Vəzifəsindən uzaqlaşdırılan icra başçısı danışdı: "Kim deyirsə kasıb icra başçısıyam..."
Ötən gün Azərbaycan Boks Federasiyasına yeni prezident seçilib. Federasiyanın vitse-prezidentlərində və idarə heyətində də dəyişikliklər olub. Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı, Azərbaycan Boks Federasiyasının vitse-prezidenti Süleyman Mikayılov öz postundan uzaqlaşdırılıb.
Federasiyadan uzaqlaşdırılması ilə bağlı Manset.az-a açıqlama verən Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov bunu öz səhhəti ilə əlaqələndirib.
"Mən uzaqlaşmamışam, federasiyada qalıram. Mənim hazırda nə səhhətim, nə əsəbim buna tab gətirmir. Mən Dünya Boks Federasiyasının Direktorlar Şurasının üzvüyəm, SSRİ idman ustasıyam. Mən yenə də federasiyada qalıram, əlimdən gələn köməkliyi edəcəyəm. Kim deyirsə kasıb icra başçısıyam, ona görə uzaqlaşdırılıram, mən icra başçısıyam, 15 ildir bu vəzifəni daşıyıram, dövlətimizin pulu da var, federasiyalara pul da ayrılır".
Daha sonra "Siz çempionatlara gedən boksçuların siyahılarına müdaxilə edirmişsiniz, bu səbəbdən federasiyadan uzaqlaşdırıldığınız bildirilir" sualına isə Süleyman Mikayılov cavab vermək istəməyib.
Qeyd edək ki, ötən gün keçirilən seçkilərdə Azərbaycan Boks Federasiyasına əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev prezident, Məhərrəm Talıbov və Vüsal Nəsirli federasiyanın vitse-prezidentləri, Fuad Hacıyev və Rövşən Hüseynov isə İdarə Heyətinə üzv seçiliblər.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Turşu xiyarların xarab olmaması üçün nə etməli?
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"Qafqaz əsiri"nin ulduzu da "qara siyahı"ya salındı
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
Pensiyalar bu tarixdə ödəniləcək
Prezidentdən Draqan Vladisavljeviç ilə bağlı Sərəncam
Xankəndidə Prezidentin adından ziyafət verildi - Fotolar
"Zəfərdən sonra Azərbaycan qarşısında yeni tarixi vəzifələr yarandı" - millət vəkili Səbinə Salmanova
Süni intellekt üz fotosundan xərçəng xəstələrinin ölüm riskini müəyyən edir
"Qarabağ öz gözəliyi ilə görənləri heyran edir" - millət vəkili Müşfiq Cəfərov
Prezidentdən Zəfər Günü müraciəti: "Heç kim Azərbaycana zərər vermək barədə düşünməməlidir"
Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı