"Günəşli" neft yatağını ilk kəşf edənlərdən olan prezident təqaüdçüsü vəfat etdi
Geologiya-mineralogiya elmləri doktoru, professor, Prezidentin fərdi təqaüdçüsü, iki dəfə Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi Fərid Dadaşov vəfat edib.
"Report" xəbər verir ki, o, 91 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Dadaşov Fərid Həsən oğlu 1930-cu ildə Bakı şəhərində anadan olub. 1952-ci ildə mühəndis-geoloq ixtisası üzrə Azərbaycan Sənaye İnstitutunun (indiki ADNSU) Geoloji-kəşfiyyat fakültəsini bitirib. 1952-1954-cü illərdə həmin institutun aspiranturasında oxuyub, "Neft yataqlarının geologiyası" kafedrasında işləyib.
1957-ci ildən Azərbaycan Elmlər Akademiyasının Geologiya İnstitutunda (indiki Geologiya və Geofizika İnstitutu) işləyib. 1977-1984-cü illərdə Geologiya İnstitutunda elmi işlər üzrə direktor müavini vəzifəsində çalışıb. "Neft və qaz yataqlarının genezisi və əmələgəlməsi" şöbəsinin rəhbəri olub.
O, neft-qaz geologiyası və geokimyası sahəsində, təbii qazların tədqiqatı üzrə görkəmli alimdir. F.Dadaşov Azərbaycanın və Xəzər dənizinin neftli-qazlı rayonlarının karbohidrogen qazlarının dəyişməsi qanunauyğunluğunu müəyyən edib, hidrosferin qazlarını öyrənmək üçün yeni üsul təklif edib, neft-qaz-toplanma zonalarının qazgeokimyəvi kriterilərini işləyib hazırlayıb.
"Günəşli" neft yatağını ilk kəşf edənlərdəndir. 1988-ci ildə "Azərbaycan SSR-in neft və qaz yataqları və perspektiv strukturları xəritəsi"nə görə Azərbaycan SSRİ Dövlət mükafatına layiq görülüb. "Şərəf nişanı" ordeni və medallarla təltif edilib.
F.Dadaşov 300-dən çox elmi işin, səkkiz monoqrafiyanın, üç müəlliflik şəhadətnaməsinin müəllifidir. "Azərbaycanın geokimyəvi anomaliyaları", "Azərbaycanın neft-qaz yataqları və perspektivli sahələri", "Xəzər dənizinin palçıq vulkanları", "Azərbaycanın neft və qaz ehtiyatlarının xəritəsi", "Azərbaycanın təbii qazları" xəritələrin müəlliflərindən biridir.
15 il ərzində doktorluq dərəcəsi vermək üzrə Elmi Şuranın sədri olub. 18 geologiya-mineralogiya elmləri namizədi, üç elmlər doktoru hazırlayıb.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1883 Tarix: 09 dekabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBu yay hansı ayaqqabılar trend olacaq?
Yay mövsümü yaxınlaşdıqca qarderoblar yenilənir və ayaqqabı seçimləri də dəyişir. Bu il rahatlıq və zəriflik ön plandadır. Dizaynerlər gündəlik istifadəyə uyğun modellərlə yanaşı, cəsarətli detalları olan ayaqqabıları da trend siyahısına daxil edib. bu modelləri təqdim edir:. Toxuma detallı sandaletlər
15 iyunAvropanın dörd ölkəsinin liderləri İranla bağlı birgə bəyanat yaydılar
Böyük Britaniya, Almaniya, İtaliya və Fransa Tehranın nüvə fəaliyyətini tam şəffaf şəkildə həyata keçirəcəyi təqdirdə ona qarşı tətbiq edilən sanksiyaların ləğvinə hazır olduqlarını bildiriblər. xəbər verir ki, bu barədə AFP məlumat yayıb. Bildirilib ki, sözügedən dörd ölkənin liderləri İranla ABŞ arasınd
15 iyunAzərbaycanlı vəkilin oğlu Rusiyada həbs edildi
Rusiyada qalmaqalları ilə tanınan azərbaycanlı vəkil Elman Paşayevin oğlu Elvin "qara rieltorlar" işi çərçivəsində saxlanılıb. xəbər verir ki, bu barədə "Mash" məlumat yayıb. Bildirilib ki, 26 yaşlı Elvin fevral ayından etibarən xüsusilə külli miqdarda dələduzluq ittihamı ilə istinta
15 iyunFilippində yenə güclü zəlzələ oldu
Filippində - Mindanao adası akvatoriyasında 6.4 bal gücündə zəlzələ qeydə alınıb. xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidməti məlumat yayıb. Məlumata görə, Bakı vaxtı ilə saat 13:19-da qeydə alınan yeraltı təkanların episentri Davao şəhərindən 145 km cənub-şərqdə yerləşib
15 iyunSaçların ağarması yalnız yaşla bağlı deyil - Yeni araşdırma
Tokio Universitetinin tədqiqatçıları maraqlı bioloji proses müəyyən ediblər: saçların piqmentini itirməsi DNT zədələnməsinə qarşı qoruyucu mexanizmlərdən biri ola bilər. Qaynarinfo xəbər verir ki, "Libertatea" nəşrinin yazdığına görə, yapon alimlərindən ibarət qrup siçanların saç follikullarınd
15 iyun20 tibb müəssisəsinin qarşısında minib-düşmə yerləri təşkil edildi
20 tibb müəssisəsinin qarşısında minib-düşmə yerləri yaradılıb. Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Bildirilib ki, daha 7 ünvanda parklanma yerlərinin bir hissəsi ləğv olunaraq "5.14" - "minik taksilərinin duracaq yeri" və 3.28" - "durma
15 iyun