Xüsusi karantin rejimi sərtləşdirilə bilər? - VİDEO
"Qayda və tövsiyələrə ciddi şəkildə əməl edilməsə, ölkəmizdə karantin qaydaları daha da sərtləşdirilə, hətta qapanmalara belə gedilə bilər. Bununla bağlı gələcəkdə veriləcək qərarlar vətəndaşların birbaşa məsuliyyətindən asılıdır".
Bunu "Xəzər Xəbər"ə açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin üzvü Məlahət İbrahimqızı deyib.
Onun sözlərinə görə, ölkəmizdə də aşkar edilən koronavirusun "Omikron" ştammına dünyanın əksər ölkələrində yoluxanların sayı gündən-günə artır.
Millət vəkili qeyd edib ki, hazırkı vəziyyətdə ölkəmizdə vəziyyət qənaətbəxşdir. Buna səbəb vətəndaşların vaxtında peyvənd olunmaları və pandemiya qaydalarına əməl etmələridir.
O bildirib ki, bütün bunlara baxmayaraq, COVID-19-a yoluxma ilə bağlı açıqlanan rəsmi rəqəmlər onu deməyə əsas verir ki, hazırda bu virusa yoluxanların sayı sağalanların sayını üstələyir. Proses belə davam edərsə, karantin qaydalarının sərtləşdirilməsi qaçılmaz ola bilər.
İnfeksiyanın yayılmasını şərtləndirən əsas məqam bir çox ölkələrdə vaksinasiya prosesinin zəif olması, xüsusən də üçüncü - buster dozanı vurduranların sayının azlığıdır. Ümumdünya Səhiyyə Təşkilatı yaxın 6-8 həftə ərzində Avropa əhalisinin yarısından çoxunun "Omikron" ştammına yoluxacağını proqnozlaşdırır.
Məlahət İbrahimqızı vurğulayıb ki, yayılan yeni ştammdan qorunmaq üçün ikinci dozadan və yaxud xəstəliyə yoluxub sağaldıqdan altı ay sonra qoruyucu immunitetin səviyyəsinin azalmasını nəzərə alaraq, bədənin anticisimlərini yenidən yüksək səviyyəyə çatdırmaq üçün vətəndaşlar gücləndirici buster doza ilə peyvəndlənməlidirlər.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1536 Tarix: 17 yanvar 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO
Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə
18 sentyabr 2021Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO
Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi
18 sentyabr 2021Prezident Xalq artistinə mənzil verdi
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Xalq artisti, görkəmli tarzən Vamiq Məmmədəliyevə mənzil verib. Bu barədə Xalq artisti özü sosial şəbəkə hesabında məlumat verib. O qeyd edib ki, 75 illik yubileyi münasibəti ilə bağlı mənzil şəraitinin yaxşıllaşdırılaması üçün İlham Əliyev tərəfində
17 sentyabr 2021Mədəsində narkotik maddə keçirmək istəyirdi - DƏHŞƏTLİ şəkildə ÖLDÜ
Ekvadorlu narkotik kuryeri İstanbul Hava Limanından kokain tərkibli olan kapsulları keçirmək istəyərkən dəhşətli şəkildə ölüb. -ın "Ahaber" agentliyinə istinadən verdiyi məlumata görə, narkotik kuryeri Zambrano Xavyer Fernando Lur təyyarə ilə İstanbula keçirtmək üçün tərkibində "kokain"
18 sentyabr 2021Bakıda binalarda liftlərin ehtiyyat hissələri belə oğurlanıb - VİDEO
Bakının Xətai rayonunda binalarda liftlərin ehtiyyat hissələrini və zirzəmilərdən keçən elektrik xəttlərini oğurlayan şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən -a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı qeyd edilən hadisələr
17 sentyabr 2021Rusiyanın hərbi gəmiləri Bakıya gəlib - FOTO
Rusiya Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Azərbaycana səfərə gəlib. -a istinadən xəbər verir ki, Rusiya HDQ-nə məxsus "Astraxan" və "Anatoli Qujvin" hərbi gəmiləri ilə gələn nümayəndələr Bakı Dəniz Limanında hərbi orkestrin müşayiəti ilə qarşılanıb. Qarşılama mərasimində Azərbayca
18 sentyabr 2021Rayonlara dolu düşüb, şimşək çaxıb
Azərbaycanda faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sentyabrın 17-si saat 16.00-a olan məlumatına əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Zaqatala, Tovuz, İsmayıllıd
17 sentyabr 2021