"Aqro SMM" layihəsinin bağlanış mərasimi keçirildi - FOTOLAR

"Aqro SMM" layihəsinin bağlanış mərasimi keçirildi - FOTOLAR"Aqrar İnkişaf Könüllüləri" Təşkilatının təşkilatçılığı, "Zirə Mədəniyyət Mərkəzi"nin, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin və "Prior Leasing ASC"-nin dəstəyi ilə "Aqro SMM" layihəsinin bağlanış mərasimi keçirilib.

Son illər ərzində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə kənd təsərrüfatı və media sahələrində aparılan davamlı islahatlar çoxşaxəli inkişaf üzrə müxtəlif layihələrin təşkili üçün möhkəm zəmin yaradır. Müasir texnologiyaların tətbiqi ilə sürətlə inkişaf edən və dəyişən informasiya məkanının yaratdığı yeni reallıqları nəzərə alaraq aqrar sahədə fəaliyyət göstərən gənc həvəskarlar, sahibkarlar və fermerlərin müasir media tendensiyaları ilə tanış olması, sahənin inkişafı üzrə müvafiq media alətlərindən effektiv istifadənin stimullaşdırılması, aqrar sahədə media savadlılığının artırılması və gənclərin sosial media vərdişlərinin təkmilləşdirilməsi məqsədilə 22 sentyabr-25 dekabr 2021-ci il tarixində "Aqro SMM" layihəsi həyata keçirilib.

Layihə çərçivəsində bir sıra dövlət və özəl qurumlarda çalışan rəhbər və məsul şəxslərin iştirakı ilə kənd təsərrüfatı, jurnalistika, sosial media və marketinq modulları üzrə 15-dən çox təlim və interaktiv görüşlər təşkil olunub.

Layihənin bağlanış mərasimində Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbərinin müavini Elvin Paşayev, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Surxay Novruzlu, "ABAD" publik hüquqi şəxsin Marketinq, beynəlxalq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Ləman Əhmədova, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Media dəstək layihələri üzrə Qrup rəhbəri Ləman İsgəndərova, "Grand Agro İnvitro" MMC-nin marketinq üzrə mütəxəssisi Qədir Qurbanov və "Aqrar İnkişaf Könüllüləri" Təşkilatının sədri Kamran Əliyev iştirak edib.

Bağlanış mərasimində iştirakçılar layihə çərçivəsində qazandıqları bilik və bacarıqları nümayiş etdirmək məqsədilə aqrar sahə ilə bağlı formalaşdırdıqları innovativ layihə və media strategiyalarını nümayiş etdiriblər və müvafiq təqdimatlar münsiflər heyəti tərəfindən qiymətləndirilib. Bağlanış mərasiminin davamında təşkil edilən panel müzakirələrdə aqrar sahədə media savadlılığı, qabaqcıl informasiya və kommunikasiya texnologiyalarının kənd təsərrüfatı və mediada yaratdığı imkanlar, eləcə də rəqəmsal marketinq trendləri müzakirə olunub.

Sonda layihə iştirakçıları sertifikatlarla təltif edilib və qalib komanda üzvləri mükafatlandırılıblar.

"Aqro SMM" layihəsinin bağlanış mərasimi keçirildi - FOTOLAR"Aqro SMM" layihəsinin bağlanış mərasimi keçirildi - FOTOLAR"Aqro SMM" layihəsinin bağlanış mərasimi keçirildi - FOTOLAR"Aqro SMM" layihəsinin bağlanış mərasimi keçirildi - FOTOLAR"Aqro SMM" layihəsinin bağlanış mərasimi keçirildi - FOTOLAR"Aqro SMM" layihəsinin bağlanış mərasimi keçirildi - FOTOLAR


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 790   Tarix: 27 dekabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Şuşadan dünyaya ünvanlanan mesajlar: İlham Əliyev və Ərdoğan Azərbaycan-Türkiyə müttəfiqliyinin gələcək hədəflərini açıqladılar

Ərdoğanın Zəfər Günü münasibətilə Azərbaycana səfəri və Şuşada Prezident İlham Əliyevlə birgə mətbuata bəyanatları iki dövlət arasındakı münasibətlərin strateji mahiyyətini, regional siyasətdəki rolunu və gələcək əməkdaşlığın əsas istiqamətlərini bir daha gündəmə gətirdi. Şuşadan verilən mesajlar göstərd

9 noyabr
.

Bakıda hündür ağac bahalı avtomobilin üzərinə aşdı (FOTO)

Bakıda hündür ağac güclü külək nəticəsində maşının üzərinə aşıb. -ın əldə etdiyi məlumata görə, ağac Suraxanı rayonunda güclü küləyin əsməsi nəticəsində Denza markalı 88-FA-759 dövlət nömrə nişanlı avtomobilin üzərinə aşıb. Ağacın qaz borusunu sındırması nəticəsində o da avtomobilin üzərinə düşüb. Avtomaşın

9 noyabr
.

Zəfərdən altı il sonra: Qarabağda hansı proseslər gedir? - Video

Baku TV-nin "Yekunlaşdıraq" verilişinin yeni buraxılışı yayımlanıb. Zəfər Günündən altı il sonra Azərbaycanın qazandığı tarixi Qələbə və Böyük Qayıdış prosesi hansı mərhələdədir?. Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işləri, yeni yaşayış məntəqələrinin salınması və iqtisadi layihələ

8 noyabr
.

Dövlət Bayrağı - Azərbaycanın milli kimliyinin, dövlətçilik ənənələrinin və milli birliyinin rəmzi

9 Noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü xalqımızın milli qürurunu, dövlətçilik tarixini, azadlıq və müstəqillik ideallarını özündə birləşdirən əlamətdar gündür. Bu tarix Azərbaycan xalqının milli özünüdərk prosesinin, müstəqil dövlət qurmaq iradəsinin və tarixi yaddaşının mühüm göstəricisidir

9 noyabr
.

9 Noyabr - Dövlət Bayrağı Günü: Azərbaycan xalqının milli qürur və müstəqillik rəmzi

9 Noyabr - Dövlət Bayrağı Günü Azərbaycan xalqının tarixində xüsusi yeri və mənəvi əhəmiyyəti olan əlamətdar günlərdən biridir. Bu tarix xalqımızın milli kimliyini, dövlətçilik ənənələrini, azadlıq və müstəqillik uğrunda mübarizə əzmini özündə birləşdirən üçrəngli bayrağımıza olan sonsuz ehtiramın ifadəsidir

9 noyabr
.

Naxçıvanda Zəfər Günü münasibətilə konsert və atəşfəşanlıq olub

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naxçıvan şəhərində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş konsert proqramı və atəşfəşanlıq təşkil edilib. "Report"un yerli bürosu xəbər verir ki, Heydər Əliyev Muzeyinin qarşısında keçirilə

8 noyabr
.

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkənin bütün vətəndaşlar

9 noyabr
.

Azərbaycanda gələn il kənd təsərrüfatı xərclərinin gözlənilən strukturu açıqlanıb

2027-ci ildə Azərbaycanda dövlət büdcəsindən kənd təsərrüfatı üçün ayrılması nəzərdə tutulan 1 milyard 379,5 milyon manat vəsaitin 477 milyon manatı su təsərrüfatlarının idarə olunmasının təkmilləşdirilməsinə yönəldiləcək. "Report" xəbər verir ki, bu, gələn ilin büdcə zərfinin layihəsində ö

8 noyabr
.

Evlərdə qarışqa koloniyaları qurulur: Bu qeyri-adi marağın səbəbi nədir?

Son günlər sosial şəbəkələrdə qarışqa koloniyalarına maraq getdikcə artır. İnsanlar evlərində qarışqalar üçün xüsusi yaşayış yerləri qurur, koloniyaların böyüməsini izləyirlər. Hətta qarışqaların yetişdirilməsi və satışı ilə də məşğul olurlar. Bəs insanları bu kiçik canlıların dünyasına cəlb edən nədir

10 noyabr