BU GÜN bu rayonlara qar yağdı
Yanvarın 4-ü saat 13:00-a olan məlumata əsasən bəzi yerlərdə yağıntılı olub, dağlıq rayonlarda qar yağıb, şimal-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənib.
Milli Hidrometeorologiya Xidmətindən Sonxeber.az-a verilən məlumata görə, düşən yağıntının miqdarı Quba, Qusarda 5 mm, Xaltan, Qrız, Xaçmaz, Lerik, Şabranda 2 mm, Lənkəran, Astara, Biləsuvar, Salyan, Altıağacda 1 mm, Bakıda və Abşeron yarımadasında 1 mm-dək olub.
Qar örtüyünün hündürlüyü Qrızda 12 sm, Ağdərədə (Ordubad) 8 sm, Xaltanda 7 sm, Göygöl, Quba, Lerik, Ordubad, Qusarda 3 sm, Şahbuzda 2 sm, Sarıbaş (Qax), Gədəbəy, Altıağacda 1 sm olub.
Şimal-qərb küləyi arabir Mingəçevirdə 28 m/s, Şəkidə 25 m/s, Daşkəsən, Qobustanda 20 m/s, Şamaxıda 18 m/s, Bakıda və Abşeron yarımadasında 15-18 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.0 metrə çatıb.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 4°-dək isti, aran rayonlarında 0-2° şaxta, dağlıq rayonlarda 7-11° şaxta, Naxçıvan Muxtar Rrespublikasında 4-10° şaxta olub.
Ölkə ərazisində 5-i gün ərzində, 6-da hava şəraitinin sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2267 Tarix: 04 yanvar 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
ADY-nin kollektivi Zəfər abidəsini ziyarət edib
"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin kollektivi 8 Noyabr - Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət edib. "Report" xəbər verir ki, Vətən müharibəsində qazanılan tarixi qələbəmizin rəmzi olan Zəfər abidəsinin önünə gül dəstələri düzülüb, Azərbaycanın ərazi bütövlüyü və suverenliy
8 noyabrÖlkənin bir sıra dağlıq və dağətəyi ərazilərinə qar yağıb - Foto
Qax və Şəki rayonlarının yüksək dağlıq ərazilərinə qar yağıb. APA-ya istinadən xəbər verir ki, noyabrın 5-dən etibarən Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarında qeyri-sabit hava şəraiti hökm sürür. Bölgədə fasilələrlə yağış yağır, bəzi ərazilərdə isə yağıntılar intensiv xarakter alıb. Böyük Qafqa
9 noyabrAbşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı
Abşeron rayonunda kişi sevgilisini döyüb. -ın məlumatına görə, hadisə rayonun Hökməli qəsəbəsində baş verib. İsmayıllı rayon sakini, 1993-cü il təvəllüdlü Fərid Əliyev (ad-soyad şərtidir-red.) boşandıqdan sonra qəsəbədə bir xanımla tanış olub. Məlum olub ki, xanım da boşanıb. Bir müddətdən sonra onla
9 noyabrİmişlidə ağır qəza - 2 nəfər öldü+Yenilənib
İmişli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayon mərkəzinə yaxın ərazisində qeydə alınıb. Belə ki, ilkin məlumata görə, "Kia" markalı minik avtomobili yük maşınına çırpılıb. Hadisə nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb. Qəzanı
9 noyabr