Baxımsız qalan uşaqların anası reabilitasiya prosesinə cəlb olundu
Şamaxının İkinci Çaylı kəndində baxımsız vəziyyətdə olan beş azyaşlı uşaqlar hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Həssas əhali qruplarından olan şəxslər üçün sığınacaq və sosial reabilitasiya müəssisəsinə yerləşdirilib.
Qaynarinfo xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu bildirib.
O qeyd edib ki, uşaqlarla bağlı aparılan reabilitasiya işləri yekunlaşdıqdan sonra qiymətləndirmə əsasında uşaqların rifahı ilə bağlı aidiyyəti qurumlar tərəfindən müvafiq qərarlar veriləcək:
"Qeyd edək ki, ana da Sosial Xidmətlər Agentliyinin Şamaxı rayonunda fəaliyyət göstərən müəssisəsində reabilitasiya prosesinə cəlb olunub.
Əlavə edək ki, dəfələrlə müvafiq dövlət qurumlarının əməkdaşları tərəfindən uşaqlara yardımlar göstərilsə də onların dövlət himayəsinə verilməsinə ana qəti şəkildə etiraz edib.
Nəticədə uşaqlar valideyn laqeydliyi səbəbindən baxımsız vəziyyətə düşməklə bərabər təhsildən də yayınıblar.
Əlavə məlumat olaraq bildiririk ki, 2019-cu ildə ananın Şamaxı Şəhər İcra Hakimiyyətinə edilən müraciəti əsasında, ailənin sosial vəziyyətinin ağır olması, eləcə də, ananın uşaqların yeganə himayəçisi olduğu nəzərə alınaraq ailə fərdi yaşayış evi və işlə təmin olunub. Lakin göstərilən dəstəyə baxmayaraq, valideyn uşaqlara qarşı məsuliyyətsiz yanaşmanı davam etdirib".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Turşu xiyarların xarab olmaması üçün nə etməli?
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"Qafqaz əsiri"nin ulduzu da "qara siyahı"ya salındı
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
Pensiyalar bu tarixdə ödəniləcək
Prezidentdən Draqan Vladisavljeviç ilə bağlı Sərəncam
Xankəndidə Prezidentin adından ziyafət verildi - Fotolar
"Zəfərdən sonra Azərbaycan qarşısında yeni tarixi vəzifələr yarandı" - millət vəkili Səbinə Salmanova
Süni intellekt üz fotosundan xərçəng xəstələrinin ölüm riskini müəyyən edir
"Qarabağ öz gözəliyi ilə görənləri heyran edir" - millət vəkili Müşfiq Cəfərov
Prezidentdən Zəfər Günü müraciəti: "Heç kim Azərbaycana zərər vermək barədə düşünməməlidir"
Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı