Narkotikin təsiri altında avtoxuliqanlıq edərək görüntülərini internetdə yerləşdirən şəxs saxlanılıb - FOTO
Bakı şəhərində avtoxuliqanlıq edərək digər yol hərəkəti iştirakçılarının həyatına real təhlükə yaradan, həmin videogörüntüləri sosial şəbəkələrdə yerləşdirən, polisin qanuni tələbini yerinə yetirməyən iki sürücü müəyyən edilərək saxlanılıb, barələrində müvafiq rayon məhkəmələri tərəfindən həbs inzibati tənbeh tədbiri tətbiq olunub.
Belə ki, Sabunçu Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılan Bakı şəhər sakini Kamran Nəbiyev tibbi müayinədən keçirilərkən onun narkotik vasitə istifadə etməsi aşkar edilib və barəsində İnzibati Xətalar Məcəlləsinin 206-cı (Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi) və 535.1-ci (Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə) maddələri ilə protokol tərtib edilib.
Sabunçu rayon məhkəməsinin qərarı ilə K.Nəbiyev 1 il müddətinə sürücülük hüququndan məhrum edilməklə 1 ay 10 gün müddətinə inzibati qaydada həbs edilib.
Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə Bakı şəhərində yaşayan Rəşad Abasov müəyyən edilərək saxlanılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 511.1.3 (Avtoxuliqanlıq) və 535.1-ci (Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə) maddələri ilə protokol tərtib edilib.
Binəqədi rayon məhkəməsinin qərarı ilə R.Abasov 1 il müddətinə sürücülük hüququndan məhrum edilməklə 15 gün inzibati qaydada həbs edilib.


Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Turşu xiyarların xarab olmaması üçün nə etməli?
Bakı məşhur xəstəxana bağlanır - Xəstələr köçürülüb
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
Pensiyalar bu tarixdə ödəniləcək
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"Qafqaz əsiri"nin ulduzu da "qara siyahı"ya salındı
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
Prezidentdən Draqan Vladisavljeviç ilə bağlı Sərəncam
Qızıl və gümüş bahalaşıb
"Zəfərdən sonra Azərbaycan qarşısında yeni tarixi vəzifələr yarandı" - millət vəkili Səbinə Salmanova
"Qarabağ öz gözəliyi ilə görənləri heyran edir" - millət vəkili Müşfiq Cəfərov
Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı