Kasıb ailə 4 aylıq körpəni 104 dollara satdı - VİDEO
Çətin vəziyyətdə yaşayan əfqan ailəsi dörd aylıq körpəsini 104 dollara satıb.
Sonxeber.az Azxeber.com-a istinadən xəbər verir ki, əfqan ana hər iki uşağına baxa bilmədiyi üçün dörd aylıq əkizlərindən birindən imtina etməli olub.
Talibanın avqustun ortalarında ölkəni nəzarətə götürməsindən sonra Əfqanıstanda ailələr yaşamaq üçün kifayət qədər qida tapmaqda çətinlik çəkirlər.
Qərargahı Londonda yerləşən "Save the Children" Fondunun rəsmiləri ölkədəki maliyyə böhranı səbəbindən humanitar böhranın getdikcə dərinləşdiyini, insanların övladlarını satmaq məcburiyyətində qalmasını söyləyiblər. Bunun son nümunəsi dünən baş verib.
Bibi adlı əfqan qadın əkizlərindən birini satıb. Bibi, "Əvvəlcə uşağı pul istəmədən vermək istədim, amma süd, yemək və dərman pulum olmadığı üçün satmağı düşündüm. O pulla bir müddət daha yemək ala bilərəm. 104 dollara satmalı oldum. Təsəvvür edə biləcəyinizdən daha çətin bir qərar idi. Amma bizdə heç nə yoxdur. Onları ayırmaqdan əziyyət çəkirəm" - deyə bildirib. Bibinin həyat yoldaşı Məhəmməd bildirib ki, əgər iş olarsa, həftədə bir neçə gün işləyə bilər, lakin bir günlük qazanc iki günün xərclərini ödəmir.
Cütlüyün 12 yaşlı oğlu pul yığmaq üçün başqalarının çantalarını və əşyalarını aparır.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bakı məşhur xəstəxana bağlanır - Xəstələr köçürülüb
Pensiyalar bu tarixdə ödəniləcək
Hindistanda deputat qızının toyuna 400 min nəfər dəvət etməyə hazırlaşır
Yerə zibil atanlar 10 min manatadək cərimə olunacaq
Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
Britaniyalı pilot səmada UNO-larla qarşılaşmasından danışdı
İlham Əliyev Ərdoğana başsağlığı verdi
Prezidentdən Draqan Vladisavljeviç ilə bağlı Sərəncam
Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım etdi
Qızıl və gümüş bahalaşıb
Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı
Bakıda hündür ağac bahalı avtomobilin üzərinə aşdı (FOTO)
Güclü küləkdə bayrağı xilas etməyə çalışan o imiş... - Video
Azərbaycan Esvatiniyə təxminən 100 milyon dollar investisiya yatırmağı planlaşdırır
Prezident İlham Əliyevin Zəfər Günü müraciəti: Tarixi Qələbənin siyasi, hərbi və mənəvi təntənəsi