Azərbaycanda ailələr kiçilir – SƏBƏBLƏR
Azərbaycanda son illərdə ev təsərrüfatlarının ölçüsünün sürətlə kiçilməsi müşahidə edilir. Bir ev təsərrüfatı orta hesabla 2015-ci ildə 4,72 nəfərdən ibarət olduğu halda, 2021-ci ilin oktyabrın 1-də 4,13 nəfər olub. Yeddi il ərzində ev təsərrüfatlarının ölçüsü 12,5 faiz kiçilib.
Sfera.az rəsmi məlumatlara istinadən xəbər verir ki, həm şəhər, həm də kənd yerlərində olan ev təsərrüfatları kiçilir. Amma bu proses şəhər yerlərində daha böyük sürətlə gedir. Son 7 ildə şəhər yerlərində olan ev təsərrüfatları 14 faiz kiçildiyi halda, kənd yerlərində 11,35 faiz kiçilib.
Ev təsərrüfatlarının kiçilməsinə bir çox amil təsir edə bilər. Ancaq bunların arasında 2 amilin təsiri daha güclüdür. Birinci amil yeni doğulan uşaqların sayının azalmasıdır. Rəsmi məlumatlara əsasən 2015-ci ildə doğum sayı 166,2 min olub. 2020-ci ildə bu göstərici 126,5 minə düşüb. Yeni doğulanların sayı ötən il 24 faiz azalıb. Ötən il doğum sayının kəskin azalmasına pandemiyanın təsirinin güclü olduğu danılmazdır. Lakin pandemiyadan öncə də doğumda azalma baş verib. 2019-cu ildə doğum sayı 141,1 min təşkil edib ki, bu da 15,1 faiz azalmadır.
Yeni doğulan uşaq sayının belə sürətlə azalması əlbəttə ki, ev təsərrüfatlarının ölçüsünə mənfi təsir edir.
Ev təsərrüfatlarının ölçüsünün kiçilməsinə təsir edən digər mühüm amil ailələrin birgəyaşayış ənənəsinin tədricən aradan qalxmasıdır. Xüsusən şəhər yerlərində yeni ailə quranların valideynləri ilə birgə yaşaması halları azalır. Bu amilin təsiriylə də ev təsərrüfatlarının kiçilməsi prosesi gedir.
Son məlumata əsasən, Azərbaycanda ən böyük ev təsərrüfatı Şirvan-Səlyan regionundadır. Burada təsərrüfatların ölçüsü 4,55 nəfərdən ibarətdir. Ən kiçik ev təsərrüfatı isə Bakıdadır. Paytaxtda bir təsərrüfat orta hesabla 3,63 nəfərdən ibarətdir.
Qeyd edək ki, ev təsərrüfatı bir nəfərdən, bir neçə ailədən, eləcə də qohum olmayan şəxslərdən ibarət ola bilər. Şəxslər qrupu o halda ev təsərrüfatı hesab edilir ki, onlar bir evdə yaşasınlar, öz gəlir və xərclərini tam və ya qismən birləşdirsinlər, ərzaq, qeyri-ərzaq və xidmətlərin istehlakını birgə həyata keçirsinlər.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bakı məşhur xəstəxana bağlanır - Xəstələr köçürülüb
Əhalininin nəzərinə - Noyabrın 15-dən start veriləcək
Azərbaycanın bu şəhərində 40-a yaxın bina söküləcək - 2000 AZN kompensasiya...
Yerə zibil atanlar 10 min manatadək cərimə olunacaq
10 milyonluq qızılla tutulan polkovnikin cəzası azaldıldı
Hindistanda deputat qızının toyuna 400 min nəfər dəvət etməyə hazırlaşır
2027-ci ildə pensiyalar 7,5 faiz artacaq: Pensiyaçılar nə qədər qazanacaq? - İQTİSADÇIDAN AÇIQLAMA
Nazir pensiya artımı ilə bağlı ŞAD XƏBƏR VERDİ
İlham Əliyev Ərdoğana başsağlığı verdi
Minimum əməkhaqqı ilə bağlı - Yenilik gözlənilir
Güclü küləkdə bayrağı xilas etməyə çalışan o imiş... - Video
Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
Bu rayona 33 sm qar yağıb
İntensiv yağış yağacaq - SABAHIN HAVASI
Fatma Mahmudova: "Qızıma aldığım mebellərin qapısı açılmamış qaldı"