"3 yaşında sizi vurmayıblar?! Bunların hamısı cəfəngiyyatdır!" - Sabiq deputat OD PÜSKÜRDÜ
Bir neçə gün öncə "tərbiyəçi"nin uşağa şiddət göstərməsinin şahidi olduq. Sabiq deputat Şahlar Əsgərov saytlardan birinə bununla bağlı verdiyi açıqlamasında bildirib ki, son illər məktəbdə müəllimlərlə bağlı yayılan videogörüntülər məktəbi, müəllimi hörmətdən salmaq və təhsilin cəmiyyətdə aparıcı roluna kölgə salmaq niyyəti daşıyır. O, hesab edir ki, əks halda məktəbə, təhsilə, müəllimə qarşı bu cür açıq-aşkar təzyiq olmazdı.
Məsələni dəqiqləşdirmək üçün Sonxeber.az saytının əməkdaşı sabiq deputatla əlaqə saxlayıb.
Şahlar Əsgərov yazınlanları təsdiqləyərək uşaqlara şiddət göstərən müəllimlərin tərəfini saxlayıb:
"Müəllim onu özünün, uşağının, nəslinin xeyrinə vurmur ki?! Uşağın öz xeyrinə vurur ki, düz yolla getsin. Narkomanlıq, əyyaşlıq etməkləri yaxşıdır? Yüz qüsurumuz var. Görün, bu qüsur neçənci sıradadır və ona o həddə yer ayırın.
Heç bir cəmiyyət özündən yaxşı məktəb hazırlaya bilməz. Bu məktəblər bizimdir və bizim təbiətimizə uyğundur. Orada olan uşaq da, müəllim də bizimdir. Ona görə də yeganə ümid yerimiz təhsildir. Bizi bu çirkabdan təhsil qurtarar, amma siz və bütün cəmiyyət onu çirkaba itələməyə çalışır. Təhsili, müəllimi, direktoru müdafiə edin! Ölkədə 4500 məktəb, 1 milyon 500 min şagird var. Bu gün bu məktəbdə olub, sabah başqa bir məktəbdə olacaq. Siz bunun səsini eşitməyə bilərsiniz. Bununla təhsil düzəlməz.
Təsir etmənin iki metodu var: başa salmaq və cəzalandırmaq. Başa salma metodu işləyirsə, cəzalandırmağa ehtiyac yoxdur.
Deyirsiniz, 3 yaşında körpəni vurur. Məgər sizi 3 yaşında vurmayıblar?! Siz uşaqları vurmamısınız?
Bunların hamısı cəfəngiyyatdır! Azərbaycan cəmiyyətini dolaşdırmaqdır və Azərbaycan cəmiyyətinin boğazına ip salıb Qərbin əlinə verməkdən başqa bir şey deyil!
Mənim yaşım kifayət qədər çoxdur və hər cür adam görmüşəm. Hətta 60 yaşında gözünün altı "fara" olan insan da görmüşəm.
Mən Azərbaycanı çiçəklənən bir dövlət kimi görmək istəyirəm.
Hər deyilən söz doğru olsa, mollalar 1400 ildir ki, cənnətə çağırırlar, insanlar həmin yolu seçərdilər. Bu söhbətin bizim cəmiyyətə dəxli yoxdur!"
ZAİRA AKİFQIZI
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Turşu xiyarların xarab olmaması üçün nə etməli?
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"Qafqaz əsiri"nin ulduzu da "qara siyahı"ya salındı
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
Pensiyalar bu tarixdə ödəniləcək
Prezidentdən Draqan Vladisavljeviç ilə bağlı Sərəncam
Xankəndidə Prezidentin adından ziyafət verildi - Fotolar
"Zəfərdən sonra Azərbaycan qarşısında yeni tarixi vəzifələr yarandı" - millət vəkili Səbinə Salmanova
Süni intellekt üz fotosundan xərçəng xəstələrinin ölüm riskini müəyyən edir
"Qarabağ öz gözəliyi ilə görənləri heyran edir" - millət vəkili Müşfiq Cəfərov
Prezidentdən Zəfər Günü müraciəti: "Heç kim Azərbaycana zərər vermək barədə düşünməməlidir"
Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı