"Effektiv peyvənd alanlar üçün karantin ləğv edilməlidir" - Nuran Abdullayev
"Effektiv peyvənd alanlar və almağa hazırlaşanlar üçün 2022-ci ildə pandemiya bitmiş olacaq. Buna Azərbaycanda qısa müddətdə nail olmaq üçün isə elmi əsaslı yeni strategiyanın tətbiqi və tibbi xidmətlərin səviyyəsinin artırılması 2022-ci il üçün çox önəmlidir".
Sonxeber.az-ın məlumatına görə, bu barədə Lent.az-a açıqlamasında Almaniya Azərbaycanlıları Alyansının (AAA) İdarə Heyətinin sədr müavini, tibb elmləri doktoru Nuran Abdullayev deyib.
Tibb elmləri doktoru bildirib ki, normal həyata qayıdış istiqamətində atılmalı olan addımlardan birincisi effektiv peyvənd alanlarda virus aşkarlandığı zaman və ya effektiv peyvənd alanların viruslu xəstə ilə kontaktda olduğu zaman tətbiq edilən karantin və izolyasiya tədbirlərində elmi əsaslı strategiyanın tətbiqidir.
Onun sözlərinə görə artıq elmi əsaslı şəkildə demək olar ki, effektiv peyvənd alanlarda virus aşkarlanarsa maksimum 5-7 gün izolyasiya tədbirləri kifayətdir. Bundan əlavə bir müddət əvvəl viruslu xəstə ilə kontakt zamanı şəxslər karantinə alınırdısa, indi effektiv peyvənd alanlar viruslu xəstə ilə kontaktdan sonra həyatlarına tam normal davam edə bilərlər və onların karantinə alınmasına elmi tərəfdən heç bir ehtiyac yoxdur.
"Ümumiyyətlə isə insanlar unutmamalıdır ki, virusla mübarizənin artıq bu mərhələsində dövlət, səhiyyə və xalq həmrəyliyi və eləcə də qarşılıqlı inamı bu gün Azərbaycanı qısa bir müddətdə tam normal həyata qaytara bilər", - deyə N. Abdullayev bildirib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Turşu xiyarların xarab olmaması üçün nə etməli?
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Pensiyalar bu tarixdə ödəniləcək
"Qafqaz əsiri"nin ulduzu da "qara siyahı"ya salındı
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
Prezidentdən Draqan Vladisavljeviç ilə bağlı Sərəncam
Bakı məşhur xəstəxana bağlanır - Xəstələr köçürülüb
Azərbaycanda Dövlət Bayrağı Günüdür
"Zəfərdən sonra Azərbaycan qarşısında yeni tarixi vəzifələr yarandı" - millət vəkili Səbinə Salmanova
"Qarabağ öz gözəliyi ilə görənləri heyran edir" - millət vəkili Müşfiq Cəfərov
Bakıda hündür ağac bahalı avtomobilin üzərinə aşdı (FOTO)
Prezidentdən Zəfər Günü müraciəti: "Heç kim Azərbaycana zərər vermək barədə düşünməməlidir"