Həkim geomaqnit qasırğasının fəsadları ilə bağlı xəbərdarlıq edib
Həkim-terapevt Nahid Məhərrəmov geomaqnit qasırğasının fəsadları ilə bağlı xəbərdarlıq edib.
Sonxeber.az-ın məlumatına görə, bu barədə "Report"a açıqlama verən həkim bildirib ki, geomaqnit qasırğası ölümlə nəticələnə bilər.
Onun sözlərinə görə, geomaqnit qasırğası meteohəssas və hər hansı bir xəstəliyi olan insanlarda narahatlıq yarada bilər: "Özünü normal hiss edən insanın səhhətində belə geomaqnit qasırğası zamanı narahatlıqlar da yarana bilər. Bu, çox zaman sinir sistemi ilə əlaqəlidir. Bu kimi insanların səhhətində havanın, fəslin dəyişkənliyi narahatıq yaradır".
N.Məhərrəmov bildirib ki, geomaqnit qasırğasının fəsadları, adətən, yaşı 60-dan yuxarı və meteohəssas insanlarda özünü daha çox büruzə verir. Həkim infarkt, insult və arterial təzyiqdən əziyyət çəkən şəxslərə müraciət edib.
O vurğulayıb ki, qeyd olunan problemlərdən əziyyət çəkənlərin maqnit qasırğası zamanı açıq havadan istifadə etməmələri daha məqsədəuyğundur. Terapevtin sözlərinə görə, əks halda onların səhhətində müəyyən geriləmələr yarana bilər.
"Bu kimi hallarda isə infarkt və insult olma ehtimalı daha yüksəkdir. Hətta bu hal ölümlə də nəticələnə bilər", - o bildirib.
Qeyd edək ki, Şamaxı Astrofizika Rəsədxanasının yaydığı məlumaat görə, yanvarın 15-də ölkədə maqnit qasırğası gözlənilir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1706 Tarix: 14 yanvar 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Maşınla səyahət edənlərin nəzərinə - BDYPİ xəbərdarlıq etdi
Baş Dövlət Yol Polisi İdarəsi qeyri-iş günlərində avtomobillə səyahət edənlərə xəbərdarlıq edib. xəbər verir ki, xəbərdarlıq deyilir:. "Bayramla əlaqədar qeyri-iş günlərində ölkə ərazisində avtomobillə səyahətlərin sayı artıb. Təəssüf ki, bu artım həm də bölgələrdə baş verən yol-nəqliyyat hadisələrini
9 noyabrÖlkənin bir sıra dağlıq və dağətəyi ərazilərinə qar yağıb - Foto
Qax və Şəki rayonlarının yüksək dağlıq ərazilərinə qar yağıb. APA-ya istinadən xəbər verir ki, noyabrın 5-dən etibarən Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarında qeyri-sabit hava şəraiti hökm sürür. Bölgədə fasilələrlə yağış yağır, bəzi ərazilərdə isə yağıntılar intensiv xarakter alıb. Böyük Qafqa
9 noyabrİmişlidə ağır qəza - 2 nəfər öldü+Yenilənib
İmişli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayon mərkəzinə yaxın ərazisində qeydə alınıb. Belə ki, ilkin məlumata görə, "Kia" markalı minik avtomobili yük maşınına çırpılıb. Hadisə nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb. Qəzanı
9 noyabrMuxtar Babayev: Azərbaycan COP31-i dəstəkləmək üçün əməkdaşlığa hazırdır
Azərbaycan COP29-un irsini qorumağa və Bakıda qəbul edilmiş qərarların icrasını irəlilətməyə dair öhdəliyi COP31-də iştirakla təsdiqləyib. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev "X" sosial şəbəkə hesabında yazıb
8 noyabrNaxçıvanda Zəfər Günü münasibətilə konsert və atəşfəşanlıq olub
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naxçıvan şəhərində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş konsert proqramı və atəşfəşanlıq təşkil edilib. "Report"un yerli bürosu xəbər verir ki, Heydər Əliyev Muzeyinin qarşısında keçirilə
8 noyabr