81 il birlikdə yaşayan cütlük möhkəm ailənin sirrini bölüşüb
81 il birlikdə yaşayan və ölkənin ən yaşlı evli cütlüyü kimi tanınan Böyük Britaniyalı uzunömürlülər Ron və Coys Bond möhkəm ailə münasibətlərinin sirrini bölüşüblər.
Hazırda 102 və 100 yaşında olan qocalar İkinci Dünya Müharibəsi zamanı bir-birlərinə aşiq olublar. Bunun ilk baxışdan sevgi olduğunu deyən cütlük 1941-ci ildə dərhal ailə qurub.
Uzun müddət davam edən möhkəm münasibətlərin səbəbini ər və arvad bütün bu illər ərzində sadiq olduqları bərabərlik prinsipinə bağlayıblar.
"Biz özümüzü əla hiss edirik! Münasibətimizdə heç vaxt başçı olmayıb. İkimiz də bir-birimizdən nəyisə alırıq və bir-birimizə əlimizdən gələn hər şeyi veririk", - deyə Coys bildirib.
"Bəzən həyat çətin ola bilər. Amma biz hər şeyin öhdəsindən birlikdə gəlirik. Biz bir-birimizin qayğısına qalırıq", - deyə Ron qeyd edib.
İndi cütlük Bukingemşirdəki "ExtraCare Shenley Wood" təqaüdçü kəndində yaşayır və burada ayrı bir mənzilə sahibdirlər.
Uzunömürlüləri tez-tez uşaqları, nəvələri və nəticələrini ziyarət edir. Evliliklərinin 80-ci ildönümü günü, 4 yanvar 2021-ci ildə onlar II Yelizavetadan şəxsi təbrik məktubu alıblar.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Turşu xiyarların xarab olmaması üçün nə etməli?
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"Qafqaz əsiri"nin ulduzu da "qara siyahı"ya salındı
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
Pensiyalar bu tarixdə ödəniləcək
Prezidentdən Draqan Vladisavljeviç ilə bağlı Sərəncam
Xankəndidə Prezidentin adından ziyafət verildi - Fotolar
"Zəfərdən sonra Azərbaycan qarşısında yeni tarixi vəzifələr yarandı" - millət vəkili Səbinə Salmanova
Süni intellekt üz fotosundan xərçəng xəstələrinin ölüm riskini müəyyən edir
"Qarabağ öz gözəliyi ilə görənləri heyran edir" - millət vəkili Müşfiq Cəfərov
Prezidentdən Zəfər Günü müraciəti: "Heç kim Azərbaycana zərər vermək barədə düşünməməlidir"
Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı