İcra Hakimiyyətləri ləğv edilir, valilik sisteminə keçilir, 5 il sonra isə...
"Qanun qəbul edilməli və ona əsasən, uzağı 5 ildən sonra rayonlar tamamilə özləri-özlərini dolandırmalıdır".
Bunu Qaynarinfo-ya açıqlamasında ekspert Cümşüd Nuriyev rayonların mərkəzdən asılı olmadan özləri-özlərini dolandıra bilməsi üçün nələrə ehtiyac olduğunundan danışarkən deyib.
Həmsöhbətimizin fikrincə, rayonların özünü təminat məsələsi gecikmədən tez bir zamanda öz həllini tapmalıdır:
"İşğaldan azad edilmiş əraziləri çıxmaq şərtilə digər rayonların, xüsusən də aran və dağətəyi bölgələrin özünü təmin etmək səviyyəsi yüksəkdir. Amma məsələ ondadır ki, icra başçıları rayona investisiya cəlb etmək əvəzinə, yerli imkanlı şəxsləri şantaj etmək, sıxışdırmaqla məşğuldurlar".
C. Nuriyev qeyd edir ki, bölgələrin özünü öz hesabına dolandıra bilməsi üçün rayon sistemi ümumiyyətlə, ləğv olunmalıdır:
"Elə rayonlarımız var ki, əhalisinin sayı cəmi 2-3 mindir. Bu, kimə lazımdır. Rayonları iqtisadi rayonlar çərçivəsində birləşdirib, valilik sisteminə keçməliyik. Belədə, bələdiyyələr də özləri-özlərini təmin etmək məcburiyyətində qalacaqlarından, maliyyə mənbələri axtarmağa məcbur olacaqlar. Azərbaycan artıq 30 ildir müstəqildir. Bu müddət ərzində köhnə sistemdə qalmağımız başucalığı gətirmir".
Ekspert düşünür ki, məsələnin həlli üçün rayonların özünümaliyyələşdirməsi və yaxud yerli orqanların özünü maliyyələşdirilməsi haqqında qanuna da ehtiyac var:
"Burada əksini tapacaq maddələrdə rayonların özlərini necə təmin etməli olduğu da göstərilməlidir. Azərbaycanda rayonlarımız əkinçilik, heyvandarlıq və bitkiçilik üzrə bölünüb. Bir sözlə, rayonlar özünü maliyyələşməyə keçməlidir. Bu da tədricən həyata keçməlidir. İlk iki ildə özünü maliyyələşmə prosesi 50 faizi civarında əhatə olunmalıdır. 5 ildən sonra isə rayonlar tamamilə özləri-özlərini maliyyələşdirməlidir. Belə bir iqtisadi mexanizmin tətbiqilə son nəticədə rayonların özləri-özlərini dolandırmasına nail olmaq olar".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Turşu xiyarların xarab olmaması üçün nə etməli?
Bakı məşhur xəstəxana bağlanır - Xəstələr köçürülüb
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
Pensiyalar bu tarixdə ödəniləcək
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"Qafqaz əsiri"nin ulduzu da "qara siyahı"ya salındı
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
Prezidentdən Draqan Vladisavljeviç ilə bağlı Sərəncam
Qızıl və gümüş bahalaşıb
"Zəfərdən sonra Azərbaycan qarşısında yeni tarixi vəzifələr yarandı" - millət vəkili Səbinə Salmanova
"Qarabağ öz gözəliyi ilə görənləri heyran edir" - millət vəkili Müşfiq Cəfərov
Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı