Azərbaycanda uşaqların xüsusi inkişafı üçün cədvəllər hazırlandı
"Aparılan elmi tədqiqat bir neçə ilə qədər davam etdi, hər yaş qrupundan uşaqları seçdik, onların çəki, boy, baş dairəsinə baxdıq və göstəricilər əsasında cədvəllər tərtib etdik".
Oxu.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis - eksperti Erkin Rəhimov uşaqlarda boy artımının ən yüksək olduğu yaş aralıqları barədə danışarkən deyib.
Onun sözlərinə görə, Azərbaycan uşaqları üçün artıq xüsusi inkişaf cədvəlləri hazırlanıb:
"Hər ölkənin milli genofondu, yəni genetikası, yaşama mühitləri fərqlidir. Ona görə də ümumən baxdığınız zaman hər ölkədə uşaqların böyümə trendi bir az da olsa bir-birindən fərqlənə bilər.
Bu günə qədər Azərbaycanda bizim istifadə etdiyimiz başqa ölkələrin cədvəlləri idi. Məsələn, bir çox dövlət və özəl klinikalarımızda Türkiyənin tərtib etdiyi cədvəllər istifadə edilirdi. İstifadə olunan cədvəllər 2008-ci ilə aid idi. Heç kimə yad deyil ki, bu gün bütün dünyada piylənmə uşaq yaşlarında artıq başlayır. Bunları nəzərə aldıqda yeni cədvəlin tərtib edilməsinə ehtiyac var idi və biz öz cədvəlimiz hazır olduğu zaman aradakı fərqi gördük.
Aparılan elmi tədqiqat bir neçə ilə qədər davam etdi, hər yaş qrupundan uşaqları seçdik, onların çəki, boy, baş dairəsinə baxdıq və göstəricilər əsasında cədvəllər tərtib etdik. Artıq rahatlıqla ölkəmizə aid cədvəli istifadə edə bilərik. Cədvəl bizim uşaqlara aid olduğu üçün onların çəkisi, ya da boyu nisbətən az, ya çox olmasını bu cədvəl vasitəsilə müəyyən edə bilərik".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bakı məşhur xəstəxana bağlanır - Xəstələr köçürülüb
Pensiyalar bu tarixdə ödəniləcək
Hindistanda deputat qızının toyuna 400 min nəfər dəvət etməyə hazırlaşır
Yerə zibil atanlar 10 min manatadək cərimə olunacaq
Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
Britaniyalı pilot səmada UNO-larla qarşılaşmasından danışdı
İlham Əliyev Ərdoğana başsağlığı verdi
Prezidentdən Draqan Vladisavljeviç ilə bağlı Sərəncam
Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım etdi
Qızıl və gümüş bahalaşıb
Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı
Bakıda hündür ağac bahalı avtomobilin üzərinə aşdı (FOTO)
Güclü küləkdə bayrağı xilas etməyə çalışan o imiş... - Video
Azərbaycan Esvatiniyə təxminən 100 milyon dollar investisiya yatırmağı planlaşdırır
Prezident İlham Əliyevin Zəfər Günü müraciəti: Tarixi Qələbənin siyasi, hərbi və mənəvi təntənəsi