"Qədim və müasir şəhər" - "Pervıy kanal" tamaşaçıları Bakıya səfərə dəvət edib
Rusiyanın "Pervıy kanal" televiziyası Bakı barədə xüsusi süjet hazırlayıb.
"Report" xəbər verir ki, "Непутевые заметки" verilişinin ikinci hissəsində aprıcı Dmitri Krılov tamaşaçıları Bakıya səfər etməyə, onun unikal ab-havasına qərq olmağa və bu qədim, eyni zamanda çox müasir şəhərin cazibəsini bir daha açmağa cəhd etməyə dəvət edir.
Aparıcı Azərbaycan sakinlərinin qonaqpərvərliyini vurğulayıb. Süjetdə Bakıda Yeni il öncəsi bayram əhval-ruhiyyəsi, yarmarkadakı alqı-satqı, habelə paytaxt sakinlərinin mehribanlığı, şəhərin gözəlliyi xüsusi vurğulanıb. Şəhərin xüsusi ab-havası, sakinlərin coşqunluğu telekanalın tez-tez vurğuladığı əsas cizgilərdəndir.
Bakı süjetdə Avropanın müasir şəhərlərinə bənzədilir: "Bakıda gəzəndə özünü olduqca rahat hiss edirsən". Telekanal Bakını şərqin Parisi adlandırır, sakinlərin mehribanlığını nəzərə çatdırır.
Eyni zamanda Azərbaycanın paytaxtının arxitekturasının qədim şərq ölkələrinin Mərakeşin, Tunisin bir sıra yaşayış məntəqələrinə bənzəməsi önə çəkilir. Telekanal İçəri Şəhərin tarixi arxitekturasına da xüsusi yer ayırıb.
Aparıcı qədim şərq üslubunun, arxitekturasının nəzərə çarpdığı Bakının son illər eyni zamanda həm də müasirləşdiyini qeyd edərək, şəhərin modernləşdiyini xüsusi diqqətə çatdırıb.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1283 Tarix: 16 yanvar 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakı Dövlət Universitetinin giriş qapısında niyə izdiham yarandı?
Bakı Dövlət Universitetinin (BDU) giriş qapısında izdihama aydınlıq gətirilib. -ın sorğusuna cavab olaraq BDU-nun Mətbuat Xidmətindən bildirilib ki, izdiham növbələrarası tələbə axını ilə bağlı olub. "Növbələrarası vaxtda adətən tələbə axını çox olur, amma bu hərəkət tənzimlənir və tələbələr dərs
22 sentyabrPulsuz metro tıxacları azaldacaq?
Bu gündən etibarən Bakı metrosunun "Avtovağzal" və "Xocasən" stansiyalarına giriş pulsuzdur. -ın məlumatına görə,"Bakı Metropoliteni" QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov jurnalistlərə açıqlamasında bildirib ki, bu addım sərnişin axınının optimallaşdırılmas
23 sentyabr3-cü kurs tələbəsi əməliyyatda öldü
Azərbaycan-Fransız Universitetinin (UFAZ) tələbəsi Fidan Abbaslı vəfat edib. "Qafqazinfo" xəbər verir ki, UFAZ-ın "Kompüter elmləri" ixtisasında 3-cü kursda təhsil alan tələbənin plastik əməliyyat nəticəsində dünyasını dəyişdiyi bildirilib. Məlumata görə, o, burun əməliyyatı zaman
22 sentyabrHavada tozun miqdarı normadan artıqdır
Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur. xəbər verir ki, bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, hazırda havada tozun miqdarı normadan 1.2-1.3 dəfə artıqdır. Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupundan verilən məlumata görə müşahid
22 sentyabrSabahdan metronun bu stansiyalarına giriş pulsuz olacaq
"Bakı Metropoliteni" QSC və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) birgə məlumatına əsasən, xətlərin ayrılması layihəsi ilə əlaqədar sərnişinlər üçün əlavə hərəkət imkanlarının yaradılması və nəqliyyat axınlarının daha səmərəli təşkili məqsədilə sentyabrın 23-dən "Xocəsən"
22 sentyabrAzərbaycana payız gəldi
Azərbaycanda astronomik payız başlayıb. xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından məlumat verilib. Bildirilib ki, bu an "payız bərabərliyi" adlanır. Beləliklə, Şimal yarımkürəsində astronomik payız, Cənub yarımkürəsində isə astronomi
23 sentyabr