Qidalardakı "E" əlavələr təhlükəlidir? - Məhsul seçərkən DİQQƏT EDİN
Mağazada keyfiyyətli məhsul seçərkən "E"lərə deyil, istehsal tarixinə, saxlama şəraitinə və saxlama müddətinə diqqət yetirmək lazımdır.
Sonxeber.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Qidalanma, Biotexnologiya və Qida Təhlükəsizliyi Federal Tədqiqat Mərkəzinin Qida Kimyası Laboratoriyasının rəhbəri Vladimir Bessonov bildirib.
Cəmiyyətdə belə bir mif var ki, qidaların tərkibinə daxil olan əlavələr, boyalar, essensiyalar sağlamlığa zərərlidir. Bəziləri tərkibi ətraflı öyrənirlər və ikidən çox "E" olarsa, almırlar.
Alim hesab edir ki, istehlakçılar "E" əlavələr axtarmaq əvəzinə daha vacib parametrlərə diqqət yetirməlidirlər. Onun sözlərinə görə, özlüyündə qida əlavələrinin olması hələ ki, narahatlığa səbəb deyil.
Bessonov evdar qadınların mətbəxdə sirkəni soda ilə (E260 və E500) qarışdıraraq E262-ni özləri yaratmalarını misal çəkib.
Onun sözlərinə görə, hər zaman dad və qida əlavələri məhsulların içərisində yerləşdirilib, lakin heç də həmişə etiketdə göstərilməyib.
"Bütün qida əlavələrinin 99 faizi təbii olaraq qida emalından əldə edilir. Xüsusilə limon turşusu (E330) limondan hazırlanır", - deyə mütəxəssis əlavə edib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1337 Tarix: 04 yanvar 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
ADY-nin kollektivi Zəfər abidəsini ziyarət edib
"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin kollektivi 8 Noyabr - Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət edib. "Report" xəbər verir ki, Vətən müharibəsində qazanılan tarixi qələbəmizin rəmzi olan Zəfər abidəsinin önünə gül dəstələri düzülüb, Azərbaycanın ərazi bütövlüyü və suverenliy
8 noyabrÖlkənin bir sıra dağlıq və dağətəyi ərazilərinə qar yağıb - Foto
Qax və Şəki rayonlarının yüksək dağlıq ərazilərinə qar yağıb. APA-ya istinadən xəbər verir ki, noyabrın 5-dən etibarən Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarında qeyri-sabit hava şəraiti hökm sürür. Bölgədə fasilələrlə yağış yağır, bəzi ərazilərdə isə yağıntılar intensiv xarakter alıb. Böyük Qafqa
9 noyabrAbşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı
Abşeron rayonunda kişi sevgilisini döyüb. -ın məlumatına görə, hadisə rayonun Hökməli qəsəbəsində baş verib. İsmayıllı rayon sakini, 1993-cü il təvəllüdlü Fərid Əliyev (ad-soyad şərtidir-red.) boşandıqdan sonra qəsəbədə bir xanımla tanış olub. Məlum olub ki, xanım da boşanıb. Bir müddətdən sonra onla
9 noyabrİmişlidə ağır qəza - 2 nəfər öldü+Yenilənib
İmişli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayon mərkəzinə yaxın ərazisində qeydə alınıb. Belə ki, ilkin məlumata görə, "Kia" markalı minik avtomobili yük maşınına çırpılıb. Hadisə nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb. Qəzanı
9 noyabr