Pakistanın Baş naziri 23 ildən sonra ilk dəfə Rusiyaya səfər edəcək
Pakistanın Baş naziri İmran Xan bu ay ikitərəfli səfərlə Rusiyaya gələcək.
"Report"un məlumatına görə, bu barədə "Wion" telekanalı xəbər verir.
"Pakistanın Baş naziri İmran Xan son 23 ildə (sonuncu dəfə sabiq Baş nazir Nəvaz Şərif 1999-cu ilin martında Rusiyaya səfər edib-red) Rusiyaya ikitərəfli səfər edəcək ilk baş nazir olacaq", - Hindistan kanalı qeyd edib.
Məlumata görə, danışıqlar zamanı tərəflər iki ölkə arasında münasibətləri, müdafiə məsələlərini, Əfqanıstandakı vəziyyəti və "Pakistan axını" qaz kəmərini müzakirə edəcəklər. Xanın nümayəndə heyətinə Pakistanın Nazirlər Kabinetinin nazirləri daxildir. Rusiyaya səfər dəvətinin Rusiya lideri Vladimir Putin tərəfindən edildiyi vurğulanır.
Bundan əvvəl Xan Vladimir Putinlə telefonla danışıb. Söhbət zamanı bir sıra məsələlər müzakirə edilib.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1333 Tarix: 06 fevral 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
ABŞ-İran müharibəsi: Yeni zərbələr ehtimalı və atəşkəs danışıqları gündəmdə
ABŞ ilə İran arasında hərbi qarşıdurmanın yenidən genişlənməsi ehtimalı və müharibənin dayandırılması istiqamətində diplomatik səylər diqqət mərkəzindədir. Hörmüz boğazının açılması, ABŞ-ın İrana qarşı mümkün yeni hərbi əməliyyatları və sanksiyalarla bağlı fikir ayrılıqları regionda vəziyyətin qeyri-müəyyə
29 oktyabrUKMTO: Hörmüz boğazında gəmi yanıb
Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları Agentliyi (UKMTO) Hörmüz boğazında, Hasabdan (Oman) 9 dəniz mili şimalda baş vermiş insident barədə məlumat yayıb. xəbər verir ki, idarədən qeyd edilib ki, başqa bir gəminin kapitanı alova bürünmüş gəmi müşahidə edib. Ekipajın vəziyyəti, gəmiyə dəyən ziya
29 oktyabrOman sahillərində Hörmüz boğazında gəmi yanğına uğrayıb
Böyük Britaniya Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) Oman sahillərindəki Hörmüz boğazında gəmidə yanğın baş verdiyini bildirib. xəbər verir ki, departamentin veb saytında dərc olunmuş açıqlamada deyilir: "UKMTO, Omanın Xasab şəhərindən 25 km şimal-şərqdə, Hörmüz boğazında baş verən hadis
30 oktyabrRusiyanın ən yeni qırıcı təyyarəsi yanıb
Rusiyanın beşinci nəsil Su-57 qırıcısı yanıb. "UNİAN" xəbər verir ki, hadisə ötən gün "Axtubinsk" aerodromunda baş verib. Məlumata görə, mühərriklərin işə salınması zamanı texniki nasazlıq yaranıb. Bundan sonra təyyarə alovlanaraq yanıb
30 oktyabrPolşada casusluqda şübhəli bilinən Rusiya vətəndaşı saxlanılıb
Polşada dəmir yolu infrastrukturu obyektlərinin çəkilişini apardığına görə casusluqda ittiham olunan 55 yaşlı Rusiya vətəndaşı saxlanılıb. "Report" xarici mediaya istinadən xəbər verir ki, bu barədə Polşanın cənub-qərbindəki Aşağı Sileziya voyevodalığının polis idarəsindən bildirilib. Həmi
30 oktyabrTallində robot qəza törədib, 9 nəfər yaralanıb
Tallində şəhər avtobusu ilə çatdırılma robotu arasında baş verən toqquşma nəticəsində doqquz nəfər yaralanıb. Robot qəzadan sonra hadisə yerindən qaçıb. xəbər verir ki, Estoniya radiosunun Tallinn Transport (TLT) nəqliyyat şirkətinə istinadən verdiyi məlumata görə, avtobus sürücüsü qarşı-qarşıya toqquşmanı
29 oktyabr