Dünyanı qorxuya salan yeni mutasiya "Omikron" barədə mütəxəssisdən AÇIQLAMA
Son günlər koronavirusun yeni ştammı qorxu yaratmağa başlayıb. "Omikron" adlanan bu yeni mutasiyanın yoluxuculuq riskinin daha yüksək olduğu bildirilir. Eyni zamanda, koronavirus peyvəndini hazırlayan "Moderna" şirkətinin baş həkimi Dr. Pol Barton yeni mutasiyanın peyvənddən yayına biləcəyindən şübhələndiyini söyləyib və qeyd edib ki, bu, çox narahatedici bir virusdur.
"Omikron" adlanan bu mutasiya ilə bağlı Sonxeber.az-a infeksionist Nicat Əzimli münasibət bildirib.
Onun sözlərinə görə, xəstəliyin klinik gedişatında ağırlaşma və cari spesifik immunitetdən yayınma xüsusiyyəti araşdırılmaqdadır:
"İlk dəfə 9 noyabr 2021-ci il tarixində Cənubi Afrikada aşkarlanan bu variant 24 noyabr tarixinə qədər yüksək sürətdə yayılıb və həmin ərazi üzrə 3 dominant variantdan birinə çevrilib. Buna görə də ÜST-ə bu barədə məlumat verilib. ÜST isə bu variantı narahatlıq doğuran variant olaraq klassifikasiya edib. Hazırda sözügedən variantla əlaqədar dəqiq bilinən budur ki, yoluxma xüsusiyyəti öncəki ştamlarla müqayisədə daha yüksəkdir. Vaksin istehsalı ilə məşğul olan böyük şirkətlər isə bu varianta qarşı spesifik təkmilləşdirmə işlərinə başladıqlarını bildiriblər".
Aysel Səfərzadə
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 3240 Tarix: 29 noyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Eyni binada mənzillərin qiyməti niyə kəskin fərqlənir? - EKSPERTDƏN AÇIQLAMA
Eyni binada yerləşən mənzillərin qiymətləri arasında bəzən ciddi fərqlər müşahidə olunur. Bu fərqə mənzilin yerləşdiyi mərtəbə, sahəsi, otaqların planlaşdırılması, təmiri, mənzərəsi, günəş işığı alması, binanın infrastrukturu və sənədləşmə vəziyyəti kimi amillər təsir edə bilər. Lakin bəzi hallarda oxşa
11 noyabrƏhalininin nəzərinə - Noyabrın 15-dən start veriləcək
Azərbaycanda 2026-2027-ci illər üzrə istilik mövsümü noyabrın 15-də başlayacaq. Mövsüm Bakı şəhəri və respublikanın digər ərazilərində aprelin 15-dək davam edəcək. -in məlumatına görə, bu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 may 2026-cı il tarixli 128 nömrəli Qərarı ilə təsdiqlənmiş "İstili
11 noyabrBakıda hündür ağac bahalı avtomobilin üzərinə aşdı (FOTO)
Bakıda hündür ağac güclü külək nəticəsində maşının üzərinə aşıb. -ın əldə etdiyi məlumata görə, ağac Suraxanı rayonunda güclü küləyin əsməsi nəticəsində Denza markalı 88-FA-759 dövlət nömrə nişanlı avtomobilin üzərinə aşıb. Ağacın qaz borusunu sındırması nəticəsində o da avtomobilin üzərinə düşüb. Avtomaşın
9 noyabrPensiyalar bu tarixdə ödəniləcək
Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə əmək pensiyalarının bu ayın 13-dən gec olmayaraq ödəniləcək. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Sosial Müdafiə Fondu məlumatında deyilir. Qeyd edilib ki, rayonlarda qeydiyyatda olan pensiyaçıların və güzəştl
9 noyabrAbşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı
Abşeron rayonunda kişi sevgilisini döyüb. -ın məlumatına görə, hadisə rayonun Hökməli qəsəbəsində baş verib. İsmayıllı rayon sakini, 1993-cü il təvəllüdlü Fərid Əliyev (ad-soyad şərtidir-red.) boşandıqdan sonra qəsəbədə bir xanımla tanış olub. Məlum olub ki, xanım da boşanıb. Bir müddətdən sonra onla
9 noyabr