Dərman almağa pulu olmayanlar nə etsinlər? - AÇIQLAMA
Ölkəmizdə koronavirusla paralel digər xəstəliklərin də sayı artmaqdadır. Bu gün xəstəliyini müalicə etməyə hər kəsin imkanı çatmır. Çünki dərmanların qiyməti sözün əsl mənasında "cib yandırır". Xəstələr dərman almaq üçün kimə müraciət etməlidirlər?
Məsələ ilə bağlı Sonxeber.az-a deputat Razi Nurullayev açıqlama verib.
O bildirib ki, özü şəxsən dərman almadığı üçün qiymətlər barədə dəqiq məlumatı olmasa da, bu sahədə islahatlara ehtiyacın olduğu danılmazdır:
"Vitaminləri poliklinikadan verirlər. Amma ümumiyyətlə, düşünürəm ki, səhiyyə ilə bağlı məsələlərdə ciddi korreksiyaya ehtiyac var. Dərmanların qiməti, əlçatan olması, müalicənin aparılması, eyni zamanda icbari tibbi sığortanın keyfiyyəti ilə bağlı dəyişikliklər etmək lazımdır.
Açığı, xəstə olduğum müddətdə xeyli insanlardan zəng aldım. Bildirirdilər ki, onlara vitaminlər verilsə də, ümumilikdə koronavirus xəstəliyinin sağalması üçün sistem köçürülməsinə, güclü təchizata ehtiyac yaranır.
İnsanlar canlarını qorumaq üçün lazımi dərmanları özləri alırlar. Amma elə tanıdığım ailə var ki, evdə 3-4 nəfərin hamısı xəstələnib, lakin aptekdən yetərincə dərman almağa imkanları yoxdur, hər birinə cəmi bir ədəd iynə ala biliblər, o da yalnız 1 günlük. Onların ikinci iynəni alıb vurdurmağa pulları olmayıb. Mənim belə məsələlərdə ürəyim ağrıyır, eşidəndən özümə gələ bilmirəm.
Azərbaycanda, bilirsiniz, nə qədər imkansız xəstələr var?! Onların dərman almağa pulları yoxdur, qazancları daha effektli müalicəyə bəs etmir.
O səbəbdən düşünürəm ki, icbari tibbi sığorta ilə bağlı məsələlər daha da təkminləşdirilməlidir, dərmanlar əlçatan və daha keyfiyyətli olmalıdır. Bunlar çox vacib məsələlərdir".
ZAİRA AKİFQIZI
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Turşu xiyarların xarab olmaması üçün nə etməli?
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"Qafqaz əsiri"nin ulduzu da "qara siyahı"ya salındı
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
Pensiyalar bu tarixdə ödəniləcək
Prezidentdən Draqan Vladisavljeviç ilə bağlı Sərəncam
Xankəndidə Prezidentin adından ziyafət verildi - Fotolar
"Zəfərdən sonra Azərbaycan qarşısında yeni tarixi vəzifələr yarandı" - millət vəkili Səbinə Salmanova
Süni intellekt üz fotosundan xərçəng xəstələrinin ölüm riskini müəyyən edir
"Qarabağ öz gözəliyi ilə görənləri heyran edir" - millət vəkili Müşfiq Cəfərov
Prezidentdən Zəfər Günü müraciəti: "Heç kim Azərbaycana zərər vermək barədə düşünməməlidir"
Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı