"Azəristilik" ləğv edilib "Azəriqaz"ın tərkibinə keçməlidir - Deputatdan TƏKLİF
"Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyevin Kütləvi İnformasiya Vasitələri nümayəndələri ilə görüşü baş tutub. Görüş zamanı Ruslan Əliyev "Azəristiliktəchizat" ASC-nin Birliyə olan borcu ilə bağlı məsələyə də bir daha münasibət bildirərək, borcla bağlı "Azəristiliktəchizat" ASC-yə məktub göndərildiyini qeyd edib.
""Azəristiliktəchizat"a dövlət tərəfindən yardım olunur. Həmin yardımın bir hissəsi 12 milyon manatdır. Hətta dövlət tərəfindən yardımlar olsa da, qurum bizə tam ödəniş edə bilməz. Ona görə də biz dekabr ayının 15-dən borclu qazanxanalar üzrə qazın dayandırmasını həyata keçirəcəyik", - deyə baş direktor əlavə edib.
Bu zaman belə bir sual ortaya çıxır: "Azəristilik" ləğv edilib "Azəriqaz"ın tərkibinə keçə bilərmi?
Mövzuyla bağlı Sonxeber.az-a deputat Fazil Mustafa münasibət bildirib.
Onun sözlərinə görə, "Azəristiliktəchizat" "Azəriqaz" İstehsalat Birliyinin tərkibinə qatılsa, dövlətin də yükü azalar:
"Bu sistem əslində bir tərkibdə, eyni zamanda məsuliyyət də bir nəfərdə olmalıdır. Yoxsa hər il bu cür biabırçılığın vətəndaşın başında çatlamasına nə lüzum var? Mən hesab edirəm ki, daha fərqli bir siyasət izlənməlidir və insanlara verilən bu qədər sıxıntı ortadan qalxmalıdır. Məsələləri bu cür ötürə-ötürə yola vermək olmaz. ""Azəristiliktəchizat"a dövlət maliyyə ayırır. Ondansa bu qurum "Azəriqaz" İstehsalat Birliyinin tərkibinə qatılsa, dövlətin də yükü azalar".
Aysel Səfərzadə
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bakı məşhur xəstəxana bağlanır - Xəstələr köçürülüb
Pensiyalar bu tarixdə ödəniləcək
Hindistanda deputat qızının toyuna 400 min nəfər dəvət etməyə hazırlaşır
Yerə zibil atanlar 10 min manatadək cərimə olunacaq
Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
Britaniyalı pilot səmada UNO-larla qarşılaşmasından danışdı
İlham Əliyev Ərdoğana başsağlığı verdi
Prezidentdən Draqan Vladisavljeviç ilə bağlı Sərəncam
Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım etdi
Qızıl və gümüş bahalaşıb
Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı
Bakıda hündür ağac bahalı avtomobilin üzərinə aşdı (FOTO)
Güclü küləkdə bayrağı xilas etməyə çalışan o imiş... - Video
Azərbaycan Esvatiniyə təxminən 100 milyon dollar investisiya yatırmağı planlaşdırır
Prezident İlham Əliyevin Zəfər Günü müraciəti: Tarixi Qələbənin siyasi, hərbi və mənəvi təntənəsi