Növbəti kargo şirkətindən TOPLU ŞİKAYƏT: Məhsulları çatdırmırlar, ofislərin bağlayıblar

Növbəti kargo şirkətindən TOPLU ŞİKAYƏT: Məhsulları çatdırmırlar, ofislərin bağlayıblarBildiyiniz kimi, xaricdən sifariş etmək üçün Bakıda bir çox karqo şirkətləri fəaliyyət göstərir. Bunlardan biri də "Cargoline" şirkətidir. Bu şirkətlə bağlı bu gün redaksiyamıza artıq ikinci şikayət daxil olub.

Sonxeber.az-n məlumatına görə, şikayətçi Günel Hümbətova və Rəvanə Vəlixanova oktyabr ayında adı çəkilən şirkət vasitəsilə Türkiyə saytlarından biri olan "Trendyol"dan məhsullar sifariş ediblər, amma hələ də bağlamaları təhvil verilməyib.

Şikayətçi Günel Hümbətova bildirir ki, sifarişin şirkətin Türkiyə ofisinə çatmasından artıq 45 gün keçib, amma hələ də məhsullardan heç bir xəbər yoxdur:

""Trendyol"dan bir neçə məhsul sifariş etmişdim. Karqo şirkəti olaraq da "Cargoline" şirkətini seçmişdim. 15 oktyabr tarixində bağlamalarım şirkətin Türkiyə ofisinə çatdı. Amma 45 gün keçməsinə baxmayaraq, sifarişlərimi mənə təhvil verməyiblər. Ondan sonra başqa karqo şirkətiylə sifariş verdiyim məhsulları artıq əldə etmişəm. Bunlar isə yalan vədlər verirlər. Gah daha 1 həftə gözləməyimizi istəyirlər, "6-cı gün çatacaq" deyib "yola verirlər". Axırıncı dəfə də həftənin sonu sifarişin təhvil veriləcəyini desələr də, səs-soraq yoxdur. İndi isə zənglərə cavab vermirlər. Sumqayıtda yaşayıram, oradakı ofislərini bağlayıblar. Guya yenisini açacaqdılar, amma açmadılar".

Şikayətçi Rəvanə Vəlixanova isə qeyd edir ki, tək o yox, bir neçə qohumları da şirkətin "qurban"ı olub:

"700 tl-lik (təxminən 93 manat) məhsulum hazırda "Cargoline" adlı karqo şirkətindədir. Bu sifarişləri 17 oktyabr tarixində vermişdim, 21 oktyabrda isə onların xarici anbarına çatdı. Aradan 40 gün keçib, hələ də heç biri gəlməyib. Amma hər həftə "bu həftə gələcək" deyib aldadırlar. Axırıncı dəfə də dedilər ki, bu həftənin 4-5-ci günləri təhvil verəcəyik. Mən isə inanmıram. Tək mən yox, qohumlarımızdan da bir neçə nəfər sifariş verib və aldadılıb. Dünən Bakıxanov qəsəbəsində yerləşən ofislərinə getmişdim, bağlı idi".

Məsələ ilə bağlı şirkətlə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Xatırladaq ki, 27 oktyabr tarixində bu karqo şirkəti ilə bağlı daha bir şikayət dərc etmişdik:
"Cargoline" adlı kargo şirkətindən ŞİKAYƏT VAR

Növbəti kargo şirkətindən TOPLU ŞİKAYƏT: Məhsulları çatdırmırlar, ofislərin bağlayıblarNövbəti kargo şirkətindən TOPLU ŞİKAYƏT: Məhsulları çatdırmırlar, ofislərin bağlayıblarNövbəti kargo şirkətindən TOPLU ŞİKAYƏT: Məhsulları çatdırmırlar, ofislərin bağlayıblarNövbəti kargo şirkətindən TOPLU ŞİKAYƏT: Məhsulları çatdırmırlar, ofislərin bağlayıblarNövbəti kargo şirkətindən TOPLU ŞİKAYƏT: Məhsulları çatdırmırlar, ofislərin bağlayıblarNövbəti kargo şirkətindən TOPLU ŞİKAYƏT: Məhsulları çatdırmırlar, ofislərin bağlayıblarNövbəti kargo şirkətindən TOPLU ŞİKAYƏT: Məhsulları çatdırmırlar, ofislərin bağlayıblarNövbəti kargo şirkətindən TOPLU ŞİKAYƏT: Məhsulları çatdırmırlar, ofislərin bağlayıblarNövbəti kargo şirkətindən TOPLU ŞİKAYƏT: Məhsulları çatdırmırlar, ofislərin bağlayıblarAysel Səfərzadə


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2286   Tarix: 01 dekabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Qonşunuz həyətinizin bir hissəsini zəbt edibsə, torpağınızı necə geri ala bilərsiniz? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Qonşular arasında torpaq sahəsinin sərhədləri ilə bağlı mübahisələr bəzən ciddi problemlərə yol açır. Xüsusilə qonşulardan birinin digərinə məxsus həyətin bir hissəsini zəbt etməsi, hasarı qanunsuz şəkildə irəli çəkməsi və ya öz torpaq sahəsini genişləndirmək məqsədilə qonşunun ərazisinə müdaxilə etməs

11 noyabr
.

Şuşadan dünyaya ünvanlanan mesajlar: İlham Əliyev və Ərdoğan Azərbaycan-Türkiyə müttəfiqliyinin gələcək hədəflərini açıqladılar

Ərdoğanın Zəfər Günü münasibətilə Azərbaycana səfəri və Şuşada Prezident İlham Əliyevlə birgə mətbuata bəyanatları iki dövlət arasındakı münasibətlərin strateji mahiyyətini, regional siyasətdəki rolunu və gələcək əməkdaşlığın əsas istiqamətlərini bir daha gündəmə gətirdi. Şuşadan verilən mesajlar göstərd

9 noyabr
.

Bakıda bayram ab-havası - Hərbçilər yürüş edir+ Fotolar

9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə Bakının mərkəzi küçə, prospekt və meydanlarında hərbi orkestrlərin müşayiəti ilə yürüşlər təşkil edilir. "Qafqazinfo" xəbər verir ki, saat 11:00-dan 13:00-dək hərbi qulluqçular aşağıdakı marşrutlar üzrə yürüş edəcəklər:. - Heydər Əliyev Sarayı - Bülbü

9 noyabr
.

Zəfər Günü Azərbaycanın gücünün, milli birliyinin və müstəqil dövlətçilik iradəsinin təntənəsidir

8 Noyabr - Zəfər Günü Azərbaycan tarixinin ən möhtəşəm və şanlı səhifələrindən biridir. Bu tarix yalnız 44 günlük Vətən müharibəsində qazanılmış hərbi Qələbənin ildönümü deyil, həm də Azərbaycan xalqının uzun illər ərzində qoruyub saxladığı milli iradənin, ərazi bütövlüyü uğrunda mübarizəsinin və müstəqi

9 noyabr
.

Arvadının iynə vurduğu kişi öldü

Lənkəran rayonunda ev şəraitində iynə vurulan şəxs ölüb. "Qafqazinfo" xəbər verir ki, hadisə noyabrın 10-u saat 16 radələrində Veravul kəndində baş verib. 1970-ci il təvəllüdlü Qasımov Rasim Qasım oğlu yaşadığı evdə arvadının ona iynə vurması nəticəsində şok keçirib. O, qısa vaxt sonra dünyasın

11 noyabr
.

Bulvarda köməksiz vəziyyətdə qalan şəxs xilas edildi

Dənizkənarı Milli Park ərazisində ehtiyatsızlıqdan suya yıxılan şəxs xilas edilib. Bu barədə -a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində 1 nəfərin dənizdə köməksiz vəziyyətd

10 noyabr
.

Eyni binada mənzillərin qiyməti niyə kəskin fərqlənir? - EKSPERTDƏN AÇIQLAMA

Eyni binada yerləşən mənzillərin qiymətləri arasında bəzən ciddi fərqlər müşahidə olunur. Bu fərqə mənzilin yerləşdiyi mərtəbə, sahəsi, otaqların planlaşdırılması, təmiri, mənzərəsi, günəş işığı alması, binanın infrastrukturu və sənədləşmə vəziyyəti kimi amillər təsir edə bilər. Lakin bəzi hallarda oxşa

11 noyabr
.

Pensiyalar bu tarixdə ödəniləcək

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə əmək pensiyalarının bu ayın 13-dən gec olmayaraq ödəniləcək. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Sosial Müdafiə Fondu məlumatında deyilir. Qeyd edilib ki, rayonlarda qeydiyyatda olan pensiyaçıların və güzəştl

9 noyabr
.

Yerə zibil atanlar 10 min manatadək cərimə olunacaq

Torpaqları tullantılarla zibilləndirən, çirkab sularla çirkləndirən və münbit qatını korlayan şəxslər minlərlə manat cərimələnə bilər. Trend-ə istinadla xəbər verir ki, hüquqi şəxslər üçün cərimənin məbləği 10 min manata qədər yüksəlir. Belə ki, torpaqların, o cümlədən meşə fondu torpaqlarının tullantılarl

10 noyabr