Azərbaycandakı ceyranların sayı AÇIQLANDI
Respublikanın bölgələrində ceyranların və Şərqi Qafqaz turlarının sayı hesablanıb.
Bunu "Qafqazinfo"ya açıqlamasında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova bildirib.
O qeyd edib ki, Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunun, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin əməkdaşlarının, Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan nümayəndəliyinin rəhbərinin iştirakı ilə respublikanın müxtəlif bölgələrində keçirilmiş hesablamada ötən illərdən fərqli olaraq beynəlxalq ekspertlər də iştirak edib.
"Şirvan, Ağgöl, Abşeron milli parkları, Şirvan, Korçay dövlət təbiət qoruqları, Bəndovan, Qax dövlət təbiət yasaqlıqları və onlarla həmsərhəd olan ərazilərdə aparılmış hesablamaların nəticəsinə görə, bu ərazilər üzrə ceyran populyasiyasının sayı təxminən 7413 olub", - deyə Səmədova qeyd edib.
A.Səmədovanın sözlərinə görə, Şərqi Qafqaz turlarının populyasiyasının sayı isə Şahdağ Milli Parkı, Zaqatala, İlisu dövlət təbiət qoruqları, Zaqatala, Qax dövlət təbiət yasaqlıqları, Şəki və Babadağ ovçuluq təsərrüfatları, eləcə də bu ərazilərlə həmsərhəd olan sahələrdə aparılmış hesablamaların nəticəsinə görə təxminən 6563 müəyyən edilib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Turşu xiyarların xarab olmaması üçün nə etməli?
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"Qafqaz əsiri"nin ulduzu da "qara siyahı"ya salındı
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
Pensiyalar bu tarixdə ödəniləcək
Prezidentdən Draqan Vladisavljeviç ilə bağlı Sərəncam
Xankəndidə Prezidentin adından ziyafət verildi - Fotolar
"Zəfərdən sonra Azərbaycan qarşısında yeni tarixi vəzifələr yarandı" - millət vəkili Səbinə Salmanova
Süni intellekt üz fotosundan xərçəng xəstələrinin ölüm riskini müəyyən edir
"Qarabağ öz gözəliyi ilə görənləri heyran edir" - millət vəkili Müşfiq Cəfərov
Prezidentdən Zəfər Günü müraciəti: "Heç kim Azərbaycana zərər vermək barədə düşünməməlidir"
Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı