Ac saxladı, işgəncə verdi: Qohumları videoya çəkib yaydı – MƏHKƏMƏ + FOTO

Ac saxladı, işgəncə verdi: Qohumları videoya çəkib yaydı – MƏHKƏMƏ + FOTOAzərbaycan rayonlarının birində (adını qeyd edəcəyik) baş vermiş cinayət hadisəsinin təfərrüatı bəlli olub.

Oxu.Az məhkəmə istintaq materiallarına əsasən, cinayət işinin motivlərini təqdim edir.

Hadisənin təsvirinə keçməmişdən öncə qeyd edək ki, bu nə adam öldürmədir, nə narkotik satışı, nə də dələduzluq. Bu elə bir cinayət hadisəsidir ki, az qala ölkənin bütün regionlarında müşahidə olunur – hansısa qeydə alınır, hansısa yox.

Söhbət əzab vermədən gedir. Cinayət hüququnda əzab verməyin tərifi belədir: "Mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar vermə".

Əlqərəz, Gədəbəyin Nova İvanovka kəndində bu əmələ məruz qalan şəxs 1934-cü il təvəllüdlü Səkinə Həsənovadır.

Səkinə Həsənova hələ gənclik zamanında evləndikdən sonra taleyinə düşən övlad payını əcəl tez aparıb.

Səkinə Həsənova qızı öldükdən sonra ərindən ayrılıb və bundan sonra bir daha ailə həyatı qurmayıb.

Səkinənin bacısı Bahar da heç zaman evlənməyib, 1988-ci ildə Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti özünün yeni mərhələsinə keçdikdə, proseslərin qurbanlarına çevriliblər.

Səkinə bacısı Baharla birlikdə Ermənistandan qaçqın düşərək Daşkəsənin Kəmərqaya kəndində məskunlaşıb.

Bundan sonra da tale Səkinənin üzünə gülməyib, 1991-ci ildə bacısı Bahar vəfat edib.

Bacısının vəfatından sonra Səkinə Kəmərqayada tək yaşayıb. 1993-cü ildə digər bacısı Sayalı onu Nova İvanovka kəndinə gətirib öz evində saxlayıb.

Səkinə gününü küçələrdə keçirir, yollardan boş butulka, zibil yığır. Bacısı Sayalı belə hərəkətlərinə görə Səkinəni tez-tez evindən qovub.

Daha sonralar isə Səkinə o biri bacısı Sayalını da itirir. Tək qalan Səkinəni dayısı oğlu Qəzənfər 2018-ci ilin payızında qeyri-rəsmi şəkildə himayəyə götürür.

İstintaq materiallarından görünür ki, ağlı başında olmayan Səkinə əvvəlki vərdişini davam etdirir, yenidən küçələrdən zibil, boş butulkalar yığır.

Səkinə nənə küçələrdən tarlalara da istiqamət alır və sakinlərin taxılını əzir. Qəzənfər bu hərəkətlərinə görə, onu dəfələrlə döyür.

İş o həddə çatır ki, Qəzənfər altseymer xəstəsi olan bibisi qızı Səkinəyə üç il ərzində döyməklə əzablar verir.

İztirabların müəllifinə çevrilən Qəzənfər Səkinəni tövləyə salır, tövlənin qapısını bağlayır.

İstintaq müəyyən edib ki, Qəzənfər tövlədə Səkinənin qollarını, boğazını kəndirlə taxtaya bağlayaraq onu ac-susuz saxlayıb.

Bu azmış kimi o, Səkinə üçün dövlət tərəfindən təyin edilmiş təqaüd kartını da mənimsəyir və pulları özü üçün götürərək ehtiyaclarına xərcləyir.

Ancaq necə deyərlər, zalımın zülmü varsa, məzlumun da ahı var. Taleyin ironiyasına bax ki, Səkinənin tövlədə olarkən videosunu çəkib internetə yayanlar elə Qəzənfərin öz qohumları olub.

Onlar ahıl qadına əzab verilməsinə dözməyərək bu addımı atıblar, gizli şəkildə Səkinənin tövlədəki halını əks etdirən video çəkərək onu internetdə yayımlayıblar.

İstintaqın əlinə keçən Qəzənfər Cinayət Məcəlləsinin 133.2.4-cü (köməksiz vəziyyətdə olan insana əzab vermə), 145.2.5 -ci (Qanunsuz azadlıqdan məhrum etmə zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə), 179.2.4-cü (Mənimsəmə və israfetmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə təqsirli bilinib. Məhkəmənin hökmü ilə ona 3 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib.

Qeyd edək ki, Səkinə Həsənova 2021-ci ilin iyun ayından Sosial Xidmətlər Agentliyinin müəssisələrindən birinə yerləşdirilib.
Ac saxladı, işgəncə verdi: Qohumları videoya çəkib yaydı – MƏHKƏMƏ + FOTOAc saxladı, işgəncə verdi: Qohumları videoya çəkib yaydı – MƏHKƏMƏ + FOTO


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1865   Tarix: 21 dekabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bu rayona 33 sm qar yağıb

Azərbaycanda yağıntılı hava şəraiti davam edib, bəzi yerlərdə yağıntılar intensiv xarakterli olub, dağlıq ərazilərə isə qar yağıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, qar örtüyünün hündürlüyü Kişçayda (Şəki) 33, Qrızda 31, Sarıbaş (Qax), Əlibəy (Zaqatala)

10 noyabr
.

9 Noyabr - Dövlət Bayrağı Günü: Azərbaycan xalqının milli qürur və müstəqillik rəmzi

9 Noyabr - Dövlət Bayrağı Günü Azərbaycan xalqının tarixində xüsusi yeri və mənəvi əhəmiyyəti olan əlamətdar günlərdən biridir. Bu tarix xalqımızın milli kimliyini, dövlətçilik ənənələrini, azadlıq və müstəqillik uğrunda mübarizə əzmini özündə birləşdirən üçrəngli bayrağımıza olan sonsuz ehtiramın ifadəsidir

9 noyabr
.

Bulvarda köməksiz vəziyyətdə qalan şəxs xilas edildi

Dənizkənarı Milli Park ərazisində ehtiyatsızlıqdan suya yıxılan şəxs xilas edilib. Bu barədə -a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində 1 nəfərin dənizdə köməksiz vəziyyətd

10 noyabr
.

Maşınla səyahət edənlərin nəzərinə - BDYPİ xəbərdarlıq etdi

Baş Dövlət Yol Polisi İdarəsi qeyri-iş günlərində avtomobillə səyahət edənlərə xəbərdarlıq edib. xəbər verir ki, xəbərdarlıq deyilir:. "Bayramla əlaqədar qeyri-iş günlərində ölkə ərazisində avtomobillə səyahətlərin sayı artıb. Təəssüf ki, bu artım həm də bölgələrdə baş verən yol-nəqliyyat hadisələrini

9 noyabr
.

Prezident İlham Əliyevin Zəfər Günü müraciəti: Milli birliyin, dövlətçilik iradəsinin və tarixi Qələbənin təntənəsi

8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixində ən möhtəşəm səhifələrdən biri, milli qürurun, sarsılmaz iradənin və tarixi ədalətin təntənəsidir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2026-cı il noyabrın 8-də Zəfər Günü münasibətilə Xankəndi şəhərindən Azərbayca

9 noyabr
.

Dentstom sağlamlıq, yoxsa təhlükə mərkəzi?

İnsan sağlamlığının heçə sayıldığı iddia edilən daha bir klinikadan şikayət var. BTV-yə istinadən xəbər verir ki, Dentstom Sağlamlıq Mərkəzi ilə bağlı redaksiyamıza daxil olan şikayətlər ciddi suallar doğurur. İddialara görə, Sariyev İlqar Xəlil oğlu tibbi sertifikasiya şəhadətnaməsi və hətta müvafi

10 noyabr
.

9 Noyabr - Dövlət Bayrağı Günü: Üçrəngli bayrağımız milli qürurumuzun, dövlət müstəqilliyimizin və Zəfərimizin rəmzidir

Azərbaycan xalqının milli kimliyini, dövlətçilik ənənələrini, azadlıq və müstəqillik ideallarını özündə birləşdirən üçrəngli Dövlət Bayrağımız xalqımızın ən müqəddəs milli dəyərlərindən biridir. Hər il noyabrın 9-da qeyd olunan Dövlət Bayrağı Günü Azərbaycan tarixinin şanlı səhifələrini, müstəqilli

9 noyabr
.

Zəfər Günü Azərbaycanın gücünün, milli birliyinin və müstəqil dövlətçilik iradəsinin təntənəsidir

8 Noyabr - Zəfər Günü Azərbaycan tarixinin ən möhtəşəm və şanlı səhifələrindən biridir. Bu tarix yalnız 44 günlük Vətən müharibəsində qazanılmış hərbi Qələbənin ildönümü deyil, həm də Azərbaycan xalqının uzun illər ərzində qoruyub saxladığı milli iradənin, ərazi bütövlüyü uğrunda mübarizəsinin və müstəqi

9 noyabr
.

"Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Müsabiqəsinin final günü məlum oldu

"Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Müsabiqəsinin möhtəşəm final gecəsi noyabrın 30-da keçiriləcək. Şou Prodakşının layihəsi olan müsabiqənin seçim mərhələsi uğurla başa çatıb. Bu barədə layihənin Təşkilat Komitəsinin sədri Cavid Zamanlı saytımıza açıqlamasında məlumat verib. C. Zamanlını

9 noyabr