Xərçəngdən əməliyyat olunan aktyor diaqnozundan xəbərsizdir
Akademik Musiqili Teatrın aktyoru, Əməkdar artist Novruz Qartal xəstəxanadan evə buraxılıb.
Sonxeber.az xəbər verir ki, bu barədə yenicag.az-a açıqlamasında aktyorun həyat yoldaşı Zərqələm Əliyeva bildirib.
"Özü ağır xəstəliyə düçar olduğundan xəbərsizdir. Xərçəng xəstəsi olduğunu həkimlər də, biz də gizlədirik ondan.
İstəmirik ümidsizliyə qapılsın. Xəstəxanadan evə gətirmişik. Uzanır, az-az danışır, çox zəifdir. Bəzən huşu gedib-gəlir. Heç bilmirik necə olacaq? Amma sağalacağına inanır. Deyir sağalacam, səhnəyə çıxacam, fəxri ad alacam, mənə ev verəcəklər, kirayədən canım qurtaracaq. Allaha təvəkkül, dua edirik ki, sağalsın, heç olmasa bir az yaşasın.
Onsuz da onkoloji xəstədir, nə qədər yaşayacağını Allah bilir. Heç olmasa, sağlığında ev versəydilər, gözü arxada qalmazdı. Yaşamağa ümidi artardı. Adam illərini sənətə, səhnəyə həsr edib. Amma zəhmətinin bəhrəsini görməyib. Ömrüboyu kirayələrdə qalmışıq. Bu da onun səhhətinə təsirini göstərdi, çəkdiyi əziyyətlər, stress, çətinliklər onu yatağa saldı".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2894 Tarix: 02 dekabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Maşınla səyahət edənlərin nəzərinə - BDYPİ xəbərdarlıq etdi
Baş Dövlət Yol Polisi İdarəsi qeyri-iş günlərində avtomobillə səyahət edənlərə xəbərdarlıq edib. xəbər verir ki, xəbərdarlıq deyilir:. "Bayramla əlaqədar qeyri-iş günlərində ölkə ərazisində avtomobillə səyahətlərin sayı artıb. Təəssüf ki, bu artım həm də bölgələrdə baş verən yol-nəqliyyat hadisələrini
9 noyabrBakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
Bakıda və Abşeron yarımadasında noyabrın 11-i gündüzdən 12-dək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Bu barədə APA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi ehtimalı var
10 noyabrBakıda BMW-nin körpüdən aşmasının anbaan görüntüləri
Nizami rayonu, Babək prospekti ilə Məhəmməd Hadi küçəsinin kəsişməsində BMW markalı, 10-HH-919 dövlət nömrə nişanlı avtomobilin aşmasının anbaan görüntüləri yayılıb. -ın həmin görüntüləi təqdim edir. 12:58. Nizami rayonu, Babək prospekti ilə Məhəmməd Hadi küçəsinin kəsişməsində aşaraq köməkçi yola düşə
11 noyabrMusiqi adı altında uşaqlara hansı dəyərlər aşılanır? - PSİXOLOQDAN AÇIQLAMA
Son dövrlər azyaşlı uşaqlar arasında narkotik maddələri, cinayətkar həyat tərzini və həbsxana mühitini təbliğ edən mahnılara maraq diqqət çəkir. Xüsusilə sosial şəbəkələr və musiqi platformaları vasitəsilə yayılan bu cür mahnılar uşaqların gündəlik dinlədiyi musiqilərin bir hissəsinə çevrilir. Mahnıları
11 noyabr