Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçirildi-FOTO
Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans "Aşıq Ələsgər və elmi-nəzəri, pedaqoji fikir" adlı beynəlxalq elmi konfrans keçirilib.
Sonxeber.az xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 291 nömrəli Ekologiya liseyi tərəfindən təşkil olunmuş beynəlxalq elmi konfransda BŞTİ-nin müdiri Mehriban Vəliyeva, Özbəkistan Əlişir Nəvai adına Daş¬kənd Dövlət Özbək dili və Ədəbiyyatı Univer¬sitetinin dosenti, Füzuli adına Mədəniyyət Mərkəzinin müdiri Gülba¬har Aşurova, Türkiyənin "Türk ədəbiyyatı" jurnalının baş redaktoru İmdat Avşar, Pamukqala Universitetinin Türk dili və ədəbiyyatı bölməsinin əməkdaşı Orhan Baldane, Qazaxıstanın Beynəlxalq Türk Akademiyasının nümayəndəsi Nurdin Useev, İdarənin müvafiq struktur bölmə rəhbərləri, məktəb direktorları, müəllimlər, şagirdlər və KİV təmsilçiləri iştirak ediblər.
Konfransı giriş sözü ilə açan 291 nömrəli Ekologiya liseyinin direktoru Arif Əsədov Aşıq Ələsgərin Azərbaycanın aşıq sənətindəki rolundan söhbət açıb, tədbirin əhəmiyyətindən bəhs edib.
BŞTİ-nin müdiri Mehriban Vəliyeva konfransın ümumi əhəmiyyətinə, məzmununa və örnək ideyasına görə xüsusilə diqqət çəkdiyini vurğulayıb. Bu ideyanın digər paytaxt məktəbləri üçün yaxşı nümunə olacağına inamını ifadə edən M.Vəliyeva təhsil müəssisəsində Azərbaycanın milli-mənəvi dəyərlərinə olan ehtiramı müşahidə etməyin xoş olduğunu söyləyib. Bildirib ki, bu, gələcəyimiz olan uşaqların düzgün istiqamətdə inkişaf etdiyini deməyə əsas verir.
M.Vəliyeva onu da qeyd edib ki, aşıq sənətinə ümummilli lider Heydər Əliyev tərəfindən göstərilən diqqət və qayğı Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Dövlət başçısının "Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında" sərəncamına uyğun olaraq, ölkəmizdə və ölkəmizdən kənarda silsilə tədbirlər, konfranslar, təqdimatlar keçirilir, görkəmli aşığın yaradıcılığı yenidən öyrənilərək dünya ictimaiyyətinə çatdırılır.
Daha sonra çıxış edənlər Özbəkistanın Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək dili və Ədəbiyyatı Universitetinin dosenti, Füzuli adına Mədəniyyət Mərkəzinin müdiri Gülbahar Aşurova, Türkiyənin "Türk Ədəbiyyatı" jurnalının baş redaktoru İmdat Avşar, Pamukqala Universitetinin Türk dili və ədəbiyyatı bölməsinin əməkdaşı Orhan Baldane, Qazaxıstanın Beynəlxalq Türk Akademiyasının nümayəndəsi Nurdin Useev tarixi köklərə və qardaşlığa söykənən ölkələrarası mədəni əlaqələrdən bəhs ediblər.
Bildiriblər ki, Azərbaycan xalqı milli-mənəvi dəyərlərin, mədəniyyətin formalaşmasında mühüm rol oynayan dahi şəxsiyyətlər, mütəfəkkirlər yetişdirir. Bu baxımdan türk dünyası üçün örnək olan sənətkarların həyatı və irsinin şagirdlərə bu kimi tədbirlər, konfranslar vasitəsilə çatdırılması önəmlidir.
Konfransda şagirdlərin ifasında Aşıq Ələsgərin şeirləri səsləndirilib, ədəbi-bədii kompozisiyalar nümayiş olunub. Daha sonra "Aşıq Ələsgər və tarix", "Aşıq Ələsgər və filoloji fikir", "Aşıq Ələsgər və tarix elmləri" mövzularında bölmə iclasları keçirilib.






ZAİRA AKİFQIZI
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bakı məşhur xəstəxana bağlanır - Xəstələr köçürülüb
Pensiyalar bu tarixdə ödəniləcək
Hindistanda deputat qızının toyuna 400 min nəfər dəvət etməyə hazırlaşır
Yerə zibil atanlar 10 min manatadək cərimə olunacaq
Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
Britaniyalı pilot səmada UNO-larla qarşılaşmasından danışdı
İlham Əliyev Ərdoğana başsağlığı verdi
Prezidentdən Draqan Vladisavljeviç ilə bağlı Sərəncam
Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım etdi
Qızıl və gümüş bahalaşıb
Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı
Bakıda hündür ağac bahalı avtomobilin üzərinə aşdı (FOTO)
Güclü küləkdə bayrağı xilas etməyə çalışan o imiş... - Video
Azərbaycan Esvatiniyə təxminən 100 milyon dollar investisiya yatırmağı planlaşdırır
Prezident İlham Əliyevin Zəfər Günü müraciəti: Tarixi Qələbənin siyasi, hərbi və mənəvi təntənəsi