Bakıda Şaxta baba olmağın qiyməti AÇIQLANDI
Bakıda rəsmən Yeni il hazırlıqlarına başlanılıb. Paytaxtın bayram üçün bəzədilməsi işlərinə start verilib.
Yeni il hazırlıqlarına başlanıldığı üçün artıq "Şaxta baba" personajlarının fəaliyyətinə də icazə verilib.
Modern.az-ın Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və xidmət departamentindən əldə etdiyi məlumata görə, şəhərin hansı hissəsində Yeni il ağacları qurulacaqsa, orada Şaxta babaları da görə biləcəyik.
Hələlik isə Şaxta baba və Qar qız olmaq üçün müraciət edən yoxdur. Məlum olub ki, bu il Şaxta babaların ödəyəcəyi rüsum 60 manat təşkil edəcək.
Ticarət və xidmət departamentindən Yeni il gecəsi atəşfəşanlıqla bağlı hələ ki, rəsmi qərar verilmədiyi də bildirilib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1911 Tarix: 16 dekabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkənin bütün vətəndaşlar
9 noyabrŞuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub
Zəfər Günü və Şuşa Şəhər Günü münasibətilə Şuşada atəşfəşanlıq təşkil olunub. "Report"un Qarabağ bürosu xəbər verir ki, Şuşa səması al-əlvan rənglərə boyanaraq, sakinlərin bayram əhval-ruhiyyəsini daha da rövnəqləndirib
8 noyabrBakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
Bakıda və Abşeron yarımadasında noyabrın 11-i gündüzdən 12-dək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Bu barədə APA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi ehtimalı var
10 noyabr