Plovun içində narkotik gizlətmək istədilər - FOTO
Azərbaycandan tranzit keçməklə narkotik maddə aparılmasının qarşısı alınıb.
Dövlət Gömrük Komitəsindən Sonxeber.az-a verilən məlumata görə, Astara gömrük postunda İrandan Rusiyaya "tütün" yükü aparan "DAF" markalı yük nəqliyyat vasitəsi gömrük nəzarəti zamanı saxlanılıb və avtomobilin sürücüsü şifahi sorğu-sual olunub.
Sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib.
Daha sonra nəqliyyat vasitəsinə kinoloji xidmət iti tətbiq edilməklə gömrük yoxlaması həyata keçirilib və bu zaman xidməti it avtomobilin kabinəsinin müxtəlif yerlərinə reaksiya verib.
Yoxlama zamanı avtomobilin kabinəsində, sürücü oturacağının üzlüyünün altında olan boşluqdan və qabda olan "plov" yeməyinin içərisində gömrük nəzarətindən gizlədilən 2 ədəd bükümdə, ümumi çəkisi 12.1 qram olan narkotik vasitə - tiryək aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.

Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bakı məşhur xəstəxana bağlanır - Xəstələr köçürülüb
Pensiyalar bu tarixdə ödəniləcək
Hindistanda deputat qızının toyuna 400 min nəfər dəvət etməyə hazırlaşır
Yerə zibil atanlar 10 min manatadək cərimə olunacaq
Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
Britaniyalı pilot səmada UNO-larla qarşılaşmasından danışdı
İlham Əliyev Ərdoğana başsağlığı verdi
Prezidentdən Draqan Vladisavljeviç ilə bağlı Sərəncam
Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım etdi
Qızıl və gümüş bahalaşıb
Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı
Bakıda hündür ağac bahalı avtomobilin üzərinə aşdı (FOTO)
Güclü küləkdə bayrağı xilas etməyə çalışan o imiş... - Video
Azərbaycan Esvatiniyə təxminən 100 milyon dollar investisiya yatırmağı planlaşdırır
Prezident İlham Əliyevin Zəfər Günü müraciəti: Tarixi Qələbənin siyasi, hərbi və mənəvi təntənəsi