Qubada Susay-Xınalıq avtomobil yolu çöküb - VİDEO
Qubada Susay-Xınalıq avtomobil yolu çöküb.
Oxu.Az xəbər verir ki, hadisənin görüntüləri sosial şəbəkədə yayılıb.
Belə ki, ilkin məlumatlara görə, yolun hərəkət hissəsi torpaq sürüşməsi nəticəsində çöküb.
Həmin yoldan istifadə edən sürücülərin sözlərinə görə, hərəkət üçün təhlükəli vəziyyət yaranıb:
"Dumanlı hava şəraitində görmə imkanları məhdud olduğuna görə qəza baş verə bilər. Bu səbəbdən Qəçrəş-Xınalıq avtomobil yolundan istifadə olunur".
Sosial şəbəkədə paylaşılan məlumatla bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Oxu.Az-a bildirib ki, sözügedən yolda tikinti işləri davam edir:
"Susay-Xınalıq avtomobil yolunda hazırda tikinti işlər davam edir. Tikinti yekunlaşmadığı üçün yol istifadəyə verilməyib. Məlum məsələdir ki, tikinti prosesi zamanı müəyyən problemlər yarandıqda aidiyyəti üzrə tədbir görülür. Təhlükəsizlik məqsədilə vətəndaşlardan xahiş olunur ki, Quba-Xınalıq yolundan istifadə etsinlər. Çünki yolda tikinti davam edir və müəyyən təhlükələr ola bilər. Ərazidə ağır texnikalar işləyir. Yolun bəzi hissəsində torpaq yatağı inşa olunur, əraziyə qrunt boşaldılır. Bu səbəbdən vətəndaşların Susay-Xınalıq avtomobil yolundan istifadəsi tövsiyə edilmir.
Müəyyən sürüşmə müşahidə olunan ərazilərdə mühəndis qurğularının inşası, zəruri tədbirlərin görülməsi təmin olunur. Bütün bunlara ona görə diqqət edilir ki, yolda tikinti işləri tam yekunlaşdıqdan sonra hər hansı problem yaşanmasın".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bakı məşhur xəstəxana bağlanır - Xəstələr köçürülüb
Pensiyalar bu tarixdə ödəniləcək
Hindistanda deputat qızının toyuna 400 min nəfər dəvət etməyə hazırlaşır
Yerə zibil atanlar 10 min manatadək cərimə olunacaq
Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
Britaniyalı pilot səmada UNO-larla qarşılaşmasından danışdı
İlham Əliyev Ərdoğana başsağlığı verdi
Prezidentdən Draqan Vladisavljeviç ilə bağlı Sərəncam
Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım etdi
Qızıl və gümüş bahalaşıb
Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı
Bakıda hündür ağac bahalı avtomobilin üzərinə aşdı (FOTO)
Güclü küləkdə bayrağı xilas etməyə çalışan o imiş... - Video
Azərbaycan Esvatiniyə təxminən 100 milyon dollar investisiya yatırmağı planlaşdırır
Prezident İlham Əliyevin Zəfər Günü müraciəti: Tarixi Qələbənin siyasi, hərbi və mənəvi təntənəsi