Bağçada körpəsinə şiddət göstərilən ata DANIŞDI
"2019-cu il təvəllüdlü uşağımı döyən tərbiyəçi Zülfiyyə Baxışova yaxın qohumumdur".
Qaynarinfo xəbər verir ki, bu sözləri uşaq bağçasında tərbiyəçi tərəfindən şiddət göstərilən azyaşlının atası, İsmayıllı Peşə Tədris Mərkəzinin direktor müavini Rəşid Mirzəliyev sosial şəbəkələrdə uşaq bağçasında körpəyə qarşı şiddət göstərilməsini əks etdirən görüntülərdən danışarkən deyib.
"Mənim bundan başqa üç övladım da İsmayıllıda 1 saylı uşaq bağçasında təhsil alıb", - deyə R.Mirzəliyev böyük rezonans doğuran hadisə ilə bağlı açıqlamasında bildirib.
O əlavə edib ki, hazırda hadisə ilə bağlı araşdırma gedir:
"Özümüz də sözügedən görüntünü sosial şəbəkədə görmüşük. Təbii, bu görüntülər bizi üzdü. Hər zaman bizim ailə ilə Zülfiyyə Baxışova arasında mehriban, isti münasibət olub. Bundan başqa, mənim digər övladlarımın da tərbiyəsi ilə sözügedən müəllim məşğul olub. Heç zaman ondan narazı olmamışıq. Hadisə ilə bağlı da övladım evdə hər hansı bir söz deməyib".
Rəşid Mirzəliyev uşağının səhhətindən də söz açıb:
"Hazırda övladımın səhhəti normaldır. Hər hansı bir problem yoxdur".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 4181 Tarix: 14 yanvar 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Maşınla səyahət edənlərin nəzərinə - BDYPİ xəbərdarlıq etdi
Baş Dövlət Yol Polisi İdarəsi qeyri-iş günlərində avtomobillə səyahət edənlərə xəbərdarlıq edib. xəbər verir ki, xəbərdarlıq deyilir:. "Bayramla əlaqədar qeyri-iş günlərində ölkə ərazisində avtomobillə səyahətlərin sayı artıb. Təəssüf ki, bu artım həm də bölgələrdə baş verən yol-nəqliyyat hadisələrini
9 noyabrÖlkənin bir sıra dağlıq və dağətəyi ərazilərinə qar yağıb - Foto
Qax və Şəki rayonlarının yüksək dağlıq ərazilərinə qar yağıb. APA-ya istinadən xəbər verir ki, noyabrın 5-dən etibarən Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarında qeyri-sabit hava şəraiti hökm sürür. Bölgədə fasilələrlə yağış yağır, bəzi ərazilərdə isə yağıntılar intensiv xarakter alıb. Böyük Qafqa
9 noyabrİmişlidə ağır qəza - 2 nəfər öldü+Yenilənib
İmişli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayon mərkəzinə yaxın ərazisində qeydə alınıb. Belə ki, ilkin məlumata görə, "Kia" markalı minik avtomobili yük maşınına çırpılıb. Hadisə nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb. Qəzanı
9 noyabrMuxtar Babayev: Azərbaycan COP31-i dəstəkləmək üçün əməkdaşlığa hazırdır
Azərbaycan COP29-un irsini qorumağa və Bakıda qəbul edilmiş qərarların icrasını irəlilətməyə dair öhdəliyi COP31-də iştirakla təsdiqləyib. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev "X" sosial şəbəkə hesabında yazıb
8 noyabrNaxçıvanda Zəfər Günü münasibətilə konsert və atəşfəşanlıq olub
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naxçıvan şəhərində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş konsert proqramı və atəşfəşanlıq təşkil edilib. "Report"un yerli bürosu xəbər verir ki, Heydər Əliyev Muzeyinin qarşısında keçirilə
8 noyabr