəzi" MMC-də aparılan plandankənar yoxlama zamanı qanun pozuntusu aşkarlanıb. Qaynarinfo-nun məlumatına görə, yoxlama nəticəsində laborant ixtisası üzrə sertifikatı olan şəxsin klinikada əvvəlcə tibb bacısı, daha sonr

11 noyabr
.

Azərbaycanın üçrəngli bayrağı: istiqlal tariximiz, milli kimliyimiz və dövlətçilik qürurumuz

Mavi, qırmızı və yaşıl rənglərdən, ağ aypara və səkkizguşəli ulduzdan ibarət olan, Azərbaycan xalqının milli kimliyini, dövlətçilik ənənələrini, azadlıq və müstəqillik ideallarını özündə təcəssüm etdirən üçrəngli Dövlət Bayrağımız tarixi keçmişimizi, milli-mənəvi dəyərlərimizi, müasir inkişaf yolumuz

9 noyabr
.

Şuşadan dünyaya ünvanlanan mesajlar: İlham Əliyev və Ərdoğan Azərbaycan-Türkiyə müttəfiqliyinin gələcək hədəflərini açıqladılar

Ərdoğanın Zəfər Günü münasibətilə Azərbaycana səfəri və Şuşada Prezident İlham Əliyevlə birgə mətbuata bəyanatları iki dövlət arasındakı münasibətlərin strateji mahiyyətini, regional siyasətdəki rolunu və gələcək əməkdaşlığın əsas istiqamətlərini bir daha gündəmə gətirdi. Şuşadan verilən mesajlar göstərd

9 noyabr
.

"Miss Mister Kids Of Azerbaijan" Uşaq Moda Müsabiqəsinin final günü məlum oldu

"Miss Mister Kids Of Azerbaijan" Uşaq Moda Müsabiqəsinin möhtəşəm final gecəsi noyabrın 30-da keçiriləcək. "Rich Events Group"un layihəsi olan müsabiqənin seçim mərhələsi uğurla başa çatıb. Bu barədə layihənin Təşkilat Komitəsinin sədri Cavid Zamanlı saytımıza açıqlamasında məluma

10 noyabr