Zelenski ölkəni tərk edən oliqarxlara 24 saat vaxt verdi: "Vətənə qayıdın"
Ən zəngin ukraynalı iş adamı Rinat Axmetov fevralın 16-da Donbasla həmsərhəd olan Mariupola yola düşəcək. Bundan əvvəl o, bir neçə başqa oliqarxla birlikdə Ukraynanı qaçılmaz işğalla bağlı xəbərlər fonunda tərk etmişdi.
Qaynarinfo xəbər verir ki, bu haqda "İnterfaks-Ukrayna"nın məlumatında deyilir.
"Ukrayinska Pravda"nın qeyd etdiyi kimi, Axmetov Sürixə uçub. Daha sonra Ukrayna prezidenti Vladimir Zelenski ölkəni tərk edən iş adamlarından "müəssisələrinə, onlara və dövlətə işləyən on minlərlə insanın yanına qayıtmağı" tələb edib. Əks halda ölkədən gedən iri iş adamları öz hökmünə imza atacaqlar.
Zelenski həmçinin xaricə gedən Ali Rada deputatlarını 24 saat ərzində vətənlərinə qayıtmağa çağırıb.
Bu arada Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski Qərbin və ya ABŞ-ın Ukraynada təxribat təşkil edə biləcəyini deyib. Beləliklə, o, Amerikanın Rusiyanın işğal qorxusunu artırmaqda mümkün məqsədləri ilə bağlı sualı cavablandırıb.
Bundan əvvəl ABŞ prezidenti Co Bayden videokonfransda fevralın 16-da Rusiyanın Ukraynanı işğal edəcəyini bildirib. Rusiya Xarici İşlər Nazirliyi bu açıqlamanı təkzib edib.
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 1664 Tarix: 15 fevral 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycan Türk dünyasının önəmli ölkələrindən biridir - AÇIQLAMA
"Hazırda geosiyasi böhran o səviyyəyə çatıb ki, bütün dövlətlər və xalqlar müxtəlif təhdidlərlə üz-üzədir. Hər bir dövlət geosiyasi proseslərdən mümkün qədər az itki ilə çıxmaq üçün təhlükəsizlik məsələlərini prioritet hesab edir. Bu baxımdan dövlətlərin ittifaqlar yaratması tamamilə təbii prosesdi
18 sentyabrPrezidentdən İsgəndər Cavadovla bağlı sərəncam
Prezident İlham Əliyev keçmiş futbolçu İsgəndər Cavadovun "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi ilə bağlı sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, sərəncama əsasən, Azərbaycan futbolunun inkişafı və təbliği sahəsində uzunmüddətli səmərəli fəaliyyətin
19 sentyabrŞamaxıda "Pirqulu Park" hotelinin açılışı olub - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Pirqulu Park" hotelinin açılışında iştirak ediblər. AZƏRTAC-a istinadən xəbər verir ki, "Moderngroup" MMC-nin təmsilçisi Fariz Abbaszadə dövlətimizin başçısına və birinc
17 sentyabrİlham Əliyev Bakı forumunun iştirakçılarına müraciət ünvanladı
Prezident İlham Əliyev IV Bakı Təhlükəsizlik Forumunun iştirakçılarına müraciət ünvanlayıb. -a istinadən müraciətin tam mətnini təqdim edir:. "Sizi "Qlobal təhlükəsizlik arxitekturasında yeni çağırışlar və terrorçuluğa qarşı effektiv əməkdaşlıq mexanizmlərinin formalaşdırılması" mövzusund
22 sentyabr