Səbirsizliklə gözlənilən "Dayı" türk dramı yalnız "CinemaPlus"da
"CinemaPlus" kinoteatrlar şəbəkəsində 17 fevraldan, çox səbirsizliklə gözlənilən və Türkiyədə məşhurlaşan "Dayı: Bir Adamın Hikayesi" türk dramın nümayişi başlayır.
Sonxeber.az xəbər verir ki, filmdə baş rolu "Ezel" serialında "Dayı" obrazı ilə tanınan Ufuk Bayraktar canlandırıb. Onu tamaşaçılardan yüksək qiymət alan gözəl aktrisa Gizem Karaca Ermekçi müşayiət edir.
Rejissor və ssenari müəllifi: Uğur Bayraktar.
Film haqqında qısa məlumat: Uşaqlıqdan Cevahir ədalət hissi yüksək olan nadinc bir oğlan idi. O, heç vaxt zəifləri incitməzdi, amma macəralara qarışmağı xoşlayırdı. Qəhrəman böyüyəndə valideynlər oğlana doğma kəndindən İstanbula getməyi məsləhət görürlər. Orada o şəhərlilər üçün qəhvə dəmləyən Seyfi adlı kişinin yanında işləməyə başlayır. Əvvəlcə hər şey yaxşı gedir, amma tezliklə böyük şəhər oğlanı həyatın ən çirkin tərəfləri ilə üz-üzə qoyur. Uşaqlıqda olduğu kimi ədaləti müdafiə etməyə çalışan qəhrəman quldurlarla qarşılaşmağa başlayır. Yalnız indi adi bir kənd oğlanı cinayətkarlara layiqli cavab verə bilmir, ona görə də çox keçmədən Cevahir özü cinayət yoluna düşür. Dürüstlüyü, mərdliyi və ədaləti ilə müəyyən dairələrdə hörmət qazansa da, eyni zamanda özünə çoxlu təhlükəli düşmənlər də qazanır.
"CinemaPlus" hər zaman sizə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 818 Tarix: 16 fevral 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Mətbuat və Media və Yayım Şurasının kollektivi Zəfər abidəsini ziyarət edib
Azərbaycan Mətbuat Şurasının və Media və Yayım Şurasının kollektivi 8 noyabr Zəfər Günü münasibəti ilə Zəfər Parkında olublar. "Report" xəbər verir ki, ziyarət zamanı 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiraml
8 noyabrŞəhid anası: "Zəfərimiz onların sayəsində oldu"
"Hüseyn vətənini, torpağını sevən hərbçi idi. Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Şəhid olanda 29 yaşı var idi. Evli idi, bir övladı yadigar qalıb. Şəhid olanda qızı altı aylıq idi. Zəfərimiz də onların sayəsində oldu. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəf
8 noyabrADY-nin kollektivi Zəfər abidəsini ziyarət edib
"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin kollektivi 8 Noyabr - Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət edib. "Report" xəbər verir ki, Vətən müharibəsində qazanılan tarixi qələbəmizin rəmzi olan Zəfər abidəsinin önünə gül dəstələri düzülüb, Azərbaycanın ərazi bütövlüyü və suverenliy
8 noyabrİmişlidə ağır qəza - 2 nəfər öldü+Yenilənib
İmişli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayon mərkəzinə yaxın ərazisində qeydə alınıb. Belə ki, ilkin məlumata görə, "Kia" markalı minik avtomobili yük maşınına çırpılıb. Hadisə nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb. Qəzanı
9 noyabrBloqerlərdən Zəfər Gününə həsr olunmuş paylaşım - VİDEO
Bloqerlər Ruslan Ağayev və İnci Ağayeva Azərbaycanın tarixi Zəfər Gününə həsr olunmuş paylaşım ediblər. xəbər verir ki, milli geyimdə kamera qarşısına keçən bloqerlər Zəfər abidəsinin önündə və Qız qalasının qarşısında çəkiliş apararaq tarixi günə xüsusi ehtiramlarını ifadə ediblər. Onların lentə aldıqlar
8 noyabr