Nə Quranı oxuya bilir, nə də oxuduğunun mənasını: Amma mollalıq edir - VİDEO
Məmləkət əhlinin əksəriyyəti müsəlmandır.
Toylarında olmasa da, yaslarında müsəlmanlığın bir-iki qaydasına əməl edirlər ki, bunlardan biri də ölənin məclisində və ya qəbri üstündə Quran oxutmaqdır. Lakin həm diplomlu, həm diplomsuz mollalar dini ayinlərin icrası, o cümlədən Quran oxunması üçün tarif müəyyənləşdiriblər və hərə öz fərasəti ilə bu qaydanı pozmamağa çalışır.
Paytaxtın Yasamal qəbiristanlığında da vəziyyət eynidir. Gördükləri hər adama müştəri gözü ilə baxan mollalardan bir neçəsinə yaxınlaşıb "Yasin" oxutdurduq. Lakin bu mollaların oxuduqlarını özlərinin başa düşmələri bir yana, ümumiyyətlə, nə təcvid, nə qiraət, nə bəlağət, nə də Quranın digər nəzəri qaydalarından xəbərləri var idi.
Yaxınlaşdığımız başqa bir molla vəziyyətdən çıxmaq üçün bizi tanıdığını, sosial şəbəkələrdə söhbətimizə qulaq asdığını dedi. Amma hansı söhbəti nəzərdə tuturdu, özümüz də bilmədik.
Qəbiristanlıqlardakı mövcud vəziyyətlə bağlı Qafqaz Müsəlmanları İdarəsindən bildirildi ki, məzarlıqlarda mollaların fəaliyyətinə onlar nəzarət etmir. Qurum ancaq məscidlərin imamlarını təyin edir.
Vəziyyət belə olduqda, Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etdik. Bu qurumdan isə deyildi ki, Yasamal qəbiristanlığı onların yox, yerli bələdiyyənin balansındadır.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1324 Tarix: 14 yanvar 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Maşınla səyahət edənlərin nəzərinə - BDYPİ xəbərdarlıq etdi
Baş Dövlət Yol Polisi İdarəsi qeyri-iş günlərində avtomobillə səyahət edənlərə xəbərdarlıq edib. xəbər verir ki, xəbərdarlıq deyilir:. "Bayramla əlaqədar qeyri-iş günlərində ölkə ərazisində avtomobillə səyahətlərin sayı artıb. Təəssüf ki, bu artım həm də bölgələrdə baş verən yol-nəqliyyat hadisələrini
9 noyabrÖlkənin bir sıra dağlıq və dağətəyi ərazilərinə qar yağıb - Foto
Qax və Şəki rayonlarının yüksək dağlıq ərazilərinə qar yağıb. APA-ya istinadən xəbər verir ki, noyabrın 5-dən etibarən Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarında qeyri-sabit hava şəraiti hökm sürür. Bölgədə fasilələrlə yağış yağır, bəzi ərazilərdə isə yağıntılar intensiv xarakter alıb. Böyük Qafqa
9 noyabrİmişlidə ağır qəza - 2 nəfər öldü+Yenilənib
İmişli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayon mərkəzinə yaxın ərazisində qeydə alınıb. Belə ki, ilkin məlumata görə, "Kia" markalı minik avtomobili yük maşınına çırpılıb. Hadisə nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb. Qəzanı
9 noyabrMuxtar Babayev: Azərbaycan COP31-i dəstəkləmək üçün əməkdaşlığa hazırdır
Azərbaycan COP29-un irsini qorumağa və Bakıda qəbul edilmiş qərarların icrasını irəlilətməyə dair öhdəliyi COP31-də iştirakla təsdiqləyib. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev "X" sosial şəbəkə hesabında yazıb
8 noyabrNaxçıvanda Zəfər Günü münasibətilə konsert və atəşfəşanlıq olub
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naxçıvan şəhərində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş konsert proqramı və atəşfəşanlıq təşkil edilib. "Report"un yerli bürosu xəbər verir ki, Heydər Əliyev Muzeyinin qarşısında keçirilə
8 noyabr