"Məni incidənlər atamdan üzr istəməlidir" - Rafael Dadaşovun qızı
"Çox adam bu həyatda mənə yaxın durmadı, satdı. Kiminsə yoxluğundan da istifadə etdilər. Bu yaxınlarda İnstaqramda ismarış gəldi ki, "Biz səni satmamışıq, unutmamışıq". Dedim ki, mənim varlığımı yada salmaq üçün bu olmalı idi?".
Sonxeber.az Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Səidə Dadaşova "Tam vaxtıdır" verilişində deyib. Müğənni ona can yandırmayanları artıq tanıdığını bildirib:
"Atamın tərbiyəsini almışam. Ona görə hər zaman güclü olmağı bacarmışam. Çox adam məni küsdürdü. Həmişə demişəm, kim məni incidibsə, pislik etmək istəyibsə, getsinlər atamdan üzr istəsinlər. Atam həmişə deyirdi ki, "Siz Səidəyə toxunanda, ilk olaraq mənə toxunmuş olursunuz". Bu həddi aşdınızsa, deməli adam deyilsiniz".
Qeyd edək ki, Səidə mərhum Xalq artisti Rafael Dadaşovun qızıdır.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1091 Tarix: 15 dekabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkənin bütün vətəndaşlar
9 noyabrŞuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub
Zəfər Günü və Şuşa Şəhər Günü münasibətilə Şuşada atəşfəşanlıq təşkil olunub. "Report"un Qarabağ bürosu xəbər verir ki, Şuşa səması al-əlvan rənglərə boyanaraq, sakinlərin bayram əhval-ruhiyyəsini daha da rövnəqləndirib
8 noyabrBakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
Bakıda və Abşeron yarımadasında noyabrın 11-i gündüzdən 12-dək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Bu barədə APA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi ehtimalı var
10 noyabr