Dünya çempionatı: Azərbaycan şahmatçısı ilk turda erməni ilə qarşılaşacaq
Bu gün Polşanın paytaxtı Varşavada şahmatın rapid və blits növləri üzrə dünya çempionatına start veriləcək.
"Report"un məlumatına görə, yarışda Azərbaycanı ümumilikdə 12 qrossmeyster təmsil edəcək. Dekabrın 30-dək davam edəcək mundialın ilk 3 günündə rapid üzrə mübarizə baş tutacaq. Kişilər 13, qadınlar 11 turun nəticəsinə əsasən qalibi müəyyənləşdirəcək. İlk gündə kişilərdə 5, qadınlarda 4 tur oynanılacaq.
Artıq yarışın püşkü atılıb və ilk turda üz-üzə gələcək zəka sahibləri müəyyənləşib. Kişilərin mübarizəsində Şəhriyar Məmmədyarov polşalı Pavel Çarnota, Rauf Məmmədov hindistanlı Harşa Bharatakoti, Vasif Durarbəyli fransalı Maksim Vaşye-Laqrav, Vüqar Əsədli niderlandlı Yorden van Forest, Məhəmməd Muradlı macarıstanlı Adam Kozak, Aydın Süleymanlı serbiyalı Aleksandar İnciç, Xəzər Babazadə isə rusiyalı Mixail Kobaliya ilə qarşılaşacaq.
Qadınlardan Zeynəb Məmmədyarova, Xanım Balacayeva və Gövhər Beydullayeva, müvafiq olaraq, Rusiya şahmatçıları Valentina Qunina, Olqa Girya və Leya Garifullinanı, Gülnar Məmmədova norveçli Olqa Doljikovanı, Türkan Məmmədyarova isə Niderlandı təmsil erməni qrossmeyster Anna-Mayya Kazaryanı sınağa çəkəcək.
Qarşılaşmalar Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
Qeyd edək ki, dünya çempionatının ümumi mükafat fondu 1 000 0000 ABŞ dolları təşkil edir. Kişilərin yarışında qalib 60 000 ABŞ dolları, qadınların mübarizəsində ilk yeri tutan şahmatçı isə 40 000 dollar qazanacaq.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1077 Tarix: 26 dekabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakıda hündür ağac bahalı avtomobilin üzərinə aşdı (FOTO)
Bakıda hündür ağac güclü külək nəticəsində maşının üzərinə aşıb. -ın əldə etdiyi məlumata görə, ağac Suraxanı rayonunda güclü küləyin əsməsi nəticəsində Denza markalı 88-FA-759 dövlət nömrə nişanlı avtomobilin üzərinə aşıb. Ağacın qaz borusunu sındırması nəticəsində o da avtomobilin üzərinə düşüb. Avtomaşın
9 noyabrZəfərdən altı il sonra: Qarabağda hansı proseslər gedir? - Video
Baku TV-nin "Yekunlaşdıraq" verilişinin yeni buraxılışı yayımlanıb. Zəfər Günündən altı il sonra Azərbaycanın qazandığı tarixi Qələbə və Böyük Qayıdış prosesi hansı mərhələdədir?. Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işləri, yeni yaşayış məntəqələrinin salınması və iqtisadi layihələ
8 noyabrNaxçıvanda Zəfər Günü münasibətilə konsert və atəşfəşanlıq olub
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naxçıvan şəhərində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş konsert proqramı və atəşfəşanlıq təşkil edilib. "Report"un yerli bürosu xəbər verir ki, Heydər Əliyev Muzeyinin qarşısında keçirilə
8 noyabrAzərbaycanda Dövlət Bayrağı Günüdür
Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkənin bütün vətəndaşlar
9 noyabrEvlərdə qarışqa koloniyaları qurulur: Bu qeyri-adi marağın səbəbi nədir?
Son günlər sosial şəbəkələrdə qarışqa koloniyalarına maraq getdikcə artır. İnsanlar evlərində qarışqalar üçün xüsusi yaşayış yerləri qurur, koloniyaların böyüməsini izləyirlər. Hətta qarışqaların yetişdirilməsi və satışı ilə də məşğul olurlar. Bəs insanları bu kiçik canlıların dünyasına cəlb edən nədir
10 noyabr