"Mən məktəbdə oxuyanda da pul yığılırdı" deyən nazirə cavab – Misir Mərdanov danışdı
"Məktəblərdə pul yığımı bu günün problemi deyil, mən məktəbdə oxuyanda da belə idi".
Xəbər verdiyimiz kimi, bu sözləri təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə bildirib. Nazir pul yığımının əvvəllər də mövcud olduğunu söyləyib.
AZXEBER.COM nazirin məktəb illəri ilə bağlı kiçik bir araşdırma aparıb.
Emin Əmrullayev 1982-ci ildə anadan olub. O, altı yaşında - 1988-ci ildə orta məktəbə gedib və Bakının Yasamal rayonunda yerləşən Fizika,Riyaziyyat və İnformatika Təmayüllü Liseydə təhsil alıb.
1999-cuildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına qəbul olub.
Nazirin məktəb illərindəki təhsilinin böyük hissəsi mərhum nazir Lidiya Rəsulovanın ( 1993 – 1997) dönəminə təsadüf edir.
Lidiya Rəsulova
Emin Əmrullayevin təhsil həyatının yalnız 2 ilə yaxın dönəmi eks-nazir Misir Mərdanovun (1998 – 2013) zamanına düşür.
AZXEBER.COM nazirin "mən məktəbdə oxuyanda da belə idi" iddiasına cavab tapmaq üçün keçmiş nazirlərlə əlaqə saxlamağa cəhd edib. Lidiya Rəsulovanın vəfat etdiyini nəzərə alsaq, yalnız sabiq təhsil naziri Misir Mərdanovla əlaqə saxlaya bildik.
O, əvvəlki dövrdə məktəblərdə rüşvətin olub-olmaması ilə bağlı sullara cavab vermək istəmədiyini bildirdi. Misir Mərdanov "o nazirdir, mən də oturmuşam işimdə" fikirləri ilə kifayətləndi: "Mən danışsam, hərə bir söz deyib hallandıracaq. O nazirdir, mən də oturmuşam işimdə".
Eks nazir son olaraq "canı sağ olsun" deməklə kifayətləndi: "Mənim nəyimə lazımdır, canı sağ olsun".
Aydın Nuri
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bakı məşhur xəstəxana bağlanır - Xəstələr köçürülüb
Turşu xiyarların xarab olmaması üçün nə etməli?
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
Pensiyalar bu tarixdə ödəniləcək
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
"Qafqaz əsiri"nin ulduzu da "qara siyahı"ya salındı
Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
Prezidentdən Draqan Vladisavljeviç ilə bağlı Sərəncam
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Qızıl və gümüş bahalaşıb
Bakıda hündür ağac bahalı avtomobilin üzərinə aşdı (FOTO)
Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı
Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım etdi
Prezidentdən Zəfər Günü müraciəti: "Heç kim Azərbaycana zərər vermək barədə düşünməməlidir"