İmişlidə qəribə olay - Cinsini və adını dəyişən kənd sakini kimdir?
Azərbaycanda daha bir kişi cinsini dəyişib. Hadisə İmişli rayonunda qeydə alınıb.
Sonxeber.az xəbər verir ki, bizim.media bununla bağlı foto əldə edib.
Fotoda yer alan məlumatdan belə görünür ki, İmişli regional ASAN xidmət mərkəzinin Qeydiyyat şöbəsinin rəisi Səfa Baxışın şəxsi imzası və möhürü ilə rayonun Məzrəli kənd sakini Qasımlı Rasim Vasif oğlu cinsini dəyişdiyi üçün adını dəyişdirib və Çinarə ilə əvəzləyib.
Məsələni dəqiqləşdirmək üçün İmişli regional ASAN xidmət mərkəzinin Qeydiyyat şöbəsinin rəisi Səfa Baxışla əlaqə yaratmağa çalışdıq.
Çoxsaylı zənglərimizə cavab verən olmadı. Ədliyyə Nazirliyindən isə sorğumuzun araşdırılacağı bildirilib.
İmişli rayonu Məzrəli kənd bələdiyyə sədri Babək Kazımov isə Bizim.Media-ya açıqlamasında faktı qismən də olsa təsdiqləyib. O, iki gündür ki, belə bir hadisə haqqında xəbərdar olduğunu bildirib:
"Bəli, belə bir məlumatdan xəbərim var. Cinsini dəyişməsi ilə bağlı yanında iştirakçı olmamışam. Amma kənd sakinlərinin dilindən eşitmişəm ki, guya adını dəyişib Çinarə yazdırıb, hətta həkimdən sağlamlıq haqqında arayış alıb. Ailəsini deyil, atası Vasif kişini tanıyıram.
Dəmir-dümür yığıb, ailəsi-uşağını dolandırmaqla məşğuldur. Məlumatı yeni bilmişəm, amma dəqiq olduğunu deyə bilmərəm. Bəlkə səhv məlumat yayılıb, ya kiminsə-kimdənsə xoşu gəlmir deyə bilərəkdən yayıb. Əsas fakt insanın özüdür", - deyə Babək Kazımov məsələnin təfərrüatlarını öyrənəcəyini deyib.

Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Turşu xiyarların xarab olmaması üçün nə etməli?
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"Qafqaz əsiri"nin ulduzu da "qara siyahı"ya salındı
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
Pensiyalar bu tarixdə ödəniləcək
Prezidentdən Draqan Vladisavljeviç ilə bağlı Sərəncam
Xankəndidə Prezidentin adından ziyafət verildi - Fotolar
"Zəfərdən sonra Azərbaycan qarşısında yeni tarixi vəzifələr yarandı" - millət vəkili Səbinə Salmanova
Süni intellekt üz fotosundan xərçəng xəstələrinin ölüm riskini müəyyən edir
"Qarabağ öz gözəliyi ilə görənləri heyran edir" - millət vəkili Müşfiq Cəfərov
Prezidentdən Zəfər Günü müraciəti: "Heç kim Azərbaycana zərər vermək barədə düşünməməlidir"
Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı