Azərbaycan Kuboku: "Qarabağ" və "Neftçi"nin rəqibləri məlum olur
Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin son iki cavab görüşü keçiriləcək.
"Report"un məlumatına görə, qarşılaşmalardan biri Bakıda, digəri Qəbələdə təşkil olunacaq.
Əvvəlcə "Qəbələ" "Sumqayıt"ı qəbul edəcək. İlk matçda "qırmızı-qaralar" səfərdə 1:0 hesablı qələbə qazanıblar. Premyer Liqada işləri heç də yaxşı getməyən "gənclik şəhəri" təmsilçisi üçün bu oyun avrokubok yolunda son şans sayıla bilər. Səfər öncəsi komandanın baş məşqçisi Aleksey Baqa yarımfinala adlama imkanlarını kifayət qədər yüksək qiymətləndirib. İki görüşün nəticəsində qalib olacaq kollektivi yarımfinalda "Qarabağ"la daha ağır sınaq gözləyəcək.
Paytaxtdakı "ASCO Arena"da isə "Səbail" "Zirə"ni qəbul edəcək. İlk oyunda Rəşad Sadıqovun komandası 4:0 hesabı ilə qalib gəldiyindən, bugünkü meydan sahiblərinin belə ağır məğlubiyyətin əvəzini çıxacağı inandırıcı görünmür. Cütün qalibi yarımfinalda "Neftçi"yə rəqib olacaq.
13 fevral (bazar)
Azərbaycan Kuboku
1/4 final, cavab görüşləri
15:00. "Qəbələ" – "Sumqayıt"
Hakimlər: Kamal Umudlu, Rəhman İmami, Vüsal Məmmədov, Fərid Hacıyev
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Qəbələ şəhər stadionu
İlk oyun - 1:0
18:00. "Səbail" – "Zirə"
Hakimlər: Əliyar Ağayev, Cavanşir Yusifov, Müslüm Əliyev, Rauf Cabarov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Maşallah Əhmədov
"ASCO Arena"
İlk oyun - 0:4
Qeyd edək ki, ilk iki yarımfinalçıdan "Qarabağ" "Keşlə"ni (1:0, 6:0), "Neftçi" isə "Sabah"ı (1:1, 3:1) üstələyib.
Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 1146 Tarix: 13 fevral 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Portuqaliyalı futbol ulduzu, "Qızıl top" mükafatının beşqat qalibi, Kriştianu Ronaldu Səudiyyə Ərəbistanının "Ən-Nəsr" klubundakı gələcəyi ilə bağlı qərar verib. "365Scores Arabic"ə istinadən xəbər verir ki, o, klubla müqaviləni uzatmağı planlaşdırmır və 2026/27 mövsüm
8 noyabr"Qalatasaray" və "Fənərbağça" Azərbaycanı təbrik ediblər - Foto
Türkiyənin "Qalatasaray" klubu Qarabağ Zəfərinin 6-cı ildönümü münasibətilə rəsmi "X" hesabında paylaşım edib. xəbər verir ki, klubun paylaşımında "Dost və qardaş ölkə Azərbaycanın Zəfər Günü mübarək!" sözləri yer alıb. "Fənərbağça" klubu da 8 Noyabr - Zəfər Gün
8 noyabrDÇ-2028: Azərbaycan - Latviya oyununun hakimləri açıqlanıb
Futzal üzrə DÇ-2028-in əsas mərhələsində keçiriləcək Azərbaycan - Latviya oyununun hakimləri bəlli olub. Bu barədə -a Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətindən bildirilib. XII qrupun qarşılaşmasını Xorvatiyadan olan hakimlər briqadası idarə edəcək. Görüşün idarəçiliyi Dino Kramar, Nikol
6 noyabrFormula 1 tarixinin ən gənc qalibi oldu
"Mercedes"in 20 yaşlı italyan pilotu Kimi Antonelli Meksika Qran-prisində 3-cü yeri tutaraq Formula 1 tarixinin ən gənc qalibi adını qazanıb. "Qafqazinfo" xəbər verir ki, Mexikodakı Hermanos Rodriges trasında keçirilən 71 dövrəlik gərgin yarışı "Red Bull"un sürücüsü Mak
3 noyabrAzərbaycan Avropa çempionatında 40 şahmatçı ilə təmsil olunacaq
Noyabrın 3-də Yunanıstanın İraklion şəhərində yeniyetmə şahmatçılar arasında Avropa çempionatı start götürəcək. xəbər verir ki, qitə birinciliyində Azərbaycanı 40 şahmatçı təmsil edəcək. Mötəbər yarışda yeniyetmələr arasında son dünya çempionu Zəhra Allahverdi, son Avropa çempionatının gümüş medalçıs
2 noyabr"Kəpəz" "Turan Tovuz"un rekordunu yeniləyib
"Kəpəz" klubu "Turan Tovuz"un rekordunu yeniləyib. xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb. Azərbaycan kubokunun II təsnifat mərhələsinin "Kəpəz" - "Baku Sportinq" qarşılaşmasını (3:1) 500 tamaşaçı izləyib. Bu, turnirin indiki formatda keçirildiy
30 oktyabrİnfantino 4.2 milyard dollarlıq təşəbbüsdən imtina etdi
FIFA prezidenti Canni İnfantino dünya çempionatının iştirakçı sayının artırılması ideyasından geri çəkilib. xəbər verir ki, bu barədə Britaniyanın "The Times" qəzeti yazıb. Məlumata görə, o, turnirin keçirilmə hüquqlarının bir hissəsinin satılması planı ətrafında yaranan qalmaqaldan sonra üzərindək
7 noyabr