Ekspert təhsil kreditinin verilməsində BOŞLUQLARDAN DANIŞDI
Tələbələr artıq təhsil haqqını ödəmək üçün kreditdən istifadə edə biləcəklər. Bəs bu krediti tələbələr işləmədikləri halda necə qaytaracaqlar?
Məsələ ilə bağlı Sonxeber.az-a təhsil eksperti Kamran Əsədov açıqlama verib.
O bildirib ki, müraciət qaydaları daha sadə, faizlər daha aşağı, daha əlçatan olmalıdır:
"Düşünürəm ki, tələbələrə kredit daha yumşaq şərtlərlə verilməlidir. Deyilir ki, qiyabi oxuyan tələbələr kredit ala bilməz. Amma qiyabi təhsil alan tələbə işləyə bilər. O zaman o tələbələri işlə təmin etsinlər. Ümumiyyətlə, təhsil sistemində məhdudiyyətlər olmamalıdır. Mən də bilirəm ki, Azərbaycan vətəndaşı birmənalı şəkildə təhsil almalıdır. Bu onun konistitusion hüququdur. Düzdür, ali təhsil almaq öhdəliyi olmasa belə, dövlət istedadlı şəxslərə təhsil verməlidir.
Problem nədədir? Mən sizə bunları bir-bir deyim. Birinci növbədə, tələbə ASAN-portaldan qeydiyyatdan keçməlidir və onun öz adına şəxsiyyət vəsiqəsi olmalıdır, amma bizdə 18 yaşdan aşağı şəxslər üçün bu, mümkün deyil.
Təhsil naziri qayda qoyub ki, 1-ci semestr üçün müraciət edəndə ümumi və ya standart kreditlərdə tələbə 300 baldan yuxarı balla ali məktəbə qəbul olmalıdır. Bəlkə, bu adamın birinci semestri ödəməyə pulu yoxdur?!
Bal məhdudiyyəti olmadan və ya daha aşağı balla da etmək olar. Bir və ikinci qrupda onsuz da tələbələr 208-210 balla pulsuza düşürlər.
Gələk faiz məsələsinə. ABŞ-da federal kredit var və 4 faiz təşkil edir. Mənə görə, bizdə kredit faizləri çox yüksəkdir.
Eyni zamanda, bizdə kredit götürdükdə geri ödəmə məsələsi olur. Deyirlər ki, bakalavr və magistraturanı bitirdikdən iki il sonra kredit geri qaytarılmalıdır. Bəlkə, biri magistraturadan sonra 3 il doktoranturanı oxumaq istədi? O adam 3 il doktorantura oxuyacaq, amma siz ondan pul tələb edəcəksiniz. O axı oxuya-oxuya işləyə bilməz. Deməli, bu, qanunun məhdud tərəflərindən biridir.
Düşünürəm ki, geri ödəniş məsələsini rahatlaşdırmaq üçün kredit götürən şəxslər mütləq işlə təmin olunmalıdırlar.
Digər tərəfdən, burada akademik göstərici rəqabət mühitini yaradacaq, amma mənə görə bu və ya digər səbəblərdən akademik göstərici aşağı olmalıdır.
Biz qaydaları sadələşdirməliyik.
Notarius rüsumları problemi də var. Təsəvvür edin valideyn rayonda yaşayır, uşaq isə Bakıda təhsil alır. Belə olan halda ata-ana arayış almaq üçün xərc çəkib notariusa gəlməlidir. Onsuz da tələbə haqqında məlumatlar tələbə-məzun sistemində var. Yəni tək şəxsiyyət vəsiqəsi ilə bu prosedurları həyata keçirmək mümkündür.
ZAİRA AKİFQIZI
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bakı məşhur xəstəxana bağlanır - Xəstələr köçürülüb
Əhalininin nəzərinə - Noyabrın 15-dən start veriləcək
Azərbaycanın bu şəhərində 40-a yaxın bina söküləcək - 2000 AZN kompensasiya...
Yerə zibil atanlar 10 min manatadək cərimə olunacaq
10 milyonluq qızılla tutulan polkovnikin cəzası azaldıldı
Hindistanda deputat qızının toyuna 400 min nəfər dəvət etməyə hazırlaşır
2027-ci ildə pensiyalar 7,5 faiz artacaq: Pensiyaçılar nə qədər qazanacaq? - İQTİSADÇIDAN AÇIQLAMA
Nazir pensiya artımı ilə bağlı ŞAD XƏBƏR VERDİ
İlham Əliyev Ərdoğana başsağlığı verdi
Minimum əməkhaqqı ilə bağlı - Yenilik gözlənilir
Güclü küləkdə bayrağı xilas etməyə çalışan o imiş... - Video
Bu rayona 33 sm qar yağıb
İntensiv yağış yağacaq - SABAHIN HAVASI
Fatma Mahmudova: "Qızıma aldığım mebellərin qapısı açılmamış qaldı"