Tanınmış aktrisaya qarşı ŞOK İTTİHAM: Pulları alıb...
Tanınmış aktrisa Nəzakət Məmmədova dələduzluqda ittiham olunur.
Bu barədə Lent.az-a zərərçəkən Emin Məmmədli məlumat verib.
O bildirib ki, aktrisa lotoreya oynamaq adı ilə ondan 200 manat alıb. Lotoreyada toplanan pulların ona veriləcəyi vaxt tamam olanda problem yaşanıb və zərərçəkmiş uzun müddət pulunu ala bilməyib.
E.Məmmədli pulunu geri almaq üçün bir neçə dəfə Nəzakət Məmmədovaya müraciət etsə də nəticə olmayıb. Daha sonra isə aktrisa onun telefon zənglərinə cavab verməyib.
E.Məmmədli hadisə ilə bağlı hələlik polisə şikayət etmədiyini də sözlərinə əlavə edib.
Lent.az tanınmış aktrisa barəsində səslənən ittihamları araşdırmaq üçün onun özü ilə əlaqə saxlayıb.
N.Məmmədova saytımıza açıqlamasında E. Məmmədlini yaxından tanıdığını bildirib. O, E.Məmmədli ilə aralarında yaranmış olan anlaşılmazlığın tezliklə həll olunacağını bildirib: "Lotoreya pulunu yığan qadın koronavirusa yoluxduğu üçün oyun dayandırıldı. Hamının pulunu hissə-hissə qaytardılar. Eminin də pulu qaytarılacaq. Məsələni öz aramızda həll edəcəyik".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bakı məşhur xəstəxana bağlanır - Xəstələr köçürülüb
Pensiyalar bu tarixdə ödəniləcək
Hindistanda deputat qızının toyuna 400 min nəfər dəvət etməyə hazırlaşır
Yerə zibil atanlar 10 min manatadək cərimə olunacaq
Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
Britaniyalı pilot səmada UNO-larla qarşılaşmasından danışdı
İlham Əliyev Ərdoğana başsağlığı verdi
Prezidentdən Draqan Vladisavljeviç ilə bağlı Sərəncam
Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım etdi
Qızıl və gümüş bahalaşıb
Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı
Bakıda hündür ağac bahalı avtomobilin üzərinə aşdı (FOTO)
Güclü küləkdə bayrağı xilas etməyə çalışan o imiş... - Video
Azərbaycan Esvatiniyə təxminən 100 milyon dollar investisiya yatırmağı planlaşdırır
Prezident İlham Əliyevin Zəfər Günü müraciəti: Tarixi Qələbənin siyasi, hərbi və mənəvi təntənəsi