Həkim-infeksionist: "Omikronun" əvvəlki ştamlardan 8-10 dəfə yoluxucu olduğu deyilir

Həkim-infeksionist: "Omikronun" əvvəlki ştamlardan 8-10 dəfə yoluxucu olduğu deyilirRNT tərkibli virus olan yeni növ koronavirusun (COVID-19) yeni "omikron" ştammının yayılması barədə informasiyalar əhali arasında ciddi narahatlıq doğurur.

Doğrudur, yeni ştamm hələ ki ölkəmizdə qeydə alınmayıb, lakin ətraf ölkələrdə ona təsadüf edildiyi barədə informasiyalar var. Əlbəttə, arzu edirik ki, yeni ştamm ölkəmizə gəlməsin, lakin pandemiya dövründə yaşayırıqsa, bu, qaçılmazdır.

Təəssüf ki, yoluxma sayındakı rəqəmlər azaldıqca insanlar arasında rahatlıq yaranır və bu hal xəstəliyin yayılması üçün zəmin yaradır.

Sonxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, həkim-infeksionist Nigar Əliyeva yeni ştamla əlaqədar deyib: "Virusun növbəti mutasiyası olan "omikron" (B.1.1.529) ştammı molekulyar quruluşuna görə çox mükəmməldir və əvvəlkilərdən daha yoluxucudur.

Yeni növ koronavirus pandemiyasının lap əvvəlindən deyirdik ki, hər yaranan ştamm intensiv yoluxuculuğu ilə təhlükə yaradır. İlk ştamların iki dəfə yoluxucu olduğu qeyd edilirdi, yəni bir nəfər daha iki nəfəri yoluxdura bilərdi.

"Delta" ştammının 6 dəfə daha çox yoluxucu olduğu deyilirdisə, "omikronun" 8-10 dəfə yoluxucu olduğu bildirilir.

Nə qədər ki, hamı peyvəndlənmə prosesindən keçməyib, virus peyvənd olunmamış orqanizmin birindən digərinə keçdikcə dəyişikliyə uğrayır.

Peyvənd olunmuş orqanizmdə çevrilmə getmir, bunun əksinə, peyvənd olunmamış orqanizmdə virus özünə münbit şərait tapır və yeni mutasiyalar yaranır. "Omikron" ştammının 30-a yaxın mutasiyaları özündə birləşdirdiyi qeyd olunur.

Bunlar yeni ştammın nə qədər dəyişkən olduğu və hətta aparılan peyvəndləmə prosesinə qarşı dirəncli ola biləcəyi ehtimalını doğurur.

Dəyişkənlik virusların həyatdaqalma şəklidir. İndiyə qədər müxtəlif ştamlar var idi, lakin Ümumdünya Səhiyyə Təşkilatı hər hansı ştamma görə bu qədər həssas yanaşırsa, bu, həqiqətən, vəziyyətin ciddiliyindən xəbər verir.

Son vaxtlar peyvəndlər üzərində aparılan araşdırmalar onun hələlik yeni ştamm üçün də təsirli olduğunu göstərir.

Lakin təsirin effektivliyi xəstəliyin əmələ gəlməməsinə kömək etmir, "delta" ştammında olduğu kimi bu ştamda da xəstəliyi yüngül keçirməyə səbəb olur, çünki virus orqanizmdəki anticisimləri tanıyır.

Lakin yeni ştamdakı alt mutasiyaların müəyyən bir qismi həmin anticisimlərə qarşı reaksiya göstərməyib. Bu isə o deməkdir ki, mutasiyanın geniş yayılması vaksinasiyanın səmərəsini azalda bilər".

Yeni ştammın əlamətləri barədə danışan həkim-infeksionist deyib: "Əlamətlər hələ araşdırılır. Məlumdur ki, bu ştamm daha çox gənclər arasında yayılır, yaşlılar və yanaşı xəstəliyi olanlar üçün təhlükəli olaraq qalır. Hər ştammın sırf özünəməxsus xüsusiyyəti olur.

Əvvəlki ştamlarda da daha çox ürəkbulanma, halsızlıq, hərarət və s. əlamətlər üstünlük təşkil edirdisə, "delta" ştammında daha çox iybilmə və dadbilmənin itməsi baş verir. Ümumi olaraq digər kəskin respirator infeksiyalarda olan kliniki əlamətlər çox güman ki, bu "omikronda" da olacaq. Lakin orqanizmə görə, təbii ki, dəyişə də bilər.

RNT tərkibli bütün viruslar aqressiv olurlar, onları idarə etmək çətindir. Adətən belə düşünülür ki, indiyə qədər olan bütün pandemiyalar zamanı mutasiya yarandıqca virus zəifləyir və proses öz-özünə bitir. Çox təəssüf ki, bu virus haqqında bunu demək olmur.

Bəzi mütəxəssislər belə fikirdədir ki, bu virus laboratoriya məhsulu olduğuna görə zəifləmə getmir. Bir sıra mütəxəssislər bunu onun quruluşu ilə əlaqələndirirlər. Elm sahəsində də öz təsdiqini tapmamış çoxlu belə versiyalar var, lakin hələlik yekun bir rəy yoxdur. Şübhəsiz ki, yekun nəticəni zaman göstərəcək".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1439   Tarix: 02 dekabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Əfvə düşən yeganə qadın məhbus AZADLIĞA ÇIXDI

Prezident İlham Əliyevin sərəncamı ilə əfv edilən 20 nəfərin sırasında olan yeganə qadın məhbus Pakistan vətəndaşı Sabir Sonia azadlığa buraxılıb. -ın məlumatıma görə, Sonia Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il azadlıqdan məhrum edilmişdi. O, 7 il 6 ay cəzadan sonra əfv edilib. S.Sonia quldurluqd

23 sentyabr
.

18 yaşlı Əlipaşa və Elminin meyiti tapıldı

Sentyabrın 19-u Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində dənizdə batan 2 nəfərin meyiti tapılıb. xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, dənizdə nəzarətsiz ərazidə batan 2008-ci il təvəllüdlü Əlipaşa Natiq oğlu Əlizadənin və 2008-ci il təvəllüdl

22 sentyabr
.

Paytaxtın iki böyük bağı birləşdirildi

"Mərkəzi Nəbatat Bağı" və "Dendrologiya Bağı" publik hüquqi şəxslər Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Mərkəzi Nəbatat və Dendrologiya Bağı" Məhdud Məsuliyyətli Cəmiyyətinə çevrilmə yolu ilə yenidən təşkil ediləcək. xəbər verir ki, bununla bağlı Baş nazi

23 sentyabr
.

Şəhidlərin qanı ilə yazılan Zəfər - KÖŞƏ YAZISI

Elə tarixlər var ki, təqvimdəki adi gün olmaqdan çıxaraq xalqın taleyinə yazılır. 27 Sentyabr Azərbaycan üçün belə bir tarixdir. Bu gün qəlbimizdə hüznlə qürur, göz yaşları ilə fəxarət yanaşı dayanır. Şəhidlərimizin xatirəsi qarşısında baş əyir, onların müqəddəs fədakarlığını ehtiramla yad edir, qanlar

22 sentyabr
.

Azərbaycanın metallurgiya xəritəsi yenidən cızılır: 5,3 milyard manatlıq Dövlət Proqramı nə vəd edir?

Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun inkişafı istiqamətində növbəti mühüm mərhələ başlayır. Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı"na həsr olunmuş müşavirəd

23 sentyabr
.

Xammaldan sənaye gücünə: Azərbaycanın metallurgiya strategiyasında yeni mərhələ

Azərbaycan iqtisadiyyatının qarşısında duran əsas vəzifələrdən biri təbii sərvətlərin yalnız hasilat mənbəyi kimi deyil, yüksək əlavə dəyər yaradan sənaye resursu kimi iqtisadi dövriyyəyə cəlb edilməsidir. Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (meta

23 sentyabr
.

Tamstore Marketlər Şəbəkəsində iş imkanları sizləri gözləyir

Azərbaycan pərakəndə satış sektorunun dinamik inkişaf edən şirkəti "Tamstore" marketlər şəbəkəsi komandasını genişləndirir. Şirkət insan resurslarının davamlı inkişafı, dayanıqlı iş imkanları və sağlam korporativ mühit prinsiplərinə uyğun olaraq Bakı və Sumqayıt filialları üzrə işə qəbul ela

23 sentyabr
.

Dərman qəbulundan sonra ağır allergik reaksiya verdi

Dərman qəbulundan sonra ağır allergik reaksiya ilə xəstəxanaya aparılan qadın həyata qaytarılıb. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Respublika Klinik Xəstəxanası məlumat yayıb. Bildirilib ki, avqustun 2-də ağır vəziyyətdə Respublika Klinik Xəstəxanasının Anesteziologiya, Reanimasiy

23 sentyabr
.

Həcc ziyarətinə sənəd qəbulu başlayır - Qiymət artımı ola bilər

Sabahdan Həcc ziyarətinə sənəd qəbulu başlayır. Qaynarinfo xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem rəhbəri Vüsal Cahangiri məlumat verib. "Səudiyyə Ərəbistanı Krallığının Həcc və Ümrə nazirliyinin tövsiyəsi əsasında bu i

23 sentyabr