Şəhid Daşqının qardaşından etiraz: "Nigar Qədəşova özünü reklam edir, ona nifrət edirik"

Şəhid Daşqının qardaşından etiraz: "Nigar Qədəşova özünü reklam edir, ona nifrət edirik"İki gün əvvəl İTV efirində Azərbaycanın Vətən müharibəsindəki şanlı Zəfərinə həsr olunan "BİZ" tarixi-sənədli filmi təqdim edilib. Filmdə Vətən müharibəsi dövründə 44 gün ərzində Ali Baş Komandanın rəhbərliyi ilə qəhrəmancasına ön cəbhədə döyüşən Azərbaycan əsgəri ilə yanaşı, arxa cəbhədə onu dəstəkləyən vətənpərvər sadə vətəndaşların da ümumi Qələbədə oynadığı rol göstərilir. "Biz" filmində özünü şəhid Daşqın Şəfiyevin məşhur videosundakı statusun sahibi kimi təqdim edən Nigar Qədəşova ilə bağlı hissə də yer alıb.

Şəhid Daşqın Şəfiyevin qardaşı Orxan Şəfiyev Modern.az-a açıqlamasında öz etirazını bildirib: "Mən və ailəm filmdə təqdim olunan xanıma nifrət edirik. O xanım böyük səhv edir, şəhidin adından, mənim qardaşımın adından istifadə edir. Çox təəssüf ki, xanımdır. Kişi olsaydı, onunla başqa cür danışardım".

O. Şəfiyev deyib ki, Şəhid qardaşı Daşqının videosunda bəhs etdiyi status Nigar Qədəşovaya məxsus deyil: "Daşqın videoda gürcü qızı Nana Davidaşiviliyə cavab verib. Fimdəki Nigar Qədəşovaya "İnstagram"da mesaj yazdım ki, elədiyi hərəkət doğru deyil və Daşqının videoda cavab verdiyi qız o deyil. Nigar Qədəşova mesajımı oxuyandan sonra məni blok etdi. O bu yolla ancaq səhifəsində izləyici sayını qaldırıb, reklam əldə edir.

Daşqın o videonu çəkəndə mən onun yanında idim və video çəkiləndə o hələ döyüşə getməmişdi. Daşqının videoda bəhs etdiyi və nəzərdə tutduğu xanım gürcüstanlı Nanadır. Daşqın şəhid olandan bu günə qədər o ailəmizin yanında oldu. Ad günündə, ildönümündə gələ bilməsə də, çiçək göndərdi. Amma filmdə təqdim olunan və özünü həmin statusun sahibi kimi qələmə verən Nigar Qədəşova isə bircə dəfə də olsun bizə başsağlığı vermədi. Əksinə Şəhid adından istifadə edib, pul qazanır, özünü reklam edir".

O.Şəfiyev məsələ ilə bağlı hüquq mühafizə orqanlarına videomüraciət edəcəyini, onlardan yardım istəyəcəyini vurğulayıb: "Hər gün şəhid məclislərində, ildönümlərində iştirak edirəm deyə, hələ hüquq mühafizə orqanlarına gedib, yazılı müraciət edə bilməmişəm. Əgər, qanunda belə bir qayda varsa, mən və ailəm ondan şikayət edirik. Video müraciət də edəcəm. Ümid edirəm rəsmi qurumlar videomu görüb bu barədə tədbir görəcəklər. Heç kim şəhid adından istifadə etməsin. Bu bizim xalqımıza yaraşmır. Ayıbdır və bu addan istifadə edənlərə ayıb olsun", - deyə, o sonda qeyd edib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 7324   Tarix: 01 dekabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

9 gün iş olmayacaq

2026-cı ilin dekabr ayında Azərbaycanda beşgünlük iş rejimi ilə çalışanları 9 qeyri-iş günü gözləyir. Ölkə.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təsdiqlədiyi 2026-cı ilin istehsalat təqvimində qeyd olunub. Təqvimə əsasən, dekabr ayı ərzində səkkiz gün şənbə və bazar

11 noyabr
.

Qonşunuz həyətinizin bir hissəsini zəbt edibsə, torpağınızı necə geri ala bilərsiniz? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Qonşular arasında torpaq sahəsinin sərhədləri ilə bağlı mübahisələr bəzən ciddi problemlərə yol açır. Xüsusilə qonşulardan birinin digərinə məxsus həyətin bir hissəsini zəbt etməsi, hasarı qanunsuz şəkildə irəli çəkməsi və ya öz torpaq sahəsini genişləndirmək məqsədilə qonşunun ərazisinə müdaxilə etməs

11 noyabr
.

Şuşadan dünyaya ünvanlanan mesajlar: İlham Əliyev və Ərdoğan Azərbaycan-Türkiyə müttəfiqliyinin gələcək hədəflərini açıqladılar

Ərdoğanın Zəfər Günü münasibətilə Azərbaycana səfəri və Şuşada Prezident İlham Əliyevlə birgə mətbuata bəyanatları iki dövlət arasındakı münasibətlərin strateji mahiyyətini, regional siyasətdəki rolunu və gələcək əməkdaşlığın əsas istiqamətlərini bir daha gündəmə gətirdi. Şuşadan verilən mesajlar göstərd

9 noyabr
.

Zəfər Günü Azərbaycanın gücünün, milli birliyinin və müstəqil dövlətçilik iradəsinin təntənəsidir

8 Noyabr - Zəfər Günü Azərbaycan tarixinin ən möhtəşəm və şanlı səhifələrindən biridir. Bu tarix yalnız 44 günlük Vətən müharibəsində qazanılmış hərbi Qələbənin ildönümü deyil, həm də Azərbaycan xalqının uzun illər ərzində qoruyub saxladığı milli iradənin, ərazi bütövlüyü uğrunda mübarizəsinin və müstəqi

9 noyabr
.

İntensiv yağış yağacaq - SABAHIN HAVASI

Sabah Azərbaycanda hava necə olacaq?. Noyabrın 11-də gözlənilən hava proqnozu açıqlanıb. Bakıda və Abşeron yarımadasında hava necə olacaq?. Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gündüzdən yarımadanı

10 noyabr
.

Üçrəngli bayraq - milli dövlətçilik iradəsinin, suverenliyin və tarixi Zəfərin təcəssümü

Azərbaycan Respublikasının Dövlət Bayrağı xalqımızın milli kimliyini, tarixi yaddaşını, dövlətçilik ənənələrini və müstəqillik ideallarını özündə birləşdirən ən müqəddəs rəmzlərdən biridir. Noyabrın 9-da qeyd olunan Dövlət Bayrağı Günü yalnız milli atributa ehtiramın ifadəsi deyil, həm də Azərbaycanı

9 noyabr
.

Eyni binada mənzillərin qiyməti niyə kəskin fərqlənir? - EKSPERTDƏN AÇIQLAMA

Eyni binada yerləşən mənzillərin qiymətləri arasında bəzən ciddi fərqlər müşahidə olunur. Bu fərqə mənzilin yerləşdiyi mərtəbə, sahəsi, otaqların planlaşdırılması, təmiri, mənzərəsi, günəş işığı alması, binanın infrastrukturu və sənədləşmə vəziyyəti kimi amillər təsir edə bilər. Lakin bəzi hallarda oxşa

11 noyabr
.

Nazir pensiya artımı ilə bağlı ŞAD XƏBƏR VERDİ

Cari ildə Azərbaycanda inflyasiya gözləntisi və faktiki rəqəm artıq 5,6 % təşkil edir, 10 aylıq məlumatlar əsasında növbəti il üçün proqnozlaşdırılan göstərici isə 5,3 %-dir. report-a istinadən xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə

11 noyabr
.

Lökbatanda itlər sakinə hücum etdi - Həmin gün 5-ci hadisə imiş - Video

Qaradağ rayonunun Lökbatan qəsəbəsində sakin bir neçə itin hücumuna məruz qalıb. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən səhər Qobu Park yaşayış massivində qeydə alınıb. Həmin anın görüntüləri binalardan birinin yuxarı mərtəbəsindən qeydə alıblar. Sakinlərin sözlərinə görə, həmin səhər binaları

11 noyabr