ŞAD XƏBƏR ELAN EDİLDİ: Bu borcları hökumət ödəyəcək - VİDEO
Mərkəzi sistemdən istiliklə təmin olunan evlərin istilik təchizatı kəsilməyəcək. Çünki "Azəristiliktəchizat"ın "Azəriqaz"a yaranan borcunu dövlət ödəyəcək. Bu məqsədlə ilkin olaraq 12 milyon manat ayrılıb. Bir neçə ildir ki, iki qurum arasında borc qalmaqalı yaranır və bundan vətəndaş əziyyət çəkir. Üstəlik borcun dövlət tərəfindən ödənilməsi büdcə üçün də ayrı bir yükdür. Problemin səbəbləri nələrdir . Və həlli üçün nə lazımdır?
Sonxeber.az xəbər verir ki, "Azəristiliktəchizat" ilə "Azəriqaz" arasında yaranan borc qalmaqalına dövlət müdaxilə edib. Həmin borcun ödənməsini dövlət öz üzərinə götürüb.
"Azəriqaz"ın şöbə rəisi Eldəniz Vəliyev bildirib ki, dövlət ilkin mərhələdə borcun 12 milyon manatının ödənməsini təmin edib.
Bununla da iki dövlət qurumu arasında olan borc məsələsi bitmiş hesab olunur. Ancaq maraqlısı odur ki, hər ilin bu vaxtları "Azəristiliktəchizat"ın "Azəriqaz"a küllü miqdarda borcu olduğu üzə çıxır. İqtisadçı ekspert Rəşad Həsənov hesab edir ki, bu problemin kökündən həll edilməsi üçün kompleks tədbirlərə ehtiyac var
Bundan başqa tarif şurasının qəbul etdiyi qərarların ''Azəristiliktəchizat''ın göstərdiyi xidmətlərin maya dəyərinə təsirləri ölçülməli və buna uyğun addımlar atılmalıdır. Bütün hallarda vətəndaşların əziyyət çəkməmələri üçün bu məsələ yay mövsümündə gündəmə gətirilməli və həlli prosesi həyata keçirilməlidir.
''Azəristiliktəchizat''ın xidmət rəisi Rafiq Əliyev də borcunun yaranmasının səbəblərini açıqlayıb.
Qeyd edək ki, əksər hallarda yığılan debitör borc dövlət tədəfindən ödənilir ki, vətəndaşlar bundan əziyyət çəkməsin. Bu isə büdcəyə ciddi yük deməkdir. Rafiq Əliyev bildirdi ki, borc sarıdan bütün qaranlıq məsələləri araşdırmaq üçün 3 qurumun iştirakı ilə işçi qurupu fəaliyyətə başlayıb və həmin məsələlər tam aydınlaşdırılacaq./BAKU.WS
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bakı məşhur xəstəxana bağlanır - Xəstələr köçürülüb
Pensiyalar bu tarixdə ödəniləcək
Hindistanda deputat qızının toyuna 400 min nəfər dəvət etməyə hazırlaşır
Yerə zibil atanlar 10 min manatadək cərimə olunacaq
Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
Britaniyalı pilot səmada UNO-larla qarşılaşmasından danışdı
İlham Əliyev Ərdoğana başsağlığı verdi
Prezidentdən Draqan Vladisavljeviç ilə bağlı Sərəncam
Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım etdi
Qızıl və gümüş bahalaşıb
Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı
Bakıda hündür ağac bahalı avtomobilin üzərinə aşdı (FOTO)
Güclü küləkdə bayrağı xilas etməyə çalışan o imiş... - Video
Azərbaycan Esvatiniyə təxminən 100 milyon dollar investisiya yatırmağı planlaşdırır
Prezident İlham Əliyevin Zəfər Günü müraciəti: Tarixi Qələbənin siyasi, hərbi və mənəvi təntənəsi