Hansı halda kommunal ödənişlər etməyə bilərsiniz?
Qiymətlərin artması ilə artıq kommunal xərclər də çoxalıb. Sakinlər haqlı olaraq narazılıq edirlər. Hər ay əlavə lift, binanın işıqlandırılması, blokun təmizlənməsi üçün 20 AZN ödəyirdilərsə, bundan sonra 25-28 AZN ödəməli olacaqlar. Bəs bu çətin vaxtda kommunal xərclərdən hansı şəxslər yaxa qurtara bilər?
Məsələ ilə bağlı Sonxeber.az-a Daşınmaz Əmlak Eksperti Elnur Fərzəliyev açıqlama verib.
O bildirib ki, azmənzilli, aşağı mərtəbəli binalar baha qiymətə olur, böyük komplekslərdə isə mənzil sayı çox olduğundan qiymət nisbətən ucuzdur:
"Ümumiyyətlə, qanunla baxsaq, əgər bir tikinti və ya idarəetmə şirkəti vətəndaşdan kommunal pulu yığırsa, bununla bağlı xidməti müqavilə olmalıdır. Həmin o müqavilədə onların göstərdiyi xidmət, vətəndaşın o xidmət qarşılığında ödəməli olduğu məbləğ göstərilməlidir.
Əgər xidməti müqavilə varsa və vətəndaş ödəmirsə, o zaman şirkət vətəndaşı məhkəməyə verib pulu tələb edə bilər. Yox, əgər xidməti müqavilə yoxdursa, şirkətin vətəndaşdan pul tələb etmək kimi bir haqqı yoxdur. Çünki onun özü artıq orada qeyri qanuni fəaliyyət göstərir.
Xidmətlə bağlı rəsmi şirkət, rəsmi müqavilə olmalıdır və vətəndaşlar rəsmi surətdə qeyd olunmalıdırlar.
Bizdə hazırda vəziyyət belədir ki, idarəetmələr müxtəlif olduğuna görə hər bina istədiyi şəkildə xidmət haqqı təyin edir.
1 kv.m. 0.15AZN-dən 2 AZN-ə qədər arta bilir. Məbləğ binanın keyfiyyətinə və göstərilən xidmətlərə görə dəyişir. Bunun da kökündə nə dayanır? Həmin sahə ilə bağlı vahid bir qurumun olmaması.
SSRİ dövründə mənzil istismar idarələri vətəndaşlardan az miqdarda pul yığaraq xidmət göstərirdilər.
Amma hazırda vahid bir baza olmadığına görə, hər bir şirkət istədiyi formada, istədiyi məbləği təyin edir.
Düşünürəm ki, tarif qiymətləri artdığına görə, kommunal xidmətlərin qiyməti də əksər binalarda artacaq. Liftin işləməsi, blokların işıqlandırılması nəzərə alınaraq, şirkətlər qiymətləri artırırlar.
Burada niyə belə çox məbləğ çıxılır? İdarəetmə şirkəti qururlar, mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti və ya MTK özü idarə edir. Bir bina fəaliyyət göstərən zaman, təbii ki, toplanan pul bəs etmir, yığılan pullar təyinatı üzrə xərclənmir. Amma şirkət bir yox, çox sayda binaları idarə edəndə, təbii ki, xidmət haqları azalır".
ZAİRA AKİFQIZI
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Turşu xiyarların xarab olmaması üçün nə etməli?
Bakı məşhur xəstəxana bağlanır - Xəstələr köçürülüb
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
Pensiyalar bu tarixdə ödəniləcək
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"Qafqaz əsiri"nin ulduzu da "qara siyahı"ya salındı
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
Prezidentdən Draqan Vladisavljeviç ilə bağlı Sərəncam
Qızıl və gümüş bahalaşıb
"Zəfərdən sonra Azərbaycan qarşısında yeni tarixi vəzifələr yarandı" - millət vəkili Səbinə Salmanova
"Qarabağ öz gözəliyi ilə görənləri heyran edir" - millət vəkili Müşfiq Cəfərov
Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı