"Məlum oldu ki, Omikron ştammına yoluxan şəxslərdə ..." - TƏBİB rəsmisi AÇIQLADI
"Qısa müddət ərzində gündəlik olaraq yüksək yoluxma sayları müşahidə edirik. Əslində noyabr ayından Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Omikronu yaxın nəzarətə götürülməsi lazım ştam kimi elan etdikdən bəri yoluxanların sayının sürətlə artmaq ehtimalı ilə bağlı artıq təbliğata başlamışdıq".
Sonxeber.az bildirir ki, bunu Milli.Az-a açıqlamasında TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva deyib.
Mütəxəssis bildirib ki, kütləvi peyvəndləməyə görə Omikronda daha az ağırlaşma halları ilə rastlaşırıq:
"Omikronun bizdə də sürətlə yayılacağı şübhə doğurmurdu. Həm əhali olaraq hazır idik, gözləyirdik, həm də səhiyyə işçiləri olaraq. Ona görə ki, virusun yeni mutasiyası olan Omikron ştammı digər ştammlardan fərqli olaraq daha çox yoluxduruculuq qabiliyyəti əldə edibdir.
Adətən ölkəmizdə 6-8 həftə ərzində yoluxma sayının pik həddi yaşamasını və azalmasını müşahidə edirik. Düşünürəm, yaz aylarına doğru - bu həm də beynəlxalq səhiyyə qurumlarının mütəxəssislərinin də fikridir, - yoluxma sayında nisbətən stabilləşmə əldə edə bilərik. Amma bunlar hamısı təxminlərdir. Bəlkə mart ayından sonra biraz nisbətən yoluxanların sayında azalma müşahidə edə bilərik. Amma yaşamadan bu barədə dəqiq bir söz demək çətindir.
Sosial şəbəkələrdə mütəxəssislərin və adi insanların açıqlamalarından görürük ki, onlar "Omikron daha yüngül xəstəliyə səbəb olur, Omikronda ağırlaşma olmur" kimi fikirlər səsləndirirlər. Bu, insanlarda bir növ rahatlıq hissinə gətirib çıxarır. Amma qətiyyət belə olmamalıdır. Bəli, Omikronda biz daha az olaraq ağırlaşma halları ilə rastlaşırıq. Fikrimcə burada birinci rolu kütləvi peyvəndləmə oynayır. Yəni burada kütləvi peyvəndləmənin ağırlaşmanın qarşısını aldığı faktını inkar edə bilmərik və hətta ikinci plana da keçirə bilmərik. Baxmayaraq ki, Omikron öncəki ştammlara nisbətən daha yüngül əlamətlərlə keçir.
Karantin müddətinin 14 gündən 7 günə enidirlməsi xəstəliyin gedişatından çox, yoluxduruculuq qabiliyyətinin də qısa müddət olması ilə əlaqədardır. Çünki araşdırmalarda məlum oldu ki, Omikron ştammına yoluxan şəxslərdə yoluxduruculuq əsasən simptomlar başlanandan öncəki 3 gün və simptomlar başlanandan sonrakı 3 gün ərzində daha yüksəkdir. Beləcə altıncı günə qədər azalmağa doğru gedir, altıncı gündən sonra bu ehtimal çox-çox aşağı olur deyə bizdən öncə bir çox Avropa ölkələri karantin müddətini (izolyasiya) hətta 5 günə salıb. Bu, yoluxduruculuqla bağlı qəbul edilmiş qərardır, xəstəliyin gedişatı ilə çox da əlaqəli deyil".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Turşu xiyarların xarab olmaması üçün nə etməli?
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"Qafqaz əsiri"nin ulduzu da "qara siyahı"ya salındı
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
Pensiyalar bu tarixdə ödəniləcək
Prezidentdən Draqan Vladisavljeviç ilə bağlı Sərəncam
Xankəndidə Prezidentin adından ziyafət verildi - Fotolar
"Zəfərdən sonra Azərbaycan qarşısında yeni tarixi vəzifələr yarandı" - millət vəkili Səbinə Salmanova
Süni intellekt üz fotosundan xərçəng xəstələrinin ölüm riskini müəyyən edir
"Qarabağ öz gözəliyi ilə görənləri heyran edir" - millət vəkili Müşfiq Cəfərov
Prezidentdən Zəfər Günü müraciəti: "Heç kim Azərbaycana zərər vermək barədə düşünməməlidir"
Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı