"Azəriqaz"dan limitlərin sıfırlanması ilə bağlı AÇIQLAMA
"Bu ilin yanvar ayının 1-dən bu günədək qaz istehlakına görə tarif limitlərinin sıfırlanması prosesi 65 faiz icra olunub".
Bu barədə "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev "Facebook" hesabında yazıb.
Birliyin rəhbəri əlavə edib ki, qeyd olunan müddət ərzində sonradan ödənişli sayğacdan (mexaniki sayğaclar) istifadə edən 104 min abonent sayğaclarının görünən hissəsini mobil telefonla çəkərək müəssisənin təşkil etdiyi (077) 310-41-04 "WhatsApp" nömrəyə göndəriblər.
"Bayram günləri olmasına baxmayaraq, "Azəriqaz"ın əməkdaşları tarif limitlərinin sıfırlanması prosesini davamlı olaraq həyata keçirir. Paralel olaraq abonentlər də bu prosesdə Birliyə dəstəyini fəal olaraq göstərməkdədirlər. Məhz bu dəstəyin müqabilində bu saata olan sıfırlanma ilə bağlı 65 %-lik nəticə bizi çox sevindirir", - R. Əliyev bildirib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2015 Tarix: 04 yanvar 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
ADY-nin kollektivi Zəfər abidəsini ziyarət edib
"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin kollektivi 8 Noyabr - Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət edib. "Report" xəbər verir ki, Vətən müharibəsində qazanılan tarixi qələbəmizin rəmzi olan Zəfər abidəsinin önünə gül dəstələri düzülüb, Azərbaycanın ərazi bütövlüyü və suverenliy
8 noyabrÖlkənin bir sıra dağlıq və dağətəyi ərazilərinə qar yağıb - Foto
Qax və Şəki rayonlarının yüksək dağlıq ərazilərinə qar yağıb. APA-ya istinadən xəbər verir ki, noyabrın 5-dən etibarən Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarında qeyri-sabit hava şəraiti hökm sürür. Bölgədə fasilələrlə yağış yağır, bəzi ərazilərdə isə yağıntılar intensiv xarakter alıb. Böyük Qafqa
9 noyabrAbşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı
Abşeron rayonunda kişi sevgilisini döyüb. -ın məlumatına görə, hadisə rayonun Hökməli qəsəbəsində baş verib. İsmayıllı rayon sakini, 1993-cü il təvəllüdlü Fərid Əliyev (ad-soyad şərtidir-red.) boşandıqdan sonra qəsəbədə bir xanımla tanış olub. Məlum olub ki, xanım da boşanıb. Bir müddətdən sonra onla
9 noyabrİmişlidə ağır qəza - 2 nəfər öldü+Yenilənib
İmişli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayon mərkəzinə yaxın ərazisində qeydə alınıb. Belə ki, ilkin məlumata görə, "Kia" markalı minik avtomobili yük maşınına çırpılıb. Hadisə nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb. Qəzanı
9 noyabr