Dəli olmaqdan qorxdu, üzünə "ölüm hökmü" oxundu, məşhur diktorla şayiəsi yayıldı - Ona niyə fəxri ad vermədilər?

Dəli olmaqdan qorxdu, üzünə "ölüm hökmü" oxundu, məşhur diktorla şayiəsi yayıldı - Ona niyə fəxri ad vermədilər?Sonxeber.az bildirir ki, Kulis.az məşhur ifaçı Akif İslamzadə haqqında maraqlı faktları təqdim edir.

Akif Qədir oğlu İslamzadə avqustun 8-də 1948-ci ildə Bakıda musiqiçi ailəsində anadan olub. Xanəndə Sara Qədimovanın ilk övladı olan Akif İslamzadə 12 yaşında Azərbaycan Televiziya və Radiosunun uşaq xorunun solisti kimi Ağabacı Rzayevanın "Çoban Qara" mahnısını səsləndirib. Bu mahnı hələ də Azərbaycan Teleradio Şirkətinin "Qızıl Fondu"nda saxlanılır.

***
İfaçılığa 1972-ci ildə Rəşid Behbudov adına Mahnı Teatrının vokalisti kimi başlayan Akif İslamzadə ilk peşəkar ifasını 24 yaşında edir. 1979-cu ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirir. İxtisasca istehlakçı mühasibdir.
Dəli olmaqdan qorxdu, üzünə "ölüm hökmü" oxundu, məşhur diktorla şayiəsi yayıldı - Ona niyə fəxri ad vermədilər?O, 1976-cı ildə Azərbaycan Dövlət Tele-radio verilişləri şirkətində Tofiq Əhmədovun simfonik orkestrində işə başlayıb. Hərbi xidmətdən sonra Azərbaycan Dövlət Konsertinin vokalisti olub. 1992–1993-cü illərdə Bakı şəhəri baş Mədəniyyət İdarəsinin rəisi vəzifəsində çalışıb. "Sarı gəlin" və "Bu gecə" mahnıları diqqətləri cəlb edib.

***

120-dən çox mahnının ifaçısı olan sənətkar 1987-ci ildə səsini itirir. Qəfil baş verən bu hadisədən sonra müxtəlif şayiələr yayılır. Deyilənlərə görə, düşmənləri müğənnini zəhərləmək məqsədi ilə onun içkisinə nə isə qatırlar. Ancaq bu zəhər xanəndəni öldürmür, onun səsinə mənfi təsir edir.
Dəli olmaqdan qorxdu, üzünə "ölüm hökmü" oxundu, məşhur diktorla şayiəsi yayıldı - Ona niyə fəxri ad vermədilər?Çox ağır günlər yaşayan Akif İslamzadə Moskvada müayinə olunur. Ona həkimlər xərçəng diaqnozu qoyur. Daha sonra müğənninin səs tellərindən biri əməliyyat olunaraq çıxarılır. Həmin günləri müğənni belə xatırlayır:

"1987-ci ildə Moskvada mənə dəhşətli diaqnoz qoydular – bədxassəli şiş. Bütün analizlər bunu göstərirdi. İki-üç ay neyləyəcəyimi bilmədim. Yatanda həmişə işıqları bütünlüklə söndürürdüm, amma bu xəbərdən sonra gecələr işıqda yatmağa başladım. Səhərə qədər kitab oxuyurdum. 2-3 aydan sonra, ümumiyyətlə, bu xəstəliyi yaddan çıxardım, mənə sadəcə olaraq proseslərin davamını izləmək maraqlı idi. Yadımdadır, həmin xəbəri alanda Moskvada küçəyə çıxdım, külək uğuldayırdı, qarğalar uçurdu. Allahın möcüzəsidir ki, o dəhşətli diaqnozdan sonra illərdir ki, yaşayıram. Əməliyyat olundum, səs telimin birini çıxardılar. İndi səs telimin biri yoxdur".
Dəli olmaqdan qorxdu, üzünə "ölüm hökmü" oxundu, məşhur diktorla şayiəsi yayıldı - Ona niyə fəxri ad vermədilər?Akif İslamzadə ilə yaxın dost olan professor Rafael Hüseynov sənətkarın xəstəliyinin ilkin vaxtlarında Akiflə söhbətlərindən birini belə xatırlayır:

"Vaxtdan uca" kitabım yeni çapdan çıxmışdı. Bir axşam o kitab münasibətiylə Akifin böyük qardaşı, Faiq İslamzadə bizə qonaqlıq verirdi. İllər irəlilədikcə Akif bu səs itkisinə asta-asta alışdı, taleyi ilə barışdı. Amma o vaxt, hər şey hələ lap təzə-təzə olduğuna görə sarsıntı, həyəcan, nigaranlıq dəhşətli dərəcədə çox idi. O günlərdə bir dəfə Akif mənə söylədi ki, qorxuram dəli olam. Niyəsini soruşdum. Dedi, o qədər fikir eləyirəm, bir də ayılıram ki, özüm özümlə danışıram. Zarafata saldım ki, bu lap əladır. Axmaq adamla, səviyyəsizlərlə danışmaqdansa, özünlə nə qədər çox danışsan, o qədər yaxşıdır. Gülüşdük, sonralar Akif bu sözümü tez-tez iqtibas gətirərdi".
Dəli olmaqdan qorxdu, üzünə "ölüm hökmü" oxundu, məşhur diktorla şayiəsi yayıldı - Ona niyə fəxri ad vermədilər?Müğənni haqqında yayılan şayiələrdən biri də onun məşhur diktor Nailə İslamzadə ilə ər-arvad olması olur. Onların soyadlarının eyni olması bu söz-söhbətə rəvac verirdi. Nailə xanım bu barədə bir müsahibəsində bunları söyləyib:

"Əvvəllər Akif İslamzadəni həyat yoldaşım kimi tanıyırdılar. İslamzadə məşhur soyad idi. Akif bəyin həyat yoldaşının da adı Nailə idi. İndiyə qədər də mənə deyirlər ki, heyf, həyat yoldaşınız oxumur. Cavab verirəm ki, həyat yoldaşım heç zaman oxumayıb".

***

Akif İslamzadə dövrünün ən yaxşı müğənnilərindən biri olduğundan onu toya çağırmaq da dəb halını alıb. O dövrdə müğənnilər toya 500 manata gedəndə, Akifi 1000 manata aparırmışlar. Qəribədir ki, toya getdiyi ilk günlərin birində müğənninin anası Sara xanımın ona bir nəsihəti olur: "Oğlum, getdiyin məclisdə cürbəcür insanlar ola bilər, nəbadə hansısa qadına baxasan, kiməsə "svidaniya" verəsən, südümü sənə halal etmərəm". Bundan sonra müğənni ona toylarda verilən nömrə kağızlarını cırıb atırmış.
Dəli olmaqdan qorxdu, üzünə "ölüm hökmü" oxundu, məşhur diktorla şayiəsi yayıldı - Ona niyə fəxri ad vermədilər?Müğənni dövrünün ən gözəl geyinən kişi sənətkarlardan olub. O zamanlar pal-paltar "defisit" idi, indiki kimi bolluq yox idi. Müğənni toydan qazandığı pulları Moskvaya aparıb dollara dəyişir, dollarla xarici ölkələrdən özünə paltarlar sifariş edirmiş.

***

Xanəndə heç vaxt ifa etdiyi mahnılara nə efir, nə də radio vasitəsi ilə qulaq asmayıb. Uzun illər keçəndən sonra isə xanəndə səsinin tutulmasından peşman olmadığını, hətta hazırda səhnədə olmadığı üçün çox rahat olduğunu dilə gətirib.
Dəli olmaqdan qorxdu, üzünə "ölüm hökmü" oxundu, məşhur diktorla şayiəsi yayıldı - Ona niyə fəxri ad vermədilər?Müğənni "Ala gözlüm", "Ötən günlərimi qaytaraydılar", "Bura vətəndir", "Gəl, bizim dağlara", "Hər şey gözəldir həyatda", "Sarı gəlin", "Qaragilə" kimi mahnılarla böyük şöhrət qazanıb.

***

Ancaq ona ən böyük uğuru 1982-ci ildə ifa etdiyi sözləri Nigar Rəfibəyliyə, musiqisi Emin Sabitoğluna məxsus olan "Alagözlüm" mahnısı olub. Bu mahnının isə çox həzin tarixi olub. Belə ki, həmin dövrdə Rəsul Rza dünyasını dəyişir. Nigar xanım özü də ağır xəstə olduğundan və xəstəxanada yatdığından ərinin ölümünü ondan gizlədirlər. Onun könlünü almaq üçün Emin Sabitoğlu Nigar Rəfibəylinin sözlərinə bu mahnını bəstələyir. Musiqi hazır olan kimi isə Nigar xanım onu Akifin oxumasını arzulayır. Akif bəy bu haqda deyir:

"Nifar xanım mahnını eşitmişdi. Səsi studiyada yox, ev şəraitində yazdıq. Piano ilə Emin Sabitoğlu özü müşayiət edirdi. Yazıb Nigar xanıma eşitdirmişdilər. Və mən bu günə kimi düşünürəm ki, biz günaha batmışıq. Bəlkə də xanım qulaq asan kimi başa düşüb ki, Rəsul dünyasını dəyişib..."
Dəli olmaqdan qorxdu, üzünə "ölüm hökmü" oxundu, məşhur diktorla şayiəsi yayıldı - Ona niyə fəxri ad vermədilər?Bu günə qədər heç bir fəxri adı olmayan Akif İslamzadə bu barədə müsahibələrinin birində deyir:

"Mən nə Əməkdar artistəm, nə Xalq artisti. Bu adı alanlara da rişxənd etmirəm. Çünki elə mühitdə böyümüşəm ki, dövlət təltiflərinin bəhrəsini görən adamam. Nəslimizdə iki nəfər Xalq artisti adını daşıyıb. Rəhmətlik Sara xanım Azərbaycanda sənətkara verilən bütün ödülləri alıb. Bu adı almağın xeyrini də bilirəm, məsuliyyətini də. Bütün Azərbaycan bilir ki, mən Əbülfəz Elçibəylə dost olmuşam. Onun dövründə mədəniyyət idarəsinin rəisi idim. Fəxri ad istəsəydim, öz adımı birinci yazardım. Hətta Əbülfəz Elçibəylə bu barədə söhbətimiz olmuşdu. Ümumiyyətlə, keçmiş günlər barədə nostalgiyam yoxdur. Allah nə verib, nə yazıb, yaşamışam. Qismət olub, həyatın şirinini də görmüşəm, acısını da. Heyf, mənim səsim belə oldu. Yazıq adam deyiləm, istəmirəm, səsimi itirməyimə görə kiminsə mənə yazığı gəlsin. Əvvəl-əvvəl, əlbəttə, nisgil yaşayırdım, amma zaman keçəndən sonra başa düşdüm ki, şükür Allahın məsləhətinə, onun sahmanından başqa hər şey yalandır. Səsimin batmasına görə yaradana üsyan etməmişəm. Əstəğfürullah! Səsimi itirməyimin ağrısını yaşamışam, fikrini eləmişəm. Amma Allaha üsyan etməmişəm. Bunu ilk dəfədir ki, deyirəm. Evdə bir sandığım var. Elə mahnılarım var ki, o sandıqda gizlətmişəm. Onlar heç kimin eşitmədiyi ifadır. İstəyirəm ki, heç olmasa bundan sonra üzə çıxarım. Dinləyicilərin o musiqiləri necə qarşılayacağı mənə də maraqlıdır. Hətta o bəstələrdən ibarət albom buraxmağı da düşünürəm".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2302   Tarix: 16 fevral 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Mətbuat və Media və Yayım Şurasının kollektivi Zəfər abidəsini ziyarət edib

Azərbaycan Mətbuat Şurasının və Media və Yayım Şurasının kollektivi 8 noyabr Zəfər Günü münasibəti ilə Zəfər Parkında olublar. "Report" xəbər verir ki, ziyarət zamanı 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiraml

8 noyabr
.

Şəhid anası: "Zəfərimiz onların sayəsində oldu"

"Hüseyn vətənini, torpağını sevən hərbçi idi. Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Şəhid olanda 29 yaşı var idi. Evli idi, bir övladı yadigar qalıb. Şəhid olanda qızı altı aylıq idi. Zəfərimiz də onların sayəsində oldu. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəf

8 noyabr
.

Vətən Müharibəsi qəhrəmanı döyüşün ən ağır anlarını xatırladı: "Şuşanın qala divarları bizə sipər oldu" - Foto

"Zəfər xəbərini ilk kiminlə bölüşdünüz?" Vətən Müharibəsi qəhrəmanına şagirdlərin ünvanladığı ilk sual bu idi. Bütün zalın cavabını maraqla gözlədiyi suala qəhrəman belə cavab verir:. "Şuşada idik. Noyabrın 9-dan 10-na keçən gecə, təxminən saat 2 radələrində atəşkəs elan olunduğunu dedilər

8 noyabr
.

İşğaldan azad edilmiş ərazilərdəki müəssisələrdə 6 576 şagird və uşaq təhsil alır

Böyük Qayıdış çərçivəsində işğaldan azad edilmiş ərazilərdə 27 ümumi təhsil və 13 məktəbəqədər təhsil müəssisəsi istifadəyə verilib. "Report" Elm və Təhsil Nazirliyinə istinadən xəbər verir ki, müəssisələrdə ümumilikdə 6 576 şagird və uşaq təhsil alır. Təhsil infrastrukturunun inkişafı doğm

8 noyabr
.

Üçrəngli bayrağımız - milli dövlətçiliyimizin, tarixi yaddaşımızın və suverenliyimizin təntənəsi

9 Noyabr - Dövlət Bayrağı Günü Azərbaycan xalqının milli özünüdərk tarixində, dövlətçilik ənənələrinin formalaşmasında və müstəqillik ideallarının yaşadılmasında xüsusi yeri olan əlamətdar gündür. Bu tarixə yalnız dövlət rəmzlərindən birinin təsis edildiyi gün kimi yanaşmaq düzgün olmazdı. Azərbayca

9 noyabr
.

ADY-nin kollektivi Zəfər abidəsini ziyarət edib

"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin kollektivi 8 Noyabr - Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət edib. "Report" xəbər verir ki, Vətən müharibəsində qazanılan tarixi qələbəmizin rəmzi olan Zəfər abidəsinin önünə gül dəstələri düzülüb, Azərbaycanın ərazi bütövlüyü və suverenliy

8 noyabr
.

İmişlidə ağır qəza - 2 nəfər öldü+Yenilənib

İmişli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayon mərkəzinə yaxın ərazisində qeydə alınıb. Belə ki, ilkin məlumata görə, "Kia" markalı minik avtomobili yük maşınına çırpılıb. Hadisə nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb. Qəzanı

9 noyabr
.

Bloqerlərdən Zəfər Gününə həsr olunmuş paylaşım - VİDEO

Bloqerlər Ruslan Ağayev və İnci Ağayeva Azərbaycanın tarixi Zəfər Gününə həsr olunmuş paylaşım ediblər. xəbər verir ki, milli geyimdə kamera qarşısına keçən bloqerlər Zəfər abidəsinin önündə və Qız qalasının qarşısında çəkiliş apararaq tarixi günə xüsusi ehtiramlarını ifadə ediblər. Onların lentə aldıqlar

8 noyabr
.

Azərbaycanın üçrəngli bayrağı: istiqlal tariximiz, milli kimliyimiz və dövlətçilik qürurumuz

Mavi, qırmızı və yaşıl rənglərdən, ağ aypara və səkkizguşəli ulduzdan ibarət olan, Azərbaycan xalqının milli kimliyini, dövlətçilik ənənələrini, azadlıq və müstəqillik ideallarını özündə təcəssüm etdirən üçrəngli Dövlət Bayrağımız tarixi keçmişimizi, milli-mənəvi dəyərlərimizi, müasir inkişaf yolumuz

9 noyabr