Laçında xidmət edən hərbçilər: "Sərhədlərimizin keşiyində möhkəm dayanmışıq" - FOTO/VİDEO
Azərbaycan Müdafiə Nazirliyi Laçının Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsinin birinci ildönümü münasibəti ilə rayona mediatur təşkil edib.
"Report"un Laçına ezam edilən əməkdaşının məlumatına görə, KİV nümayəndələri rayon ərazisində dislokasiya olunan hərbi bölmələrə baş çəkiblər.
Jurnalistlər Laçında yerləşən strateji döyüş postunda olublar. Mediatur zamanı bildirilib ki, Azərbaycan Ordusunun postu ilə Ermənistan silahlı qüvvələrinin postu arasında olan məsafələr 10-150 metr arasında dəyişir.
Azərbaycan-Ermənistan dövlət sərhədində yerləşən döyüş postları istiqamətindəki yollarda genişləndirmə işləri aparılıb. Təbii ki, bu da şəxsi heyətin və texnikanın postlara daha tez çatmasına imkan yaradır. Dağların başında yerləşən döyüş postlarında xidmət edən hərbi qulluqçularımızın şəraitinin yaxşılaşdırılması istiqamətində də xeyli işlər görülüb.
Hazırda müzəffər ordumuzun qalib əsgərləri Azərbaycanın dövlət sərhədində qürurla xidmət edirlər.
Azərbaycan Ordusunun giziri Rövşən Abbasov bildirib ki, hərbi qulluqçuların hər biri işğal altında olan ərazilərin azad olunmasında qəhrəmanlıqlar göstərib. O, bununla qürur duyduğunu deyib:
"Ali Baş Komandanın da dediyi kimi, biz düşməni dəmir yumruqla əzdik. Şəhidlərimizin qisasını aldıq. Bu postda xidmət etməyimlə fəxr edirəm və millətimiz arxayın olsun ki, Azərbaycan əsgəri sərhədlərimizin keşiyində möhkəm dayanıb. Ermənilər növbəti dəfə ölkəmizə qarşı torpaq iddiasına düşsələr, bu, onlara, təbii ki, baha başa gələcək".











Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1218 Tarix: 01 dekabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
9 gün iş olmayacaq
2026-cı ilin dekabr ayında Azərbaycanda beşgünlük iş rejimi ilə çalışanları 9 qeyri-iş günü gözləyir. Ölkə.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təsdiqlədiyi 2026-cı ilin istehsalat təqvimində qeyd olunub. Təqvimə əsasən, dekabr ayı ərzində səkkiz gün şənbə və bazar
11 noyabrİntensiv yağış yağacaq - SABAHIN HAVASI
Sabah Azərbaycanda hava necə olacaq?. Noyabrın 11-də gözlənilən hava proqnozu açıqlanıb. Bakıda və Abşeron yarımadasında hava necə olacaq?. Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gündüzdən yarımadanı
10 noyabrEyni binada mənzillərin qiyməti niyə kəskin fərqlənir? - EKSPERTDƏN AÇIQLAMA
Eyni binada yerləşən mənzillərin qiymətləri arasında bəzən ciddi fərqlər müşahidə olunur. Bu fərqə mənzilin yerləşdiyi mərtəbə, sahəsi, otaqların planlaşdırılması, təmiri, mənzərəsi, günəş işığı alması, binanın infrastrukturu və sənədləşmə vəziyyəti kimi amillər təsir edə bilər. Lakin bəzi hallarda oxşa
11 noyabrNazir pensiya artımı ilə bağlı ŞAD XƏBƏR VERDİ
Cari ildə Azərbaycanda inflyasiya gözləntisi və faktiki rəqəm artıq 5,6 % təşkil edir, 10 aylıq məlumatlar əsasında növbəti il üçün proqnozlaşdırılan göstərici isə 5,3 %-dir. report-a istinadən xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə
11 noyabrLökbatanda itlər sakinə hücum etdi - Həmin gün 5-ci hadisə imiş - Video
Qaradağ rayonunun Lökbatan qəsəbəsində sakin bir neçə itin hücumuna məruz qalıb. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən səhər Qobu Park yaşayış massivində qeydə alınıb. Həmin anın görüntüləri binalardan birinin yuxarı mərtəbəsindən qeydə alıblar. Sakinlərin sözlərinə görə, həmin səhər binaları
11 noyabr